Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-516/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında ##.##.2026-ci il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında ##.##.2026-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində ##.##.2026-ci il saat 11:30-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının tamamilə ləğv edilməsinə və barəsində olan inzibati xəta haqında materialın icraatına xitam verilməsini xahiş etmişdir. Apellasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərarının əsası kimi qeyd etmişdir ki, guya ## ### 2026-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X1 İdarəsi tərəfindən ona “açıq məkanda reklam yayımının həyta keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halarının aradan qaldırılması barədə” göstəriş verilərək, Tovuz rayonu Əyyublu kəndində açıq məkanda yayımlanan reklam yayımının dərhal dayandırılması və “Reklam Haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X1 İdarəsinə müraciət etməsi tələb olunmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, mənə bu barədə heç bir rəsmi yazılı bildiriş, rəsmi yazılı xəbərdarlıq və ya rəsmi yazılı göstəriş verilməmiş, həmçinin bu cür rəsmi yazılı bildirişin, rəsmi yazılı xəbərdarlığın və ya rəsmi yazılı göstərişin ona verilməsini təsdiq edəcək hər hansı bir sübut növü inzibati işin materialarına əlavə edilməmişdir. Bununla da, məhkəmə qərar qəbul edərkən inzibati işin materialarına deyil inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X1 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında dediklərinə və diktəsinə istinad etmişdir. Bütün bunları inzibati xəta haqqında materiala Tovuz Rayon Məhkəməsində baxılarkən hakimin diqqətinə çatdırsa da, məhkəmə tərəfindən onun dediklərinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Bundan əlavə, o, vergi ödəyicisi olmaqla dövlət büdcəsinə mütəmadi olaraq vergilər ödəyir. Hazırkı vəziyyətdə onun qanunsuz və əsassız olaraq əlavə 1500 (bir min beş yüz) manat cərimə ödəməsi təbii ki, mənim həm sahibkarlıq fəaliyyətinə, həm də ödədiyi vergilərə ciddi təsir göstərəcəkdir. Göründüyü kimi, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında qanunsuz və əsassız qərarı tamamilə ləğv edilməli və inzibati xəta haqqında materialın icraatına xitam verilməlidir. Apellyasiya instansiyası iclasında inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, habelə tərəfləri dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etmişdir. - ##.##.2026-ci il tarixli açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən reklam haqqında qanunvericiliyin pozulması faktı aşkar edilmişdir; - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2026-ci il tarixli 11-3-3/2 ***/**** nömrəli yazılı göstərişdən görünür ki, ondan Tovuz rayonu Əyyublu kəndində yerləşən “İstanbul Univermaq” adlı obyektdə açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və “Reklam haqqında” Qanunun 26.2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətinə X1 İdarəsinə müraciət etməyini tələb etmişdir; - İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, həmin göstəriş ## ##### 2026-cı il tarixdə X4 tərəfindən qəbul edilmişdir; - ##.##.2026-ci il tarixli **-*-*/*-***/**** nömrəli yazılı bildirişdə göstərilmişdir ki, ##.##.2026-ci il tarixli **-*-*/*-***/**** nömrəli yazılı göstəriş icra edilmədiyi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəkdir. - ##.##.2026-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Tovuz rayonu, Əyyublu kəndi ##.##.2026-ci il saat 11:30-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmişdır. - Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ********** nömrəli VÖEN qeydə alınmışdır; - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında ##.##.2026-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində ##.##.2026-ci il saat 11:30-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Beləliklə, iş materiallarında olan mötəbər sübutlarla müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. Eləcə də şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiya məhkəməsi işin hallarını yoxlayarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğvi üçün heç bir qanuni əsas müəyyən etmədi. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-516/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-516/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver