Məhkəmə qərarları › İş №3(3-7)-520/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-520/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-520/2026 07.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə MÜƏYYƏN ETDİ: IŞIN HALLARI: Işdə olan sənədlər: Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 45000.00 ABŞ dollarının iyirmi faiz, yəni 9000.00 ABŞ dolları miqdarında inzibati cərimə edilməsi qərara alınmış və həmin inzibati xəta haqqında qərarın surəti həmin günü, yəni ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus elektron kabinetə yerləşdirilməklə məlumatlandırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin inzibati xəta haqqında qərardan vaxtında apellyasiya şikayəti verməmiş və qərar qanuni qüvvəsini aldıqdan sonra ##.##.2026-cı il tarixdə icraya yönəldilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi sonradan müddətin bərpasına dair vəsatət verməklə ##.##.2026-cı il tarixdə məhkəməyə apellyasiya şikayəti göndərmişdir. Inzibati xəta haqqında materiala baxan Qazax Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: PROSSESUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati xətaya dair işin materiallarını araşdırıb, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisələndirilən Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus elektron kabinetə yerləşdirilmişdir (cild 1, i.v.31). Bununla da həmin qərardan şikayət vermənin sonuncu günü ##.##.2026-cı il tarixdə başa çatır, lakin MMC tərəfindən həmin qərardan 10 gün müddətinə apellyasiya şikayəti verməli olduğu halda şikayət vermə müddəti 1 aydan çox (##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş) ötürülmüşdür. Belə olan halda hazırki iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə hər hansı tutarlı və ya təkzibedilməz faktlar şikayətə əlavə olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində göstərilən xüsusatlar yalnız formal mülahizələrdən ibarət olduğuna görə şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, ona görə də müddətin bərpasına dair verilmiş vəsatət və şikayət rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar