Məhkəmə qərarları › İş №3(3-7)-537/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-537/2026

13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-537/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Gəncə Şəhər BPI-nin DYPŞ-i tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Həsənli Məhəmməd) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə Şəhər Baş Polis Idarəsinin X2 Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Gəncə Şəhər BPI-nin DYPŞ-i tərəfindən Qərardan şikayət verən orqan (şəxs) sözügedən inzibati xəta törətməsini əks etdirən videogörüntülər birinci instansiya məhkəməsinə təqdim edilmiş və məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, “VAZ 21214” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə konstruktsiya dəyişikliyi edilərək həmin avtomobilin modeli üçün nəzərdə tutulmayan istismara yararsız arxa yaylar quraşdırılmışdır. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən birinci instansiya məhkəməsinə videogörüntülər təqdim edilmiş və həmin videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman “VAZ 21214” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobildən arxa yaylarının usta tərəfindən sökülməsi və yenisi ilə əvəz olunması müəyyən edilmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd edilən qaydada qərar qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, əvvəldən həm inzibati orqanda, həm də məhkəmə iclasında izahatında göstərmişdir ki, idarə etdiyi VAZ-21214 markalı avtomobildə heç bir qanunsuz konstruksiya dəyişikliyi aparılmamışdır. Buna baxmayaraq, məhkəmə onun izahatlarını araşdırmadan və onların həqiqiliyini yoxlamadan yalnız polis əməkdaşlarının izahatlarını əsas götürmüşdür. Qərarda qeyd edilir ki, avtomobildə "başqa markalı avtomobilə məxsus purjun (arxa yayları)" quraşdırılmışdır və bu səbəbdən IXM-in 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin belə nəticəyə gəlmək üçün xüsusi texniki bilik tələb olunur. Buna baxmayaraq, nə polis əməkdaşları, nə də birinci instansiya məhkəməsi bu məsələlərin müəyyən edilməsi üçün ekspertiza təyin etməmişlər. Məhkəmə qərarında videogörüntülərə də istinad edilmişdir. Lakin videogörüntülərdən arxa yaylarının markasını, texniki göstəricilərini, ölçülərini, materialını, zavod istehsalı olub-olmamasını və ya avtomobil modelinə uyğunluğunu müəyyən etmək mümkün deyildir. Videogörüntülər yalnız avtomobilin xarici görünüşünü əks etdirə bilər, lakin həmin görüntülər texniki ekspertiza funksiyasını yerinə yetirmir. Buna görə də videogörüntülər əsasında avtomobilin konstruksiyasının dəyişdirildiyi barədə nəticəyə gəlmək qanuni hesab edilə bilməz. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsində barəsində inzibati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o, göstərdi ki, hadisə günü idarə etdiyi nəqliyyat vasitəsilə Heydər Əliyev prospekti ilə «Mall» istiqamətinə hərəkət edərkən işıqfordan univermaqın dördyölunu keçərkən Həsənağa adlı X2i onun maşınını saxlanılmış, maşınında arxada qadın oturmuşdur. Həsənağa manevr etmə qaydalarını pozduğunua və maşının arxa hissəsinin çox aşağı olduğunu bildirərək R ona maşının dayanacağa getməli olduğunu demiş, o da avtomobildə arxada əyləşən qadını yola salmış, özü isə maşını ilə X2 şöəbsinin həyətindəki duracağına gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, şöbənin həyətində inzibati binanın yanında olarkən onun xəbəri və iştirakı olmadan maşının sol arxa yaylasını R Hikmət Mirzəyev özü ölçmüş və qərar qəbul etmişdir ki, yaylaya dəyişiklik olub. DYP-nın həyətindəki duracaqda iki saat gözləmiş, sonra onun barəsində protokol tərtib olunmuş və bu barədə telefonuna mesaj gəlmişdir ki, 150 manat cərimə olunub. Duracaqda polis əməkdaşı ona demişdir ki, maşnın arxa yaylarını dəyişməyənə kimi maşın burada qalacaq. Məcbur olub yaxınlıqdan olan ehtiyyat hissələri dükanından hər biri 70 manat olmaqla iki ədəd yeni arxa yaylar almış, 20 manat da ustaya vermişdir ki, arxa yayları dəyişsin. Bundan sonra maşını duracaqdan buraxılmışdır. Barəsində tərtib olunmuş elektron qərarla razılaşmır. Heç bir manevr qaydalarını pozmamış, maşının arxa yaylarına də dəyişklik etməmişdir. Lakin onun idarə etdiyi maşın 2016-cı ilin istehsalıdır, təxminən 3-4 ay olar ki, həmin maşını almış, o, maşında heç bir konstruksiya dəyişikliyi etməmişdir. Hazırda cəriməni ödəməmişdir. Apellyasiya məhkəməsində Gəncə Şəhər BPI-nin DYPŞ-i tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş Qərardan şikayət verən orqan (şəxs) sözügedən inzibati xəta törətməsini əks etdirən videogörüntü tədqiq edilmiş, görüntüdə polis əməkdaşının əlində olan hansısa ştanqen deyilən ölçü aləti ilə qeyd olunan nəqliyyat vasitəsinin sol arxa təkərin arxasınındakı görünməyən hansısa ehtiyat hissəsini ölçərək «purjinin» 12 mm olduğu halda 10 mm olduğunu bildirir. Məhkəmə iclasının yeri və vaxtı barədə protokolu tərtib etmiş R Hikmət Mirzəyevin ##.##.2026-cı il tarixdə məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə rəsmi məktubla X2 şöbəsinin rəisinə məlumat verilməsinə baxmayaraq, onun iştirakı məhkəmədə təmin olunmamış, məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Bununla da məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən protokolu tərtib etmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmalı, iş üzrə məhkəmənin qərarı və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Apellyasiya məhkəməsi ilk öncə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 327.1-ci və 342.2.3-cü maddələrinin tərkib əlamətlərinin olub-olmaması istiqamətində nə inzibati orqan, nə də birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, ona görə də məhkəmə aşağıdakı xüsusatlara görə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlləri təsdiq olunmur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 327.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunsa da, onun “VAZ 21214” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Gəncə şəhəri ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasını təsdiq edən videogörüntü, fotoşəkil və ya digər mötəbər sübut IXM-nın 76-cı maddəsinin tələbinə müvafiq təqdim olunmamışdır. Həmçinin, apellyasiya məhkəməsi, Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 342.2.3-cü maddəsinin tərkib əlamətinin olması ilə bağlı onu qeyd edir ki, onun idarə etdiyi “VAZ 21214” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki vasitələrə aiddir və hazırki iş üzrə həmin avtomobilin modeli üçün nəzərdə tutulmayan arxa yaylarına dəyişklik edilməsi ilə bağlı şübhə yarandıqda iş üzrə texnika sahəsində xüsusi bilik tələb olunan müvafiq ekspertiza təyin olunub rəy alınmalı idi. Hazırki iş üzrə mütəxəssis rəyi olmadan avtomobilin konstruksiyasına, xüsusənlə də arxa yaylarına hər hansı bir dəyişikliyin edilib-edilməsini müəyyən etmək mümkün deyildir. Bundan başqa, apellyasiya məhkəməsində tədqiq edilmiş videogörüntüdə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “VAZ 21214” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dayanacaqda olan zaman polis əməkdaşı əlində olan texniki cəhətdən işlək vəziyyətdə olub-olmaması müəyyən edilməyən, eyni zamanda məlum olmayan üsulla hazırlanmış mənbəyi bəlli olmayan hansısa bir alətlə qeyd olunan nəqliyyat vasitəsinin sol arxa təkərin arxa hissəsində görünməyən hansısa bir ehtiyyat hissəsini ölçür və heç bir normativ-hüquqi akta əsaslanmadan qərara gəlir ki, guya avtomobilin arxa yaylası 12 mm olmalı halda 10 mm-dir, buna görə də arxa yaylara müvafiq dəyişklik olmuş və Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya məhkəməsi həmin videogörütüyə tənqidi yanaşaraq qeyd edir ki, sözügedən videogrüntü iş materialları ilə uzlaşmır, işin obyektiv hallarına uyğun deyil, yalnız bir nəfərin şəxsi mülahizsidir, buna görə də bu görüntü iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. Bundan başqa, işdə olan fotoşəkilə baxış kneçirilərkən də Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “VAZ 21214” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə arxa hissəsinin bərabər olduğu, avtomobilin arxa hissəsinin aşağı enməsi vizual olaraq ümumiyyətlə müşahidə olunmur. Habelə, qeyd olunan ziddiyyətli xüsusatların aydınlaşdırılması məqsədi ilə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən # ###### 2026-cı il tarixdə Gəncə Şəhər Baş Polis Idarəsinin Qərarından şikayət verilən orqan iş üzrə mötəbər sübutların məhkəməyə təqdim olunmasına dair sorğu ünvanlanmış, lakin inzibati orqan tərəfindən elektron qərarı tərtib edən şəxsin iştirakı məhkəmədə təmin edilməmiş, habelə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci və 342.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci və 342.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair işdə hər hansı bir mötəbər sübut yoxdur, bütün qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktını qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci və 342.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Beləliklə, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1ci və 342.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Şərh edilənlərə və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Gəncə Şəhər BPI-nin DYPŞ-nin R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci və 342.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar