Məhkəmə qərarları › İş №3(3-7)-515/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-515/2026

06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-515/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində iş üzrə icraat aparılan şəxs “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından DƏMXnin Hüquq Idarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə ona görə cəlb edilmişdir ki, o işçinin əmək və məzuniyyət haqqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiyilində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödəməmiş və ya tam ödənilməmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Hünmətov Zaur) qərarı ilə şikayət təmin edilmiş, DƏMX-nin Qazax-Tovuz regional şöbəsinin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam alınmışdır. IŞIN HALLARI: Iş materialında olan sənədlər: “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Tovuz ASM şöbəsinin şöbə müdiri X1 fasiləsiz əmək stajına görə əlavələrin ödənilməməsi ilə bağlı şikayətinə TƏBIB-də baxılmış, Tovuz ASM şöbəsinin şöbə müdiri və ASM bölmə müdirlərinə fasiləsiz əmək stajına görə əlavələrin ödənilməsi nəzərdə tutulmamışdır. TƏBIB-in “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin müraciətinə baxaraq göstərmişdir ki, TƏBIB-in tabeliyindəki tibb müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi TƏBIB-in Müşahidə Şurasının ## #### 2025-ci il tarixli, 18-1/16- Q/**** nömrəli qərarı ilə təsdiq edilmiş “X3” ilə tənzimlənir. Həmin Qaydanın 11.1-ci bəndinə əsasən, şəhər poliklinikalarının (bölmələrinin), o cümlədən Ailə Sağlamlıq Mərkəzlərinin (ASM), kənd və qəsəbə məntəqələrinin, mərkəzi rayon xəstəxanalarının poliklinika şöbələrinin, mərkəzi rayon xəstəxanasının funksiyaları həvalə edilmiş mərkəzi rayon poliklinikalarının, ərazi sahələrinin ailə/sahə həkim-terapevti və ailə/sahə həkim-pediatrı, o cümlədən orta tibb işçilərinə fasiləsiz əmək stajına görə əlavələrin verilməsi şərtləri müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri və ASM müdirlərinə fasiləsiz əmək stajına görə əlavələrin verilməsi nəzərdə tutulmamışdır. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, işçinin əmək və məzuniyyət haqqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiyilində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsi və ya tam ödənilməməsi AR ƏM-nin 83.4 və 172.4-cü maddələrinin tələbləri pozulduğu üçün Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından qərarından DƏMX-nin Hüquq Idarəsinin rəis müavini şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ”Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Tovuz ASM şöbəsinin şöbə müdiri Knyaz Qasımova fasiləsiz əmək stajına görə əlavələrin ödənilməmiş, bununla da əmək haqqının hesablanması zamanı Əmək Məcəlləsinin 157.5-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2004-cü il * nömrəli qərarına, "Tibbi Ərazi Bölmərini Idarəetmə Birliyi" PHŞ-in ## ###### 2020-ci il tarixli * nömrəli qərarına, ## ####### 2020-ci il ** nömrəli qərarına və "Tibbi Ərazi Bölmərini Idarəetmə Birliyi" PHŞ-nin müşahidə şurasının ## #### 2025-ci il **- */**-Q/**** nömrəli qərarında dəyişikliklərin nəzərə alınmasını rəhbər tutaraq Ailə Sağlamlıq Mərkəzlərində Ambulator Xidmətin aparılmasını və həmin mərkəzlərə rəhbər (həkim ixtisası tələb olunan) həkimlərə fasiləsiz əmək stajının ilk üç ilinə və hər iki ilinə görə 10 faiz miqdarında lakin 40 faizdən çox olmayaraq vəzifə (taarif) maaşına əlavə haqqın ödənilməsi məqsədə uyğun hesab edilmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSSESUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, iş üzrə məhkəmənin qərarı ləğv edilməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ## ###### 2026-cı il tarixli məktubundan, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Tovuz ASM şöbəsinin şöbə müdiri Knyaz Qasımova fasiləsiz əmək stajına görə əlavələr ödənilməmiş, əksini sübut edə biləcək mötəbər sübutlar təqdim olunmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində TƏBIB-in Müşahidə Şurasının ## #### 2025-ci il tarixli, 18-1/16- Q/**** nömrəli qərarı ilə təsdiq edilmiş “X3” ilə bağlı müddəaları əsas gətirərək şəxsin əməlində hüquq pozuntusu olsa da belə, həmin pozuntunun aradan qaldırılması tələb edilmədən, pozuntunun baş verməsi səbəbləri araşdırılmadan işə götürənə inzibati tənbehin verilməsi təqsirsizlik prezumpsiyası prinsipinə zidd olması nəticəsinə gəlmişdir. Əmək Məcəlləsinin 83.4-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Hazırki iş üzrə "Tovuz Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçinin əmək haqqının hesablanması zamanı Əmək Məcəlləsinin 157.5 maddəsinin (Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsəd ilə Işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir) tələbi pozulması pozulması faktı öz təsdiqini mötəbər sübutlarla tapdığı üçün onun əməlində IXM-nin 192.4-cü maddəsinin tərkib əlamətləri vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2004-cü il * nömrəli qərarına, "Tibbi Ərazi Bölmərini Idarəetmə Birliyi" PHŞ-in ## ###### 2020-ci il tarixli * nömrəli qərarına, ## ####### 2020-ci il ** nömrəli qərarına və "Tibbi Ərazi Bölmərini Idarəetmə Birliyi" PHŞ-nin müşahidə şurasının ## #### 2025-ci il **-*/**-Q/**** nömrəli qərarında dəyişikliklərin nəzərə alınmasını rəhbər tutaraq Ailə Sağlamlıq Mərkəzlərində Ambulator Xidmətin aparılmasını və həmin mərkəzlərə rəhbər (həkim ixtisası tələb olunan) həkimlərə fasiləsiz əmək stajının ilk üç ilinə və hər iki ilinə görə 10 faiz miqdarında lakin 40 faizdən çox olmayaraq vəzifə (taarif) maaşına əlavə haqqın ödənilməsi məqsədə uyğun hesab edilmişdir. Bundan başqa, işin faktiki hallarından görünür ki, TƏBIB-in Müşahidə Şurasının ## #### 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3” ilə bağlı müddəaları ilə Əmək qanunvericiliyin müddəaları arasında ziddiyyətli hallar var. Belə olan halda məhkəmə Konstitusiyanın 148-ci və 149-cu maddələrini rəhbər tutaraq hesab edir ki, əmək qanunvericiliyinin normaları ilə sözügedən qərarın müddəaları arasında ziddiyyət olduğuna görə əmək qanunvericiliyinin normaları hazırki iş üzrə daha üstündür və həmin normalar tətbiq olunmalı idi. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam araşdırma aparılmaması qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, ## ###### 2026-cı il tarixli, MN ******* saylı nömrəli inzibati tənbeh vermə haqqından qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə və IXM-nin 133-136 və 138-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin Qazax-Tovuz regional şöbəsinin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar