Məhkəmə qərarları › İş №3(3-7)-527/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-527/2026

18.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-527/2026 18.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Gəncə Şəhər Icra Hakimiyyəti Başçısı aparatının Sosial-Iqtisadi və Memarlıq-Tikinti məsələləri şöbəsinin Memarlıq-Tikinti məsələləri sektorunun baş məsləhətçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətin təmin edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Gəncə Şəhər Icra Hakimiyyətinin nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Xanməmmədova Liza) qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Gəncə şəhər Icra Hakimiyyəti başçısı aparatının Memarlıq-Tikinti məsələləri sektorunun böyük məsləhhətçisi X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: Daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət X3 məxsusdur. Məlumatlandırma icraatı ilə bağlı informativ və statistik xarakterli məlumatın çıxarışından görünür ki, X3 ##.##.2024-cü il tarixdə ünvan 2 ünvanında tikinti işlərin aparılması barədə Gəncə şəhər Icra Hakimiyyətini məlumatlandırmışdır. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından Gəncə Şəhər Icra Hakimiyyətinin nümayəndəsi şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 etibarnamə üzrə nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) ##.##.2024-cü il tarixli ərizə ilə ünvan 4 ünvanında fərdi yaşayış evinin inşa olunması məqsədilə müraciət etmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.6-cı bəndinə uyğun olaraq, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinə dair müraciətin 10 gün müddəti tamam olaraq Tikintilərin Dövlət Reyestrinə ##.##.2024-cü il tarixində ötürülməsi təmin edilmişdir. Həmin Məcəllənin 80.5-ci bəndinə əsasən yuxarıda qeyd olunan Tikintilərin Dövlət reyestrinə daxil edilmiş məlumatlandırma icraatı ilə bağlı ərazidə tikinti işlərinə nəzarət etmək məqsədilə tikinti obyektinə baxış keçirilərkən məlum olmuşdur ki, Tikililərin Dövlət reystrində qeydə alınmış ümumi məlumatlarla faktiki tikilinin arasında, bir sıra uyğunsuzluqlar mövcuddur. O cümlədən tikinti obyekti memarlıq-planlaşdırma bölməsində 2 (iki) mərtəbəli fərdi yaşayış evi kimi göstərilsədə, tikinti obyektinin təyinatı qanunsuz olaraq tikinti işləri zamanı bilərərkdən dəyişdirilmiş və qeyri yaşayış obyekti kimi inşa olunması müşahidə olunmuşdur. Bu səbəbdən sözügedən ünvanda tikinti Işləri qanuna müvafiq qaydada dayandırılmışdır. Həmçinin tikinti obyektinə baxış keçirilərkən məhz X3 etibarnamə üzrə nümayəndəsi (oğlu) Qərardan şikayət verən orqan (şəxs) Memarlıq və Tikinti məsələləri sektorunun əməkdaşlarına yaxınlaşaraq tikinti obyektinin ona məxsus olduğunu bildirmişdir. X3 da izahatında oğluna etibarnamə verdiyini və tikinti işlərinin onun tərəfindən aparıldığını təsdiq etmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır, ona görə də şikayət təmin olunmamalıdır. Belə ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi çıxarışa əsasən atası Kəmaləddinə məxsusdur. Həmin ünvanda özbaşına tikinti işləri apardığına görə o, Gəncə Şəhər Icra Hakimiyyətinin Memarlıq- Tikinti məsələləri sektoru tərəfindən IXM-nin 395.1-ci maddəsi ilə tərtib olunan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat, eyni zamanda ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat cərimə olunmuşdur. Gəncə Şəhər Məhkəməsi tərəfindən Memarlıq-Tikinti sektorunun qeyd olunan qərarları ləğv olunduqdan sonra eyni məsələ ilə bağlı atası Kəmaləddin Quliyev tərtib olunan ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla IXMnin 395.1-ci maddəsi ilə 1000 manat, bundan sonra eyni məsələ ilə bağlı eyni maddə ilə ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat, ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat cərimə olunmuşdur. Halbuki, evin içində layihədən kənar əlavə zirzəmi əlavə olunmuş, evin daxilindəki ikinci mərtəbəyə qalxan pilləkənin yeri dəyişdirilmiş və bayırdan giriş qapısının yeri dəyişdirilmişdir. Həmin obyekat qeyri yaşayış üçün nəzərdə tutulmamışdır. Tikinti işlərinə o, cavabdeh olmamışdır. Bir məsələ ilə bağlı onun və atasının barəsində 6 protokol tərtib olunmuş və hər bir protokol üzrə qərara alınmışdır ki, 1000 manat olmaqla cərimə ödəməlidirlər. Bu barədə qərarların surətlərini məhkəməyə təqdim etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan sənədlərdən müəyyən olunur ki, X3 şəhəri, Kəpəz rayonu, Vaqif küçəsi, ev 40 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evin tikintisi ilə bağlı Gəncə şəhər Icra Hakimiyyəti Memarlıq və Tikinti sektorunu əvvəlcədən məlumatlandırmış və o, məlumatlandırma icraatı qaydasını pozmamışdır. Belə ki, X3 evin tikintisinin qadağan edilməsi ilə bağlı məhkəmə iclasında təqdim edilən məktubun rəsmi qaydada göndərilməsini hər hansı bir mötəbər sənəd də məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, inzibati orqan inzibati xətanın subyektini müəyyən etmədən, səhv subyekt barəsində qərar qəbul etmişdir. Belə ki, IXM-nin 395.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi bu maddə üzrə inzibati məsuliyyətin xüsusi subyekti qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icazə alınmadan tikinti obyektinin tikintisini aparan və ya sifariş verən mülkiyyətçi, istifadəçi və ya icarəçidir. Yəni bu əmələ görə məsuliyyət daşıyan şəxs tikinti obyektinə hüquqi olan şəxsdir. Qeyd edilməlidir ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış ******* nömrəli çıxarışa əsasən (qeydiyyat tarixi ##.##.2017-ci il) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ X3 məxsusdur. Qərardan şikayət verən orqan (şəxs) həmin daşınmaz əmlaka dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən heç bir sənəd inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısı aparatının Memarlıq-Tikinti məsələləri sektoru tərəfindən IXM-nin 395.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmamışdan əvvəl qeyd olunan ünvanda tikinti işlərinin konkret olaraq kimlər tərəfindən aparılmasını müəyyən etmək üçün tikintidə birbaşa iştirak edən şəxsləri (ustaları) müəyyən edib onların izahatlarını almaqla iş üzrə hərtərəfli araşdırma apardıqdan sonra inzibati xətanın subyektini dəqiq müəyyən etməli və bundan sonra inzibati tənbeh vermə haqqında qərar qəbul etmə idi. Lakin, Memarlıq-Tikinti məsələləri sektoru iş üzrə obyektiv araşdırma aparmadan bir inzibati xəta üzrə 5 (beş) inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Həmçinin, apellayasiya məhkəməsi onu da qeyd edir ki, səlahiyyətli orqan apellyasiya şikayətində göstərilən ünvanda qanunsuz aparılan və başa çatmayan tikinti obyektinin qeyri yaşayış obyekti kimi fəaliyyət göstərəcəyini göstərsə də bununla bağdı məhkəməyə hər hansı bir mötəbər sübut təqdlim edə bilməmişdir. Bununla da, inzibati orqan qanunvericiliyin tələblərini pozaraq iş üçün əhəmiyyətli olan halı inzibati xətanın subyektini düzgün müəyyən etmədən səhvən başqa fiziki şəxs barəsində qərar qəbul etmişdir. Bu hal isə təqsirsizlik prezumpsiyası prinsipinin kobud pozulmasıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, IXM-nin 8-ci maddəsinə görə şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda səlahiyyətli inzibati orqanın üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, inzibati xətanın tərkib əlamətləri mövcuddur və birinci instansiya məhkəməsi səlahiyyətli orqan tərəfindən subyektin dəqiq müəyyən ediməməsi ilə bağlı düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Bundan başqa, apellyasiya məhkəməsində aparılan araşdırma ilə müəyyən olunur ki, Gəncə Şəhər Icra Hakimiyyəti Başçısı aparatının Memarlıq-Tikinti məsələləri üzrə sektoru tərəfindən eyni xəta ilə bağlı Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 395.1-ci maddəsi ilə 1000 manat cərimə olunmasına dair tərtib olunmuş hər iki qərarlar Gəncə Şəhər Məhkəməsinin qərarları ilə ləğv olunduqdan sonra, səlahiyyətli orqan eyni inzibati xəta ilə bağlı Qərardan şikayət verən orqan (şəxs) atası Kəmaləddin Quliyevi inzibati məsuliyyətə cəlb etmək qərarına gəlmiş və sonuncu barəsində IXM-nin 395.1-ci maddəsilə ##.##.2026-cı il tarixli qərarla 1000 manat, ##.##.2026-cı il tarixli qərarla1000 manat və ##.##.2026-cı il tarixli qərarla 1000 manat cərimə etmişdir. Hazırda həmin işə Kəmaləddin Quliyevin şikayəti əsasında Gəncə Şəhər Məhkəmsində baxılır. Belə olan halda səlahiyyətli orqanın gəldiyi nəticəyə görə bir inzibati xəta ilə bağlı həm Qərardan şikayət verən orqan (şəxs) 2 dəfə, həm də ki, onun atası Kəmaləddin Quliyev 3 dəfə inzibati qaydada hər bir protokol üzrə 1000 manat olmaqla cəmi 5000 manat pul ödəməlidirlər. Hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında eyni inzibati xəta ilə bağlı eyni şəxs - Qərardan şikayət verən orqan (şəxs) barəsində səlahiyyətli orqan tərəfindən verilmiş eyni məzmunlu apellyasiya şikayətlərinə əsasən iki inzibati xəta haqqında işlərə baxılır. Apellyasiya məhkəməsi hesab edir, səlahiyyətli inzibati orqanın bu hərəkətləri IXM-nin 6cı maddəsi (Qanunçuluq) və 9-cu maddəsi (Ədalətlilik) prinsiplərinə ziddir. Çünki IXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bir inzibati xətaya görə şəxs bir dəfə inzibati məsuliyyətə cəlb oluna bilər. Lakin, səlahiyyətli orqan inzibati xətanın sübyektini düzgün müəyyən etmədən eyni inzibati xətaya görə bir neçə şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Iş materiallarından görünür ki, bir inzibati xətaya görə 5 inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir, bu da IXM-nin 53.1.7-ci maddəsinin tələblərinə ziddir. Beləliklə, vuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar