Məhkəmə qərarları › İş №3(3-7)-528/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-528/2026

06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-528/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Bərdə Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, R X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-****/**** nömrəli (hakim Ziya Abdullayev) qərarı ilə ##.##.1988-ci il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.3 cü maddəsi ilə təqsirli bilinib, bаrəsində 1000 (bir min) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Belə ki, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Bərdə Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə saat 18:00 radələrində “Tik-tok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək onu təhqir etmiş və bu hal bir il ərzində ikinci dəfə təkrarlanmışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmənin qərarına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-in 510.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi mötəbər sübutlarla təsdiq edilir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qəbul edildikdən sonra zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə olunmuşdur. Qarşı tərəf ona qarşı hər hansı iddia və tələbinin qalmadığını, apellyasiya instansiyası məhkəməsində bunu şəxsən təsdiq etməyə hazır oldugunu və qərarın ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan əlavə, onun ailə vəziyyəti olduqca ağırdır. Himayəsində dörd azyaşlı uşaq vardır. Daimi iş yeri və sabit gəliri yoxdur. Ailəsinin yeganə dolanışıq mənbəyi odur və 1000 manat məbləğində cəriməni ödəmək imkanı yoxdur və bu cərimənin qüvvədə saxlanılması azyaşlı uşaqlarının normal yaşayış şəraitinə ciddi mənfi təsir göstərəcəkdir. Şəhid övladıdır, atasının vəfatı ona ağır psixoloji sarsıntılar yaşatmış, uzun müddət emosional gərginlik keçirməyinə səbəb olmuşdur. Hadisə də emosional vəziyyət fonunda baş vermişdir. Törətdiyi hərəkətdən peşmandır və gələcəkdə belə halların təkrarlanmaması üçün nəticə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, ondan heç bir şikayət və tələbin yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxs elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini istəmiş və apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 510.3-cü maddəsinə görə internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi inzibati xəta hadisəsinin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkəti İXM-nin 510.3-cü maddəsinin təsiri altına düşür. Belə ki, İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan hakim inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərlə, habelə digər sübutlarla İXM-in 510.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsinin baş verməsini sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilərək, barəsində 1000 (bir min) manat məbləğdə cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tərəflərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Yuxarıda qeyd olunanlara qiymət verərək hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 510.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibinin olması və onun həmin xətanı törətməkdə təqsirli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin hallarından görünür ki, inzibati xəta hadisəsi material üzrə toplanmış sübutlarla (şahidlərin izahatları, inzibati xəta haqqında protokol və s.) öz təsdiqini tapmışdır. Göründüyü kimi apellyasiya şikayətində və işə apellyasiya instansiya məhkəməsində baxılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və bu əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və tətbiq edilmiş inzibati tənbeh tədbirinin ağırlığı iddia olunmuşdur. Lakin inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə əsasən xırda xuliqanlıq inzibati xəta hadisəsi ilə bağlı zərərçəkmiş şəxslə barışıq halında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi halı nəzərdə tutulmamış, eyni zamanda onun barəsində mümkün olan ən aşağı həddə cərimə cəzası təyin edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati tənbeh tətbiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il *(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar