Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-518/2026 07.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin(bundan sonra IXM) 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğdə cərimə olunmuşdur. Iş materiallarından göründüyü kimi o, yolayrıcı keçmə qaydalarını pozmamış, işıqforun yaşıl işığında hərəkət etmiş və yolayrıcını boşaltmışdır. Hesab edir ki, heç bir qayda pozmamışdır. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında ## ### 2025-ci il tarixlı qərarın ləğv edilməsini, həmin qərar əsasında tərtib edilmiş inzibati cərimənin və cərimə balının silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli protokolu əsasında tərtib edilmiş ## ### 2026-cı il tarixli elektron qərarı, həmin qərar əsasında tərtib edilmiş inzibati cərimə və cərimə balı tam qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi o, yolayrıçı keçmə qaydalarını pozmamış, o, işiqforun yaşıl işığında hərəhət etmiş və yol ayrıcını boşatmışdır. Hesab edir ki, o, heç bir qayda pozuntusu etməmişdir. Lakin məhkəmə işi dəqiq araşdırmamış, foto və videonu tələb etməmiş, o haqlı olduğunu subut etsə də, məhəl qoymamışdır. Ona görə də hesab edir ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) telefon əlaqəsi saxlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi isə nümayəndəsinin məhkəmə baxışında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ilk növbədə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın qərarından Tovuz Rayon Məhkəməsinə verdiyi şikayətdə və eləcə də Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayətində DIN-nin Baş Dövlət Yol Polisi Idarəsinin Mərkəzi Informasiya Sistemi tərəfindən tərəfindən tərtib edilmiş ## ### 2026cı il tarixli, EQ******** nömrəli protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdiyini qeyd etsə də, şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, o faktiki olaraq Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib edilmiş EQ******** nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli qərarın qanuniliyi və əsaslılığını mübahisələndirmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə birlikdə yoxlayaraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlarla müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “BMV 318 İ” minik markalı, **FT*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə saat 14:12-də Bakı şəhəri, S.Vurğun küçəsi ilə Vaqif küçəsinin kəsişməsində hərəkətdə olarkən yol ayrıcında tıxac yarandığından hərəkəti dayandırmalı olduğu halda dayandırmayaraq yolayrıcına daxil olmuş və digər istiqamətdən gələn nəqliyyat vasitələrinin hərəkəti üçün mane yaratmışdır. Bununla da o, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin II hissəsinin tələblərini pozmuşdur. Iş materiallarında olan foto şəkillərdən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026cı il tarixdə saat 14:12-də yuxarıda qeyd edilən qayda pozuntusunu törətməsinin əks olunduğu müəyyən edilmişdir. Iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib edilmiş EQ******** nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli qərarı dəyişdirmədən saxlamaqla işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə xəta haqqında qərar IXM-nin tələblərinə əməl olunmaqla qəbul edilmiş, qərar qəbul edilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. II hissəsinin birinci bəndinə əsasə yol ayrıcında svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında- kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla) dayanmalıdırlar. Həmin Qanunun 75-ci maddəsinin II hissəsinə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Barəsində inizbati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətində dəlil kimi göstərmişdir ki, o, qayda pozuntusu törətməmiş, yaşıl işıqda hərəkətdə olmaqla yol ayrıcını boşaltmaq istəmişdir. Lakin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan, inzibati xəta haqqında iş materiallarında olan və eləcə də şikayət verən şəxsin təqdim etdiyi fotoşəkillərdən aydın şəkildə görünür ki, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol ayrıcında tıxac yarandığından hərəkəti dayandırmalı olduğu halda dayandırmayaraq yolayrıcına daxil olmuş və hərəkətini davam etdirmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ləğv edərək, işin icraatına xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapması qənaətinə gələrək onu həmin maddə ilə təqsirli bilib barəsində inzibati tənbeh tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etdiyi dəlilləri qəbul etmir və həmin dəlilləri əsassız hesab edərək onun məsuliyyətdən yayınma məqsədi güdməsi kimi qiymətləndirir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən maddi və prosessual normalara əməl olunmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını istisna edən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. IXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, hazırkı iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, dərhal qanuni qüvvəyə minir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-518/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-518/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver