Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-521/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Qazax Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 16231.96 ABŞ dollarının iyirmi faiz, yəni 3246.39 ABŞ dolları miqdarında (pozuntunun baş verdiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə) inzibati cərimə edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in direktoru vəsatət ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərardadından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru apellyasiya şikayəti verərək məhkəmənin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməklə Qazax Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılmasının təmin olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə öz qərardadını iş materiallarında olan elektron informasiya sistemindən çıxarışa əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ##.##.2024-cü il tarixdən aktiv elektron kabineti olması ilə əsaslandırmışdır. Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında qərarı ##.##.2026-cı il tarixdə elektron kabinetə göndərilmişdir. Halbuki Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti poçt vasitəsi ilə göndərilməmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yerləşdirildiyindən isə məlumatları olmamışdır. Əgər olsaydı tərəfindən dərhal apellyasiya şikayəti verilərdi. Çünki, həmin qərarla razı deyil və buna görə də qərardan apellyasiya şikayəti vermişdir. Qeyd olunan qərarın mövcud olmasından Qazax rayon icra və probasiya şöbəsindən məlumat aldıqdan sonra məlumatı olmuşdur. Ona görə də hesab edir ki, Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı əsassızdır və ləğv olunmalıdır. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə gəlməyən proses tərəflərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 117-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunan Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsində göstərilmişdir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Apellyasiya məhkəməsi qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin birinci instansiya məhkəməsinin qərarından şikayət vermə müddəti bərpa edilməməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in ##.##.2024-cü il tarixdən aktiv elektron kabineti vardır. Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli inzibati qərarı ##.##.2026-cı il tarixdə elektron kabinetə göndərilmişdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən birinci instansiya məhkəməsinin qərarında apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət ötürülmüş və müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res yudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətə münasibətdə bildirir ki, qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Məhkəmə kollegiyası iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdıraraq, belə nəticəyə gəlir ki, hazırki iş üzrə şikayət verilməsi müddətinin bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin göstərdiyi dəlillər əsassızdır və şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilməməlidir. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-521/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-521/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver