Məhkəmə qərarları › İş №3(3-7)-531/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-531/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-531/2026 31.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Abdullayev Fərman) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmiş, həbsetmənin əvvəli ## ### 2026-cı il tarixdən, saat 20:00-dan hesablanmışdır. IŞIN HALLARI: Iş materialına əlavə edilmiş sənədlər: Bərdə Rayon məhkəməsinin ##.##.2018-ci il tarixli icra sənədindən görünür ki, ##.##.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2018-ci tarixdən başlayaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə verilməlidir. Icraata başlama haqqında ##.##.2018-ci il tarixli qərardan görünür ki, Bərdə rayon məhkəməsinin ##.##.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu 10 gün müddət könüllü ödəməsi təklif olunmuşdur. ##.##.2018-ci il tarixli (tələbin könüllü icrası haqqında) bildirişdən görünür ki, Bərdə rayon məhkəməsinin ##.##.2018-ci il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən məhkum Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində amnistiya tətbiq edilərək o, məhkəmənin hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona qəti olaraq təyin olunmuş 11 ay, 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Inzibati xəta haqqında iş üzrə materiala baxan Bərdə Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmə qərarı ilə razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ədalətli deyil və qərəzlidir, ona görə də məhkəmənin qərarının və işinə yenidən baxılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və tələbkar üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin və tələbkarın iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materiialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmişdir, çünki iş materialında olan icra vərəqəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini üzürsüz səbəbdən icra etməmiş, həmçinin onun barəsində bir neçə dəfə inzibati tənbeh tədbirləri tətbiq edilmiş və həmin tənbeh tədbirlərindən islah olunmadığı üçün o, CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. “Icra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə IXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. ## ### 2026-cı il tarixli protokol tərtib olunan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 7590 manat borcunun olmasına baxmayaraq, o, həmin borcu maddi imkanının olmamasına görə ödəyə bilmədiyini əsas gətirsə də məhkəmə bu xüsusatı sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh IXM-nin 21 və 31-ci maddəsinə uyğundur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar