Məhkəmə qərarları › İş №3(3-7)-533/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-533/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-533/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsini hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi haqqında Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-136)-332/20*(*-***)-***/**** saylıBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin-19000.00 ABŞ dollarının iyirmi faizi, yəni 3800.00 ABŞ dolları miqdarında (pozuntunun baş verdiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə) inzibati cərimə edilməsi qərara alınmışdır. Bundan sonra barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermiş, həmçinin vəsatət verərək qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 tərəfindən verilmiş Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarından prosessual müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmişdır. Həmin qərardaddan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 şikayət verərək Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini və Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini və Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 3(5-136)- ***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti poçt vasitəsi ilə onlara göndərilməmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yerləşdirildiyindən isə məlumatları olmamışdır. Əgər olsaydı təbii ki, tərəflərindən dərhal apellyasiya şikayəti verilərdi. Çünki, həmin qərarla razı deyillər və buna görə də qərardan apellyasiya şikaytəi vermişlər. Qeyd olunan qərarın mövcud olmasından Qazax rayon icra və probasiya şöbəsindən məlumat aldıqdan sonra bilmişlər. Ona görə də həmin qərardan qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayətini verə bilmədiklərindən, ##.##.2026-cı il tarixdə tərəflərindən apellyasiya şikayəti verilmişdir. Hesab edirlər ki, Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı əsassızdır və ləğv olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2 və 128.2.1-ci maddələrinə, əsaləfı hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. Bu Məcəlləhin 129.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hakim şikayətin daxil olduğu gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir. Yuxarıda qeyd etdikləri halları nəzərə alaraq xahiş edirlər ki, Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin, Qazax rayon məhkəməsinin ## ##### 2026cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməklə, Qazax rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarından verilmiş apellyasiya şikayətinə baxılması təmin olunsun. Məhkəmə baxışının vaxtı və yeri barədə səlahiyyətli orqan Protokol tərtib edən orqanlar və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə rəsmi qaydada məlumat verilsə də, səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İşə səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın qanuniliyi və əsaslılığını iş materialları əsasında yoxlayıb aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayət təmin edilməməlili, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd edir. İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. İş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsində inzibati xəta haqqında iş üzrə qərar ##.##.2026-cı il tarixdə çıxarılmışdır. İş materiallarından və eləcə də elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ##.##.2026-cı il tarixdə gücləndirilmiş imza ilə təsdiq olunmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə yerləşdirilmiş, həmçinin qərarın surəti həmin tarixli məktubla poçt vasitəsi ilə sonuncuya göndərilmişdir. Mövcud qaydalara görə məhkəmə aktı gücləndirilmiş imza ilə təsdiq olunmaqla elektron kabinetə yerləşdirildikdə həmin akt elektron kabinet istifadəçisinə çatdırılmış hesab olunur. Belə olan halda apellyasiya şikayəti vermə müddətinin sonuncu günü ## ### 2026-cı il tarix hesab olunur. Lakin iş materiallarından görünür ki, səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə, yəni 1 ay 13 gün vaxt keçdikdən sonra elektron sənəd dövriyyəsi (elektron kabinet) vasitəsi ilə Qazax Rayon Məhkəməsinə göndərilmiş və həmin tarixdə işə baxan məhkəmənin hakimi tərəfindən elektron qaydada təhvil alınmışdır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən apellyasiya şikayəti, qanunla müəyyən edilmiş şikayət vermə müddəti buraxılmaqla verilmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş Qazax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair gəldiyi qənaətini müddətin buraxılmasının üzrlü səbəbdən baş verməməsi ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hazırki halda buraxılmış müddətin bərpa edilməsinə heç bir əsas yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsindən görünür ki, ərizədə prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas hesab oluna biləcək hər hansı bir inandırıçı dəlil göstərilməmiş, eləcə də ərizəyə müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edə bilən hər hansı bir mötəbər sübut əlavə edilməmişdir. Qeyd edilməlidir ki, müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.08 tarixli qərarında da göstərmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. Yuxarıda qeyd edildiyi kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi prosessual müddətin buraxılmasının üzrlü hesab olunmasına əsas verən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi müddətin hansı əsasa görə buraxılmasını yetərincə əsaslandıra bilməmiş, müddətin buraxılmasının üzrlü səbəbi kimi yalnız qərarın surətinin ona rəsmən təqdim edilməməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayətin verilməsinin mümkün olmamasını göstərmişdir. Qərarın gücləndirilmiş imza ilə imzalanmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin elektron kabinetinə yerləşdirilməsi və apellyasiya şikayətinin bundan 1 ay 13 gün müddət keçdikdən sonra təqdim olunması ərizədə göstərilən dəlilin əsassız olduğu qənaətinə gəlməyə əsas verir və həmin dəlil müddətin üzrlü hesab edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Ümumiyyətlə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin apellyasiya şikayəti verməsinə yönələn hərəkətləri etməsinə mane olmuş və ya başqa şəkildə qeyri-mümkün etmiş halların mövcudluğu müəyyən edilmir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin şikayətdə göstərdiyi dəlillər əsasında Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1 maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərardır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi haqqında Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin direktoru X1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi haqqında Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 tərəfindən verilmiş şikayət təmin edilməsin, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar