Məhkəmə qərarları › İş №3(3-7)-517/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-517/2026

06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-517/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış IXM-nin 528.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Hacıyev Süleyman) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: Işdə olan sənədlər: Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay iki uşağın yetkin yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. ##.##.2025-ci il tarixli “Icraata başlamaq haqqında“ qərarın və “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədinin icrası icraata götürülmüş və icra sənədi barədə xəbərdarlıq olunmuşdur. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Inzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından zərərçəkmiş şəxs Səbinə Abdullayeva şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh verilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunu könüllü ödəmir, onun bugünə kimi 3600 manat aliment borcu yaranmışdır. Onun özü də heç bir yerdə işləmir. Belə ki uşaqlar onun himayəsindədir. Borclu isə aliment borcunu bilərəkdən ödəmir və qərəzli boyun qaçırır. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki vəziyyətdə iş materialına olan sənədlərdən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində məhkəmə qətnaməsinin icrasına qarşı hər hansı qərəzli hərəkət olması mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, birinci instansiya məhkəməsində iştirak edən zərərçəkmiş şəxs Səbinə Abdullayeva izahatında borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona aprel ayında 50 manat, may ayında 100 manat, iyun ayında 150 manat ödədiyini göstərmişdir. Həmin xüsusatları məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təsdiq etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri əsas götürərək qeyd edir ki, hazırda borclu tərəfindən borc ödənişləri tam şəkildə ödənilməsə belə, lakin hər ay ödənişlərdən hissə-hissə ödəməsi barədə öhdəlik götürməsi onun icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi və qətnamənin icrasından qərəzli boyun qaçırmasına əsas ola bilməz. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəmir. Habelə, onun imkanları barədə icra məmurunda kifayət qədər məlumatlar olsa da borclu tələbi icra etməkdən yayınır və s. Belə hallarda IXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. Belə ki, materialda olan sənədlərdən məlum olur ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırki vəziyyətdə qətnamənin icrasından qərəzli şəkildə yayınması halı müəyyən edilmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli IXM-nin 528.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 528.1-1-ci maddəsi ilə tövsif olunmalı idi. Ona görə də məhkəmə həmin xüsusatlar bağlı birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən əsaslandırıcı hissələndirici düzgün və qanuni hesab edir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin hərəkətlərində IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsi əsaslı olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda sadalanan hallara qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar