Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-529/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3 cü maddəsi ilə təqsirli bilinməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, hazırki iş üzrə inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara məhkəmə tərəfindən onun vəsatəti əsasında xitam verilməsi izah edilmişdir. İŞİN HALLARI Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax Rayon Polis Şöbəsinin inspektoru, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ## ### 2026-cı il tarixli İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə Kəlbəcər Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözü gedən qərara əsasən məhkəmə onun İnzibati Xətalar Məcəlləsinin 529.3 cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin tam sübuta yetirilməsi barədə yanlış mövqedə olmuşdur. Belə ki, qərarda qeyd olunur ki, onun barəsində ## ###### 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməsi, həmin protokol əsasında ## ###### 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimə tənbehi tətbiq edilməsi, hazırda həmin qərarla bağlı cərimənin ümumi məbləğinin 640 (altı yüz qırx) manat olması və cərimənin 3 (üç) ay müddətində ödənilmədiyinə görə, İnzibat Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmiş və bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilmişdir. Lakin, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilərkən Yevlax Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026 tarixli qərarı ilə ## ###### 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilmiş olması nəzərə alınmamışdır. Odur ki, ləğv edilmiş bir inzibati xəta barədə qərarla yazılmış cəriməyə faiz və dəbbə pulları hansı əsasla hesablanması, ləğv edilmiş bir cərimənin ödənilməməsi anlayışının hansı hüquqii mövqeyə əsaslanması, Yevlax rayon Məhkəməsinin qanuni qüvvəsini almış qərarı DİN BDYPİ tərəfindən icra edilmirsə, məhkəmə qərarlarının icrasının məcburiliyi anlayışının nəyi ifadə etməsi məsələləri nəzərə alaraq qərar əsassızdır və ləğv edilməlidir. PROSES İŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayətini müdafiə etdi və barəsində İXM-in 529.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadаn məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Tərəfləri dinləyib, inzibati xəta üzrə işin materiallarını və şikayətin dəlillərini tədqiq edərək hesab edirəm ki, şikayət təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5 ***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yevlax Rayon Polis Şöbəsinin səlahiyyətli vəzifəli şəxsi, R X1 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Apellyasiya instansiya məhkəməsindən aparılan araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının tam araşdırılmadığı məlum olmuşdur. Belə ki, Protokolu tərtib edən orqan-in DYPB-nin rəisi, polis R Rı X2 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə, saat 09:30-da Yevlax rayonu aeroport yolunda “Lada 21901 112 41 Granta” markalı ** SD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüquqqu məhdudlaşdırılmış şəxs kimi təhlükəsizlik kəməri taxmadan idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Yevlax Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026 tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti qismən təmin edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 332.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Yevlax rayon PŞ-nin DYPB-nin rəisi, polis R Rı X2 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Apellyasiya instansiya məhkəməsinə təqdim olunmuş Yevlax Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı, ##.##.2026 tarixli qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ###### 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ###### 2025ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ##.##.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyindən onun barəsində həmin qərarla nəzərdə tutulmuş cərimənin ödənilməməsi barədə inzibati xəta hadisəsindən də söhbət gedə bilməz. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5 ***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3 cü maddəsi ilə təqsirli bilinməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5 ***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-529/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-529/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver