Məhkəmə qərarları › İş №3(3-7)-519/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-519/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-519/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi Qərardan şikayət verən orqan (şəxs) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayətin təmin olunması barədə Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARI Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 7000 (yeddi min) manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, inzibati məsuliyyətdən azad olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə (hakim Heyran Mürsəlova) şikayət təmin edilməmiş, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardan Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili nümayəndə3 Müşafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə qismən təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə qərarı qəbul olunmuşdur. ŞİKAYƏTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin həmin qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Elşən Şirinov apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qırarının qüvvədə saxlanmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi şikayəti müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 253.3.3-ci maddəsinə görə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat miqdarında cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025ci il tarixli aktın surətindən görünür ki, Ağstafa rayonu Poylu qəsəbə sakini Maraqlı şəxs (üçüncü şəxs) Qərarından şikayət verilən orqan “Qaynar xətt” xidmətinə ünvanladığı müraciətində qapısının qabağında olan ağacların kəsilməsini bildirmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2024-cü il ** saylı Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyinin fəaliyyət istiqamətləri üzrə su kanalında təmizləmə işləri aparılması məqsədilə Ağstafa SMSİİnin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) göstərişi əsasında tərəfindən Poylu qəsəbəsi ərazisindən keçən su arxının mühafizə zolağında olan 1 (bir) ədəd yemişan ağacının kəsilməsi faktı aşkar olunmuşdur. Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin X2 Sistemlərinin İstismarı idarəsinin rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 7000 (yeddi min) manat məbləğində cərimə edilmişdir. * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2025-ci il tarixli “Təbiətə vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair iddia məktubundan görünür ki, X2 Sistemlərinin İstismarı idarəsinin əməkdaşları tərəfindən 1 ədəd yaş halda yemişan ağacının məhv edilməsi nəticəsində təbiətə 300 (üç yüz) manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinin tələbinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Bu qanunun 13.1-ci maddəsində yaşıllıqların götürülməsinə yol verilən hallar müəyyən edilmişdir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda; 13.1.7. məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda. Göründüyü kimi, suvarma ve kollektor-drenaj şəbəkələrinin təmizlənməsi halı həmin maddədə öz əksini tapmamışdır. Həmin qanunun 24-cü maddəsinə görə Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq rəy və icazə vərəqi almadan ağacın məhv edilməsinə haqlı olduğuna istinad edərək iş üzrə icraata xitam vermişdir. Belə ki, iş materiallarını və qanunvericiliyin tələblərini qarşılıqlı şəkildə araşdırmaqla məhkəmə belə qərara gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.3.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut edilir və Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025ci il tarixli MN № ******* nömrəli qərar əsaslı olmuşdur. Göründüyü kimi, toplanmış sübutlarla Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.3.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut edilir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərarı ləğv edilməli, Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.3.3-cü maddəsi ilə təqsirli bilinib 7000 (yeddi min) manat inzibati cərimə edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, ##.##.2025-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar