Məhkəmə qərarları › İş №3(3-7)-522/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-522/2026

28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-522/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə MÜƏYYƏN ETDI: Həmin qərardan məhkəməyə şikayət vermiş və Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-107)-500/2026saylı (hakim Mahir Niftəliyev) qərarı ilə şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası DIN BDYPI-nin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin iş materialına əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti imzalanmamışdır. Belə olan halda Azərbaycan Respublikası IXM-nin 128-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Cinayət prosessual Məcəlləsinin 387.3-cü maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən tərəfindən verdiyi apellyasiya şikayəti onun tərəfindən imzalanmadığı üçün natamam hesab olunur, ona görə də həmin apellyasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və IXM-nin 133, 136, 138-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti (imza olmadığı üçün) natamam hesab olunmaqla geri qaytarılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar