Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-535/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 ci maddəsi ilə təqsirli bilinməsinə dair Gədəbəy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gədəbəy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli (sədrlik edən Füzuli Mirzəquliyev) qərarı ilə ##.##.1967-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə növündə inzibаti tənbeh təyin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarını ləğv edib iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş üzrə məlum qərarı qəbul edərkən iş üzrə obyektiv araşdırma aparmadan, şahid dindirmədən barəsində inzibati tənbeh cəzası təyin edilmişdir. O, Zərərçəkmiş şəxs İlyas qızını vurmamışdır. Bu qadının psixi problemi var, ona qarşı bu qadının aqresivliyi ara vermir. O, bu qadını nəinki vurmamış, heç onun yaxınlığına da getməmişdir. Polisin şahid kimi qeyd etdiyi Həsənova Solmaz İbrahim qızı hadisə zamanı yəni Zərərçəkmiş şəxs İlyas qızı onu söyən zaman işdə şahid kimi göstərilmiş Həsənova Solmaz İbrahim qızı ümumiyyətlə orada olmamışdır. Məhkəmə bu bir şahidi dindirmədən onun barəsində inzibati tənbeh cəzası müəyyən etmişdir. Barəsində olan materialda göstərilir ki, guya o, yerdən daş parçalarını götürüb Zərərçəkmiş şəxs atmışdır. Guya onlar dalaşan zaman şahid Solmaz Həsənova oraya gəlmiş hadisəni görmüşdür. X4 ümumiyyətlə orada olmamış, nə də hadisəni görməmişdir. Belə olan halda məhkəmənin şahidi dindirmədən qərar qəbul etməsinin hüquqi əsası yoxdur. Gözdən əlildir, gözünün biri görmür, digər bir gözü isə 30 faiz görür. Belə vəziyyətdə o, ümumiyyətlə orada olmamış, nə də hadisəni görməmişdir. Belə olan halda məhkəmənin şahidi dindirmədən qərar qəbul etməsinin hüquqi əsası yoxdur. Zərərçəkmiş şəxs İlyas qızı barəsində dəfələrlə polisə müraciət etmiş, ancaq bu qadın barəsində onun qanunsuzluğu ilə bağlı etdiyi müraciətlərlə bağlı heç bir ölçü götürməmişdir. Ona görə mənim barəsində olan Gədəbəy rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğu üçün ləğv edilməli iş üzrə inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs şikayəti müdafiə etdi və şikayətin təmin edilməsini və qərarı ləğv edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında materiallarla birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatları dinləyərək məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-120)-243/2026 qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətlədirərkən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2026-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs İlyas qızının şikayəti əsasında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərar alınmışdır. Həmin qərardan görünür ki, şahid kimi izahatı alınmış Həsənova Solmaz İbrahim qızı Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Materiala əlavə edilmiş Gədəbəy mərkəzi rayon xəstəxanasının publik hüquqi şəxsin ##.##.2026-cı il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs İlyas qızı ##.##.2026-cı il tarixdə DZ:Z04.5-yetirilmiş digər travmadan sonra müayinə və müşahidə, R03.0-hipertenziya diaqnozu olmadığı halda vyüksəlmis qan təzyiqi diaqnozu ilə Xəstəxananın Acil şöbəsinə müraciət etmişdir. Məhkəmə Tibbi Ekspertizasının ##.##.2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs İlyas qızının bədən səthində aşkar edilmiş xəsarət-başın qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən ##.##.2026-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs İlyas qızının bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyəsinə əsasən demək olar ki, onun həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik olan xəsarət aşkar edilməmişdir. Araşdırma zamanı material əlavə edilmiş ##.##.2026-cı il tarixli, *-**-**/*-****/**** nömrəli əməliyyat tapşırığına cavab məktundan görünür ki, həmin tapşırıqla bağlı bir sıra əməliyyataxtarış tədbirləri keçirilərək Gədəbəy rayonu, Söyüdlü kənd sakinləri Zərərçəkmiş şəxs İlyas qızı ilə qonşusu və qohumu olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının arasında xeyli müddətdi torpaq yolun üstündə münaqişə olması, ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs döyüb xəsarət yetirməsi, həmin vaxt onların yanında Həsənova Solmaz İbrahim qızı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İlyas qızı bildirmişdir ki, onların evinə gələn yol əmisi X1 və arvadı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının birgə yaşadıqları fərdi yaşayış evinin arxa hissəsindən keçir. Həmin yolun üstündə əmisi Yolçu Zeynalov və arvadı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə aralarında torpaq yolun üstündə mülki mübahisələri var. Həmin mübahisə təxminən uzun müddətdir davam edir. Həmin mübahisələri ilə bağlı bir neçə dəfə əmisi Yolçu Zeynalov və arvadı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə münaqişələri olmuşdur. Yol mübahisələrinə məhkəmədə baxılır. ##.##.2026-cı il tarixdə saat 20 radələrində yaşadıqları evdə anası X5 və qonşusu Həsənov Solmaz İbrahim qızı ilə söhbət etmişlər. Həmin vaxt evlərində su olmadığından və çay qaynatmaq üçün evlərindən təxminən 200 metr məsafadə yerləşən bulağa tərəf getmişdir. O, həmin yolla bulağa gedən zamanı əmisinin evin arxa hissəsinə çatdıqda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heyvanlarını həyətlərinə tərəf aparmış, bu zaman sonuncu onun ünvanına nalayiq ifadələr işlədib ona buradan yol olmadığını bildirib onunla mübahisə etmişdir. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhqir etməməsini, sonuncuya başqa gedəcək yol olmadığını deyib bulağa getmişdir. Bu zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yerdən daş parçalarını əlinə yığıb ona tərəf atmış və həmin daş parçalarından biri onun başının sağ tərəfinə dəymişdir. Sonra isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arxa tərəfdən gələrək hər iki əli ilə kürək nahiyəsindən vurmuş və o, sifət nahiyəsi tərəfindən asfalt yola yıxılmışdır. O yıxıldıqdan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kürək nahiyəsinə bir neçə yumruq zərbələri vurub onu döymüşdür. Bu zaman əmisi Yolçu Zeynalov gəlib Güllüzarı onun üzərindən ayrıb evə aparmışdır. Onların dava-dalaş səslərinə qonşu Solmaz Həsənova onun yaşadığı evdən çıxıb onların yanlarına gəlmiş, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onunla dalaşıb onu döyməsini Solmaz Həsənova görmüşdür. Göstərilənlərə əsasən məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının izahatının özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Odur ki, şikayətin dəlilləri tam əsassız olmaqla hər hansı bir sübutla təsdiq olunmur. Şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Təyin edilmiş tənbeh ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının təqsirli bilinərək inzibati qaydada tənbeh edildiyi İXM-in 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edərək onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin etmişdir. Eyni zamanda, inzibati xəta haqqında materiallarda və məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının inzibati məsuliyyətdən azad edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanı törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gədəbəy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-535/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-535/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver