Məhkəmə qərarları › İş №3(3-7)-526/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-526/2026

20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-526/2026 20.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Bərdə Mənzil İstismar Sahəsinin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 iştirakı ilə, Hüquqi şəxs Bərdə Mənzil İstismar Sahəsinin və onun rəhbəri (rəisi) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Bərdə Mənzil İstismar Sahəsinin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ Regional Şöbəsinin məsləhətçi-əmək müfəttişi İsmayılov Təbriz Rafayel oğlu tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli, Bərdə Mənzil Təmir İstismar Sahəsinin barəsində ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokollar tərib edilərək baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim L.Q.Hüseynzadə) ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı ilə Bərdə Mənzil Təmir İstismarı Sahəsinin Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində 3000 (üç min) manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Bərdə Mənzil Təmir İstismarı Sahəsinin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi, inzibati xəta tərkibinin və subyektiv təqsirinin olmaması əsası ilə Bərdə Mənzil İstismar Sahəsinin və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barələrində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan qərarını tamamilə əsassız, qeyri-qanuni hesab edir. Maddi və prosessual hüquq normalarının pozulması, habelə iş üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması səbəbindən ləğv edilməlidir. Belə ki, məhkəmə qərarında qeyd olunmuşdur ki, vətəndaş X5 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək müqaviləsi elektron informasiya sistemində (ƏMAS) hüquqi qüvvəyə minmədən işə cəlb edilmişdir. Lakin bu vəziyyətin yaranması onun və ya rəhbərlik etdiyi müəssisənin səhlənkarlığı, yaxud qanundan boyun qaçırmaq niyyəti səbəbindən deyil, tamamilə obyektiv və qarşısıalınmaz texniki maneələr nəticəsində baş vermişdir. Belə ki, vətəndaş X5 ## ###### 2025-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmiş və həmin tarixdə daxili əmrlə işə qəbul edilmişdir. Əmək qanunvericiliyinə uyğun olaraq, müqavilə bildirişinin dərhal ƏMAS portalına daxil edilməsinə cəhd göstərilsə də, müəssisənin yerləşdiyi ərazidə internet xidmətinin tamamilə kəsilməsi və provayder tərəfində yaranmış texniki nasazlıq səbəbindən portala giriş və elektron qeydiyyatın aparılması qeyrimümkün olmuşdur. İş materiallarına əlavə edilmiş, Bərdə Mənzil Təmir istismar Sahəsinə internet provayder xidməti göstərən "xxxx" MMC-nin ##.##.2025-ci il tarixli rəsmi arayışından açıq-aşkar görünür ki, ##.##.2025-ci il tarixində internet xidmətində yaranmış nasazlıqla bağlı dərhal şikayət müraciəti qeydə alınmışdır. Arayışda rəsmən təsdiq olunur ki, nasazlıq müştəridən (bizdən) asılı olmayan kənar texniki səbəblərdən baş vermiş, elektron sistemlərdə hər hansı əməliyyatın aparılması müvəqqəti olaraq tamamilə qeyri-mümkün olmuşdur. Bu texniki qəza yalnız ##.##.2025-ci il tarixində aradan qaldırılmış və internet bərpa olunmuşdur. İnternet tam bərpa olunan kimi elektron bildiriş dərhal sistemə yerləşdirilmişdir. Bu kimi halları nəzərə almayan məhkəmə iş üzrə hazırki qərarı qəbul etmişdir. Bu səbəbdən də sözügedən qərar ləğv edilməsinə dair qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Bərdə Mənzil İstismar Sahəsinin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və məhkəmənin qərarının ləğv edilməsini xahiş etdi. O, izahatında əlavə olaraq göstərdi ki, işçi X5 ilə ##.##.2025-ci il tarixdə bağlanaraq həmin tarixdə elektron qaydada “Əmək və Məşğulluq alt sisteminə” yerləşdirilmiş və həmin tarixdən işçi əmək fəaliyyətinə başlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ Regional Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şöbənin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. İşə X2 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bərdə Mənzil Təmir İstismarı Sahəsi və vəzifəli şəxs Bərdə Mənzil Təmir İstismarı Sahəsinin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə X2 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin tələblərinə uyğun qaydada araşdırma aparılmışdır. İş üzrə məsuliyyəti istisna edən və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Həmin Məcəllənin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərin üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslərin iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. İXM-nin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan, işin bütün faktiki halları aydınlaşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən Bərdə Mənzil İstismar Sahəsi ilə işçi X5 arasında bağlanmış müqavilə və bu müqavilənin elektron qaydada “Əmək və Məşğulluq altsisteminə” yerləşdirilməsi ilə bağlı həmin altsistemdən çıxarış tələb edilib tədqiq edilməmiş, səlahiyyətli orqanın hansı sübutlar əsasında hüquqi şəxsin və onun rəhbəri olan vəzifəli şəxsin istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəldiyini aydınlaşdırmamış, bu baxımdan səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməklə həmin orqanın işlə bağlı mülahizəsini öyrənməmiş, yalnız inzibati xəta haqqında protokollara əsaslanaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun rəhbəri olan vəzifəli şəxsin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinin sübuta yetirilməsi qənaətinə gələrək onları həmin maddə ilə təqsirli bilib barələrində inzibati tənbeh tətbiq etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli araşdırma aparılmadan qərar qəbul edilmiş, bununla da qanunun tələblərinə əməl edilməmişdir. Belə olan halda şikayət üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılmaqla barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və onun rəhbəri olan vəzifəli şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi baxımından Bərdə Mənzil İstismar Sahəsi ilə işçi X5 arasında bağlanmış müqavilənin əsli və bu müqavilənin elektron qaydada “Əmək və Məşğulluq altsisteminə” yerləşdirilməsi ilə bağlı həmin altsistemdən çıxarış tələb edilib tədqiq edilməli, bu baxımdan həmçinin səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməklə həmin orqanın işlə bağlı mülahizəsi öyrənilməli, zərurət olarsa X5 məhkəmə iclasına çağırılaraq izahatı alınmalı, əmək müqaviləsinin bağlandığı ##.##.2025-ci il tarixdə və ondan sonrakı günlərdə “Əmək və Məşğulluq altsistemində” qeydiyyata alınmasına maneə törədə bilən texniki problemlərin olub-olmaması aydınlaşdırılmalı, bununla bağlı müvafiq sorğular verilməklə məlumatlar alınınaraq tədqiq edilməli və yalnız bundan sonra səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və onun rəhbəri olan vəzifəli şəxsin əməlinə hüquqi qiymət verilməlidir. İşə baxılarkən həmçinin hüquqi şəxsin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı işin digər halları ilə yanaşı əməlin onun xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilib-törədilməməsi müvafiq icraat çərçivəsində ətraflı araşdırılmalı və qiymətləndirilməlidir. İşə baxılarkən nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olub-olmaması mötəbər sübutlarla sübut edilməlidir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hüquqi şəxs Bərdə Mənzil İstismar Sahəsinin və onun rəhbəri (rəisi) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. İş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar