Məhkəmə qərarları › İş №3(3-7)-536/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-536/2026

10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-536/2026 10.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** nömrəli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 9315.5 manat alınaraq, Zərərçəkmiş şəxs verilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 40 manat, Zərərçəkmiş şəxs isə 60 manat alınaraq, dövlət büdcəsinə keçirilməsi müəyyən olunmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair 04 iyun 2026-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Gədəbəy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs cəzasının tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassız və qanunsuz hesab edir. Məhkəmə qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatına istinad edilməklə qeyd edilmişdir ki, o borcunun bir hissəsini ödəmiş, qalan borcunu da hissə-hissə ödəyəcəyi barədə vəd vermişdir. Bundan başqa, onda xərçəng xəstəliyi var və ## #### 2026-cı il tarixdə cərrahiyə əmaliyyatı olunacaqdır. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Bildirir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs indiyədək 2000 manata yaxın pul ödəmişdir. Onun ödədiyi ümumi borcun heç 1/4 faizi belə etmir. İcra Məmuru inzibati protokol yazan vaxtları, həbs olunma təhlükəsi olan zamanlarda az miqdarda pul ödəmiş, sonradan aylarla pul ödəməmişdir. O vəd vermişdir ki, tam ödəniş edəcək, lakin buna əməl etməmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsində icra işi qaldırılandan bəri hazırki təqdimatdan əvvəl də inzibati xəta barədə iş olmuş, lakin onun barəsində heç bir tədbir görülmür. Əksinə onun yalançı vədləri əsasında icra məmuru tərəfindən verilmiş inzibati xəta barədə işin əsassız olaraq xitam olunması qərara alınmışdır. İnzibati xəta barəsində icraata xitam verilməsi qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəstəliyinə istinad olunması da əsassızdır. Belə ki, onun anlaqsız olması barədə heç bir sübut yoxdur. Onda xəstəlik möcvud olsa belə bu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirsizliyi üçün əsas ola bilməz. Azərbaycan Respublikası IXM-nin 16.2-ci maddəsinə əsasən inzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il ## ### tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə" ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs gələcəkdə ödəyəcəni deyə yalançı vədləri inzibati xəta barədə işin xitam edilməsinə səbəb ola bilməz. Buradan da görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qəsdən və qərəzli olaraq qərarı icra etmir və qərarın da icrasına mane olur. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Ziyad oğluna məhkəmə iclasında iştirak etməmişlər və gəlməməyinin səbəblərini məhkəməyə bildirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə məhkəməyə ünvanladığı teleqramlara və 26.##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə ünvanlanmış ərizə və ona əlavə edilmiş sənədlərə əsasən səhhəti ilə əlaqədar olaraq (onkoloji xəstə və xəstəli ilə əlaqədar şua müalicəsi aldığına görə) məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qisnən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Gədəbəy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** nömrəli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 9315.5 manat alınaraq, Zərərçəkmiş şəxs verilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 40 manat, Zərərçəkmiş şəxs isə 60 manat alınaraq, dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır; “İcraata başlamaq haqqında” ##.##.2024-cü il tarixli qərara əsasən icra sənədi üzrə icraata başlanmışdır; “Tələbin könüllük icrası haqqında” ##.##.2024-cü il tarixli bildirişdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Borclunun axtarış elan edilməsi barədə Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə borclunun yerinin məlum olmaması barədə ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrəli Gədəbəy rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Rüstəmov Ruslan Əli oğlu tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 9315.5 manat alınaraq, Zərərçəkmiş şəxs verilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 40 manat, Zərərçəkmiş şəxs isə 60 manat alınaraq, dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixli Gədəbəy rayon İcra və Probasiya şöbəsində verdiyi yazılı izahatında qeyd olunur ki, qeyd olunan qətnamədən 1100 manat ödəniş etsə də, sonradan uzun müddət xəstə olaraq müalicə aldığı borcdan ödəniş edə bilməmişdir. Hazırda 800 manat ödəniş edə bilir və hər ay azı 500 manat ödəniş edərək beş-altı ay ərzində icra sənədində olan borcu bağlamağa söz vermişdir. Cari ilin yanvar ayından “xxxx” ASC-də əməliyyatçı vəzifəsində işləyir və mümkündürsə əmək haqqını yönəldilməsini xahiş etmişdir. Əlavə ödənişlər edərək hər ay 500 manat ödəniş edəcəyini bildirimişdir. İXM-nin 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Apellyasiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən birinci instansiya məhkəməsinin işə mövcud materiallar əsasında baxması, daha doğrusu işin mövcud faktiki hallarını qiymətləndirməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs açıq-aşkar qərəzli şəkildə icra sənədi üzrə tələbdən yayınması ilə bağlı icra işində olan sübutların nəzərə alınması və bununla obyektiv həqiqətin müəyyən edilməsi daha düzgün qərarın qəbul edilməsi ilə nəticələnə bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən isə işin faktiki halları və iş materiallarında olan sübutlar nəzərə alınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi yuxarıda qeyd olunan halları özü tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul edilməsinə nail olmalıdır. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə öhdəliyini qərəzli şəkildə icra etməmiş və icradan yayınmışdır, bu hal icra işində olan materiallarla öz təsdiqini tapır. Beləliklə, apellyasiya instansiyası hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli İXM-in 528.1-ci maddəsinin dispozisiyasında göstərilən halla tam üst-üstə düşür və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 04 iyun 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar