Məhkəmə qərarları › İş №3(3-7)-512/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-512/2026

25.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-512/2026 25.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş şəxs “TAM STORE” mağazasının müdiri X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: ##.##.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Gəncə şəhər Univermağının 1-ci mərtəbəsində yerləşən “TAM STORE” mağazasından 141 manat dəyərində ərzaq və qeyri-ərzaq malları oğurlamışdır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Bayramova Kəmalə) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək ona 25 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, inzibati həbs müddətinin əvvəli ## #### 2026-cı il tarixdən, saat 14:30-dan hesablanması qərara alınmışdır. IŞIN HALLARI: Ишдя олан “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, HK-*/**** saylı material üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işiнин başlanması rədd edilmiş, əməlində IXM-in 227-ci maddəsinin tərkibi olduğundan инзибати гайдада qanunamüvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri 1ci Polis Şöbəsinin ITB-yə göndərilmişdir. “Inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 14:30-da inzibati qaydada tutulmuşdur. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Elsəvər Əliyev şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilяряк cərimə ilə əvəz олунмасыны və yaxud cəza müddətinin azaldılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, pis məqsədlə həmin əməli törətməmiş və maddi qazanc əldə etməmişdir. Belə ki, ailə vəziyyəti ağırdır, himayəsində yaşlı atası və anası, az yaşlı uşaqları var. Bundan əlavə, səhhətində problemləri var. Ailə vəziyyətini, cəmiyyət üçün təhlükəli olmamasını, ailəsinin dolanışığını nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Elsəvər Əliyev şikayətinin dəlillərini müdafiə edərək, şikayətin şikayətin məzmununa uyğun çıxış etdi. Əlavə olaraq o, göstərdi ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmiş və onlar barışmışlar. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışında “TAM STORE” mağazasının müdiri zərərşəkmiş şəxs Abdulxalıq Fərzəliyev məhkəməyə ərizə təqdim edərək onlara dəymiş ziyanın tamamilə ödənildiyini, Elsəvər Əliyev ilə barışdıqlarını və onun həbsdən azad edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini qanuna müvafiq hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də tərəflərin çıxışlarını dinləyib hesab edir ki, şikayət təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və IXM-in 39.2-ci maddəsinin tələbinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərardan göründüyü kimi Elsəvər Əliyev “TAM STORE” mağazasından 141 manat 69 qəpik məbləğində ərzaq və qeyri-ərzaq məhsulları gizli olaraq götürmüş, ona görə də onun əməlində IXM-nin 227.1-ci maddəsinin tərkib əlamətləri vardır. Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin mənafeyini nəzərə alaraq Elsəvər Əliyevi IXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, “TAM STORE” mağazasının müdiri Abdulxalıq Fərzəliyev tərəfindən məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onlara dəymiş ziyanın tamamilə ödənildiyini, Elsəvər Əliyev ilə barışdıqlarını və onun həbsdən azad edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizədə göstərilən xüsusatları zərərçəkmiş şəxs və Elsəvər Əliyev məhkəmə iclasında izahatlarında təsdiq etmişlər. IXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda sadalanan hallara qiymət verərək məhkəmə hesab edir ki, Elsəvər Əliyev tərəfindən zərərçəkmiş şəxs “TAM STORE” mağazasının müdiri Abdulxalıq Fərzəliyevə borc tam şəkildə ödənildiyindən və zərərçəkmiş şəxslə barışıq olduğundan və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığı üçün Elsəvər Əliyev tərəfindən verilmiş şikayət təmin olunaraq Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 227ci maddəsi ilə başlanmış iş üzrə icraata IXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. IXM-nin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında inzibati həbsdən dərhal azad edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar