Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-523/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hüseynov Salman Bilal oğlunun sədrliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanılmış inzibati xətaya dair işə Gədəbəy Rayon Məhkəməsində baxılarkən Gədəbəy Rayon Məhkəməsinin hakimi X6 tərəfindən özü-özünə edilmiş etiraza iş materialı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gədəbəy Rayon Polis şöbəsindən məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Fizuli Mirzəquliyev) qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin hakimi X6 tərəfindən özü-özünə edilmiş və inzibati xəta haqqında işin başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə qiymət verilməsi üçün iş materiallarının Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxs X2 Rayon Məhkəməsində hakim köməkçisi işləyir, onunla hakim və məhkəmə sədri arasında işçi-işəgötürən münasibəti var. İXM-in tələbləri baxımından onun tərəfindən həmin işə baxılması düzgün deyildir. Belə ki, həmin hal məhkəmənin hakimi tərəfindən işə obyektiv və qərəzsiz baxılmasını şübhə altına ala bilər. Məhkəmə iş materialını və etirazın dəlillərini nəzərdən keçirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, hazırkı iş üzrə zərərçəkmiş şəxs kimi tanınan X2 hakim köməkçisi olmaqla Gədəbəy Rayon Məhkəməsində hakim köməkçisi kimi fəaliyyət göstərir. Odur ki, Gədəbəy Rayon Məhkəməsinin hakimləri tərəfindən işə baxılacağı halda icraatın obyektivliyini, qərəzsizliyini və ədalətliliyini hər hansı mümkün şübhələrdən qorumaq üçün etiraz təmin olunmalıdır. “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız CPM-yə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar (CPM-in 28.1-ci maddəsi). CPM-in 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır (CPM-in 30.2-ci maddəsi). “Azərbaycan Respublikası CPM-in 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin etiraz barədə formalaşdırdığı hüquqi mövqeyə görə cinayət mühakimə icraatının qarşısında duran vəzifələrin səmərəli şəkildə həll edilməsinin zəruri şərtlərindən biri cinayət prosesində icrası məcburi olan qərarlar qəbul etmək səlahiyyəti olan şəxslərin obyektivliyi və qərəzsizliyidir. Cinayət mühakimə icraatında iştirak edən şəxslərin cinayət prosesində obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinin mühüm vasitələrindən biri cinayət prosesində etirazlar institutunun mövcudluğudur. Cinayət prosesində hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi obyektiv və qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır və cinayət prosesi iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur. Cinayət prosesində hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. «İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub-olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar (Pyersak Belçikaya qarşı iş üzrə ## ####### 1982-ci il tarixli qərar, § 30). “X1rşı” məhkəmə işində Apellyasiya Məhkəməsindəki araşdırmada sədrlik edən hakim özünün də iştirakı ilə qəbul edilmiş qərardan verilən etiraz barədə qərar çıxarmalı idi. Məhkəmə hesab etdi ki, ərizəçi sədrlik edən hakimin obyektiv qərəzsizliyə malik olmamasından ehtiyat etməkdə haqlı idi və Məhkəmə 6-cı maddənin pozulduğunu müəyyən etdi. Məhkəmə yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin tərkibində hazırkı inzibati xəta haqqında işə baxılması, qəbul ediləcək məhkəmə aktının dolayısı ilə obyektivliyinə və qərəzsizliyinə şübhələr yaradacağına görə məhkəmənin hakimi X6 tərəfindən özü-özünə edilmiş etiraz təmin edilməli və hazırki inzibati xəta haqqında iş baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilməlidir. CPM-in 109.1.8-ci maddəsinə əsasən hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda etiraz əsaslı sayıla və şərtsiz təmin edilə bilər. Həmin Məcəllənin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü- özünə, yaxud onlara edilmiş etiraza, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı - apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * №-li qərarının 7-ci bəndinə əsasən etiraz təmin edilərkən, işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Gədəbəy Rayon Məhkəməsinin hakimi X6 tərəfindən özü-özünə edilmiş etiraz təmin edilsin. İnzibati xəta haqqında iş materialları baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-523/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-523/2026
28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver