Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-534/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Işdə olan sənədlər: Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə ##.##.2025-ci il tarixdə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixdə icra və probasiya şöbəsində verdiyi izahatdan görünür ki, o, icra sənədindən məlumatlıdır, 3575 manat borcunun olduğunu təsdiq edir, işsiz olduğundan vaxt aşırı aliment borcunu ödəmək imkanında deyil. Inzibati xəta haqqında materiala baxan Şəmkir Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından zərərçəkmiş şəxs Sərvaz Səfərov şikayət verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3575 manat borcundan 300 manat pul ödəmiş, bununla da iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, onun heç bir yerdən gəlirinin olmamasını, borclunun maddi imkanının olmasını, üç azyaçlı uşağın saxlanılmasında maddi mənəvi çətinliklərini nəzərə şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən zərərçəkmiş şəxs Sərvaz Səfərov şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu tam şəkildə ödəmədiyi günə qədər ondan şikayətçidir, onunla barışmır, ona görə də barəsində qanunamüvafiq tədbirin görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir dəfə də bu məsələ ilə bağlı 2025-ci ilin sentyabr ayında 500 manat cərimə olunmuşdur. Həmin vaxtdan bu günə kimi ödənişi yoxdur. Apellyasiya məhkəməsi iclasında iştirak edən narəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, 3575 manat borcdan birinci instansiya məhkəməsində 300 manat ödəniş etmişdir. Bu barədə ödəniş qəbzini məhkəməyə təqdim edir, qalıq hissəni də payız fəslinin sonuna kimi ödəyib bitirəcəkdir. Bir dəfə də bu məsələ ilə bağlı 2025-ci ilin sentyabr ayında 500 manat cərimə olunmuş, cərimə ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini və tərəflərin izahatlarını işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı və məhkəmənin qərarı ləğv edilərək işin mahiyyəti üzrə yeni qərar qəbul olunmalıdır. Məhkəmə, aşağıda qeyd olunanlara əsasən şikayətin dəlillərini əsaslı sayır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinin icrası barədə hərəkətlər ##.##.2025-ci il tarixdə “Icraata başlamaq haqqında” qərar və “Tələbin könüllü icrası haqqında“ bildirişdən göründüyü kimi (borclu) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə icra sənədində qeyd olunan tələbi yerinə yetirməsi, yerinə yetirməcəyi təqdirdə məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmiş, lakin o, icra sənədini qərəzli yerinə yetirmədiyinə Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmadığı qənaətinə gələrkən, borclunun aliment borcundan hazırda kifayət qədər yüksək məbləğdə, yəni 300 manat ödəməyə hazır olmasını, lakin tələbkar borcun tamamilə ödənməsini tələb etsə də, ödənişi qəbul etməsini, həmçinin borclu icra vərəqəsini icra edəcəyinə söz verərək borcunu müəyyən müddət ərzində ödəməyi öhdəsinə götürməsini və aliment ödənişlərinin müntəzəm surətdə ödəyəcəyini bildirməsini əsas gətirərək onun icra sənədinin qərəzli olaraq boyun qaçırmamasını qeyd etmişdir. Halbuki, birinci instansiya məhkəməsi iş materialında olan sənədləri və izahatları müqayisəli şəkildə araşdırmamış, borclunun həqiqətən də icra sənədindən xəbərinin olubolmasını və qərəzli olaraq boyun qaçırıb-qaçırmaması, eyni zamanda icra sənədində göstərilən pul ödəniş ilə bağlı hansı real tədbirlərin yerinə yetirib-yetirməməsi araşdırmamış, bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi hallarının mövcud olmadığı qənaətinə gələrək onun əməlinə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinin dəlillərindən və məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2025-ci il tarixli icra vərəqəsi üzrə tərtib olunan ##.##.2026-cı il tarixli protokolda qeyd olunan 3575 manat borcdan birinci instansiya məhkəməsində yalnız 300 manat ödəniş ödəmiş, qalıq hissəni bugünki günədək ödəniş ödəməmiş, həmin xüsusatları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da təsdiq etmişdir. “Icra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, iş materialında olan sənədlərdən göründüyü kimi həqiqətən də borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli icra sənədindən və tələbin könüllü icrası barədə bildirişdən əvvəlcədən xəbəri olmuş, icra məmurunun onu xəbərdarlıq etməsinə baxmayaraq, borcunu tam ödəməkdən və məhkəmə qərarı ilə müəyyən edilmiş borcu ödəməkdən boyun qaçıraraq icra sənədinin icrası üçün yetərli tədbirlər görməmiş, maddi vəziyyətinin aşağı olmasını əsas gətirərək tələbkara borclu olduğu məbləği bir dəfəyə və ya ödənişi qismən də olsa hissə-hissə üzrlü səbəbdən ödəməkdən yayınmış, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində qərəzliliyi təsdiq edən kifayət qədər hallar olsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar nəzərə alınmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli protokol tərtib edildikdən sonra icra sənədi üzrə ümumilikdə 3575 manat borcdan birinci instansiya məhkəməsində yalnız 300 manat ödəniş ödəmiş, iş materialının apellyasiya məhkəməsində icraatda olduğu dövrdə belə ödəniş etməyə cəhd göstərməməsi və eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir dəfə IXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə olunmasına baxmayaraq o, tənbeh tədbirindən islah olunmamış və yenidən analoji xarakterli inzibati xəta hadisəsini törətməsi onu göstərir ki, hazırki vəziyyətdə borclunun icra məmurunun qanuni tələblərinə tabe olması ağlabatan hal kimi qiymətləndirilə bilməz. Işin faktiki halları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi təsdiq olunduğundan o, IXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Apellyasiya məhkəməsi işin faktiki hallarını, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq ona IXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə növündə inzibati tənbehin tətbiq edilməsi törədilən inzibati xətanın xarakterinə və inzibati xətanı törədənin şəxsiyyətinə uyğundur, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi ilə IXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədlərinə nail olunmasının təmin edilməsi mümkündür. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, tələbkar Sərvaz Səfərovun apellyasiya şikayəti əsaslı hesab edilməli, hazırkı iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan 1000 (min) manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilməlidir. IXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-534/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-534/2026
10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver