Məhkəmə qərarları › İş №3(3-7)-530/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-530/2026

30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-530/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakları ilə MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (hakim Bayramova Kəmalə) ##.##.1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayan IŞIN HALLARI: “Inzibati qaydada tutma haqqında” ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında ##.##.2026-cı il tarixli protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyindən THC aşkar edildiyi göstərilmişdir. ##.##.2026-cı il tarixli rəydə qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə olan kannobinoidlərdə epizodik istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandıırılmışdır ki, o, polis tərəfindən saxlanılan zaman çox həyacanlı olmuşdur. O, saxlanma zamanı müdafiəçi ilə təmin edilməmiş və ona qarşı polis tərəfindən təzyiq olunmuşdur. O belə bir vəziyyətlə heç bir vaxt rastlaşmamışdır. Ona "sən narahat olma" deyərək, onu aldatmışlar. O, ümumiyyətlə, narkotik vasitələrdən istifadə etməmişdir. Gəncə şəhəri Narkoloji Dispanserində tibbi yoxlama zamanı ona heç nə demədən rəyə imza atdırmışlar, ona görə də həmin rəy ilə razı deyil. Eyni zamanda ona müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmamış, eyni qaydada birinci instansiya məhkəməsində də ona müdafiəçi təyin olunmamışdır. Bununla da onun müdafiə hüququ pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmiş, eyni zamanda işin hallarından göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 206-cı maddəsinin tövsif məsələsini və ona dövlət hesabına müdafiəçisinin təyin olunmamasını mübahisələndirir. Belə ki, hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materialına “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında ##.##.2026-cı il tarixli Protokolu, ##.##.2026-cı il tarixli rəyi, “Inzibati qaydada tutma haqqında” ##.##.2026-cı il tarixli protokolu, inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın və şahid izahatlarını, eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xəta hadisələri üzrə özünü təqsirli bilməsini və həmin əməllərə görə peşman olmasını nəzərə alaraq onun təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində ağırlaşdıran halların olmamasını və IXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alıb barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə onu da qeyd edir ki, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında ##.##.2026-cı il tarixli Protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyindən THC aşkar edildiyi göstərilmiş, həmin xüsusatın əksini təkzib edə biləcək mötəbər sənəd müdafiə tərəfindən təqdim olunmamışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, istər Gəncə şəhər 1-ci Polis Şöbəsində, istərsə də birinci instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş imtina ərizələrindən görünür ki, o, dövlət hesabına müdafiəçi təyin olunmasından imtina etmiş və o, öz hüquqlarını bilir və özü sərbəst şəkildə müdafiə etməyi bacarır (İ cild, i.v.2, 20). Belə olan halda şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmiş, ona görə də barəsində təyin edilmiş inzibati həbs tənbeh tədbirindən azad olunmasına və iş üzrə icraata xitam olunmasına əsas olan xüsusatlar hazırda mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar