Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-514/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Musayev İlham Mayıl oğlunun iştirakı ilə, Musayev İlham Mayıl oğlunun Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş qərarlarından verdiyi şikayətin təmin edilməməsi barədə Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Musayev İlham Mayıl oğlu şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi informasiya Sistemi tərəfindən onun barəsində qəbul olunmuş «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» IXM-nin: 469.3-cü maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, IXM-nin 339.-1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, İXM-nin 328.2-ci maddəsinə əsasən çıxarılmış 07.07. 2025-ci il tarixli, IXM-nin 328.2-ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, İXM-nin 339.1-1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, İXM-nin 469.3-cü maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, İXM-nin 339.1-1 maddəsinə əsasən çıxarılımış ##.##.2025-ci il tarixli. İXM-nin 469.3-cü maddəsinə əsasən çıxarılmış 11.04. 2025-ci il tarixli, İXM-nin 339.1- 1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, İXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış 02.04. 2025-ci il tarixli, İXM-nin 328,1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, IXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, İXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, İXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, İXM-nin 469.3-cü maddəsinə əsasən çıxarılmış 26.02. 2025ci il tarixli, İXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, İXM-nin 328.1ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, İXM-in 328.1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2025-ci il tarixli, IXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2024-cü il tarixli, İXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış 20.12. 2024-cü il tarixli, İXM-nin 328.1ci maddəsinə əsasən çıxarılmış ##.##.2024-cü il tarixli, İXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış 09.12. 2024-cü il tarixli, İXM-nin 339.1-1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2024cü il tarixli, İXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış 09.11. 2024-cü il tarixli, IXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış 09.11. 2024-cü il tarixli, İXM-nin 328.2-ci maddəsinə əsasən çıxarılmış 18.10. 2024-ci il tarixli, İXM-nin 328.2-ci maddəsinə əsasən çıxarılmış 06.14. 2024-ci il tarixli, IXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış 05.10. 2024-cü il tarixli, İXMnin 328.1-ci maddəsinə əsasən çıxarılmış 28.09. 2024-cü il tarixli, İXM-nin 328.2-ci maddəsinə əsasən çıxarılmış 07.09. 2024-cü il tarixli, İXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2024-cü il tarixli, İXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2024-cü il tarixli, IXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış 18.07. 2024-cü il tarixli, IXM-nin 328.1-ci maddəsinə əsasən çıxarılmış ##.##.2024-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməməsi, Musayev İlham Mayıl oğlu barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» qərarların dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və şikayətinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, **-BA-*** dövlət qeydiyyat nişanlı VAZ 2121 minik markalı 1983-cü il buraxılışlı avtomobilin mülkiyyətçisidir, həmin avtomobili ## #### 2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Əmiraslanov İlqar Vaqif oğluna, Əmiraslanov İlqar Vaqif oğlu da həmin avtomobili Ağstafa rayonu Yuxarı Göycəli kənd sakini Quliyev Qədim İbrahim oğlunun istifadəsinə verilmişdir. Həmin avtomobil daim Quliyev Qədim İbrahim oğlu tərəfindən idarə edilmişdir. X3 ibrahim oğlunun istifadəsində olduğu müddətdə müxtəlif tarixlərdə yol hərəkəti qaydasını pozmuş, inzibati xəta törətmiş, yol hərəkət qaydalarını pozduğuna görə inzibati qərarlar tərtib edilmiş, həmin inzibati qərarlar avtomobil onun adına qeydiyyatda olduğuna görə onun adına göndərilmişdir. Avtomobil onun adıma qeydiyyatda olsa da, faktiki olaraq ## #### 2022-ci ildən avtomobili Quliyev Qədim ibrahim oğlu istifadə etdiyindən inzibati xətanı o törətmişdir. Belə ki, inzibati xəta hadisəsi baş verən günlərdə X3 ibrahim oğlunun faktiki istifadəsində olmuşdur. Cərimələri ödənilməsi ilə bağlı Quliyev Qədim ibrahim oğlu ilə onun arasında dəfələrlə söhbət olmuş, hətta o, Baş Dövlət Yol Polisində ərizə verərək cərimənin ödənilməsini öz üzərinə götürmüşdür. Quliyev Qədim İbrahim oğlu cəriməni öz üzərinə götürsə də, ancaq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Yol hərəkət qaydaları pozulduğuna görə ayrı-ayrı vaxtlarda inzibati orqan tərəfindən qərarlar çıxarılmış, həmin avtomobili faktiki olaraq Quliyev Qədim ibrahim oğlu idarə etdiyindən 9000 (doqquz min) manata yaxın cərimə qərarları çıxarılmışdır. Bu səbəbdən də mən avtomobili idarə etmə hüququndan məhdudlaşdırılmışdır. Məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və şikayətinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə inzibati tənbehetmə haqqında qərar qəbul edən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib aşağıdakı əsaslara görə hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə işin hazırlanması mərhələsinə göndərilməlidir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənini 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənini 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənini 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənini 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İXM-nin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarlarından verilmiş şikayəti icraata qəbul edib, həmin şikayət üzrə qərarların qanuniliyi və əsaslığını bir icraatda yoxlamaqla qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, İXM-nin 34.2-ci maddəsinin tələbinə görə yalnız şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda və bir icraatda baxıla bilər. İnzibati xətalara dair ayrıayrı işlər üzrə çıxarılmış qərarlardan verilmiş şikayətlərə bir icraatda baxılması isə İXM ilə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, inzibati xəta haqqında işlər üzrə verilmiş şikayətlərə hər bir inzibati iş üzrə ayrıca icraatda baxılmalıdır. Ona görə də apellyasiya instansiya məhkəməsi belə hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqan tərəfindən ayrı-ayrı işlər üzrə çıxarılmış qərarlardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayət üzrə həmin işlərə bir icraatda baxmaqla səhvə yol vermişdir. Həmçinin qeyd edilməlidir ki, İXM-nin 57.5-1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan, həmin Məcəllənin 57.5-1.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) elektron qaydada çıxarılmış qərar inzibati xəta törətmiş şəxsə çatdırılmış hesab olunur. Belə olan halda İXM-nin 126.1-ci maddəsinə əsasən həmin qərarlardan şikayət vermə müddəti elektron qaydada çıxarılmış qərar inzibati xəta törətmiş şəxsə çatdırılmış vaxdan hesablanmalıdır. Qanunun tələbinə görə həmin müddət başa çatdıqdan sonra verilmiş şikayət müddət buraxılmaqla verilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsinin hazırki qərarından verilən şikayətdə səlahiyyətli orqan qəbul edilmiş qərarlar barədə inzibati tənbeh tətbiq edilmiş şəxsə SMS məlumatların çatdırıldığını qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi qanunun qeyd edilən tələblərini də nəzərə almamış və qərarlardan şikayətin qanunla müəyyən edilmiş müddət buraxılmaqla verilib-verilmədiyini aydınlaşdırmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən ayrı-ayrı inzibati işlər üzrə səlahiyyətli orqanın qeyd edilən qərarlarından verilmiş şikayətin icraata qəbul edilib həmin işlərə bir icraatda baxılması inzibati qanunvericliyin tələbləri baxımından düzgün olmamışdır. Bundan əlavə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin maddələrin tələblərinə əməl etməmiş, işin baxılmağa hazırlanması ilə bağlı İXM-nin 106-cı maddəsinə göstərilən məsələləri müzakirə edib həll etməmiş və bununla bağlı hər hansı bir qərardad qəbul etməmiş, göstərilən məsələləri, o cümlədən şikayət vermə müddətinin ötürülübötürülmədiyini araşdırmadan işi birbaşa icraata qəbul edərək məhkəmə baxışına təyin etmişdir. İXM-nin 106-cı maddəsində inzibati xəta haqqında işin baxılmağa hazırlanması qaydası təsbit edilmişdir. Belə ki, Məcəlləninin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 70-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin maddələrin tələblərinə əməl etməmiş, işin baxılmağa hazırlanması ilə bağlı İXM-nin 106-cı maddəsinə göstərilən məsələləri müzakirə edib həll etməmiş və bununla bağlı hər hansı bir qərardad qəbul etməmiş, göstərilən məsələləri, o cümlədən şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyini araşdırmadan işi birbaşa icraata qəbul edərək məhkəmə baxışına təyin etmişdir. Belə olan halda şikayət üzrə birinci instansiya məhkəsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayıtin icraata qəbul edilməsi məsələsi həll edilərkən ilk növbədə şikayətin qanunun tələblərinə uyğun verilib-verilmədiyi aydınlaşdırılmalı, şikayət icraata qəbul edildiyi halda şikayətdə göstərilən Baş Dövlət Yol Polis İdarəsinin Musayev İlham Mayıl oğlunun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının qanuni və əsaslı olub-olmamasının aydınlaşdırılması baxımından həmin qərarlardan verilmiş şikayət əsasında hər bir inzibati xəta haqqında iş üzrə ayrıca apellyasiya icraatı açılmalı, işlərə ayrıca icraatda baxılmaqla səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək ona inzibati tənbehin tətbiq edilməsinin qanuni və əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. İşə baxılarkən həm də nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olub-olmaması mötəbər sübutlarla sübut edilməlidir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında material yenidən baxılması üçün həmin məhkəməyə işin baxılmağa hazırlanması mərhələsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-514/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-514/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver