Məhkəmə qərarları › İş №3(3-7)-538/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-538/2026

25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-538/2026 25.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ****/**** nömrəli qərarından inzibati tənbehetmə haqqında qərar qəbul edən vəzifəli şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan ünvan 2 ünvanında tikintisinə icazə tələb olunan tikinti obyektinin inşasına, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-Tikinti məsələləri sektorunun böyük məsləhətçisi Nümayəndə tərəfindən İXM-in 395.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə şikayət təmiş edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-Tikinti məsələləri sektorunun böyük məsləhətçisi Nümayəndə tərəfindən İXM-in 395.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından vəzifəli şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması haqqında qərrar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını pozaraq əsassız qərar qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, X2 şəhəri, Kəpəz rayonu, Vaqif küçəsi, ev 40 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evin tikintisi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti sektorunu. əvvəlcədən məlumatlandırılmış və o, məlumatlandırılma icraatı qaydasını pozmamışdır. Belə ki X3 evin tikintisini qadağan edilməsi ilə bağlı hər hansı bir şifahi və rəsmi qaydada məlumat verilməmiş, bunun əksinə sübut edən hər hansı bir sənəd də məhkəməyə təqdim edilməmişdir Bundan başqa məhkəmə qeyd edir ki, inzibati orqan Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq-Tikinti Məsələləri sektoru inzibati xətanın subyektin müəyyən etmədən, səhv subyekt barəsində qərar qəbul etmişdir. Elektron Tikinti X1 vasitəsilə, X2 etibarlı nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) ##.##.2024-cü il tarixli, EDO-****/**** nömrəli ərizə ilə ünvan 1 ünvanında fərdi yaşayış evinin inşa olunması məqsədilə müraciət etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin 80.6-cı bəndinə uyğun olaraq, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinə dair müraciətin 10 gün müddəti tamam olaraq Tikintilərin Dövlət Reyestrinə ##.##.2024-cü il tarixində ötürülməsi təmin edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80 ci maddəsinin 80.5 ci bəndinə əsasən, yuxarıda qeyd olunan Tikintilərin Dövlət reyestrinə daxil edilmiş məlumatlandırma icraatı ilə bağlı ərazidə tikinti işlərinə nəzarət etmək məqsədilə tikinti obyektinə baxış keçirilərkən məlum olmuşdur ki, Tikililərin Dövlət reystrində qeydə alınmış ümumi məlumatlarla faktiki tikilinin arasında, bir sıra uyğunsuzluqlar mövcuddur. O cümlədən tikinti obyekti memarlıqplanlaşdırma bölməsində 2 (iki)mərtəbəli fərdi yaşayış evi kimi göstərilsədə, tikinti obyektinin təyinatı qanunsuz olaraq tikinti işləri zamanı bilərərkdən dəyişdirilmiş və qeyri yaşayış obyekti kimi inşa olunması müşahidə olunmuşdur. Bu səbəbdən də sözü gedən ünvanda tikinti işləri qanunamüvafiq qaydada dayandırılmışdır. Həmçinin tikinti obyektinə baxış keçirilərkən məhz X2 etibarlı nümayəndəsi (oğlu) Qərardan şikayət verən orqan (şəxs) Memarlıq və Tikinti məsələləri sektorunun əməkdaşlarına yaxınlaşaraq tikinti obyektinin ona məxsus olduğunu bildirmişdir. X2 da izahatında oğluna etibarnamə verdiyini və tikinti işlərinin onun tərəfindən aparıldığını təsdiq etmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2026-CI il tarixli *-**/*-****/**** nömrəli məktubundan görünür ki, Quliyevə məxsus torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin tikinti niyyətinə dair ##.##.2024-cü il tarixində Tikintilərin Dövlət reyestrinə daxil edilmiş məlumatlar müraciətləri əsasında ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, həmin tikinti sahəsinin sahibi o deyil, tikilən əmlak onun atası X2 məxsusdur və icra hakimiyyəti tərəfindən atası bu məsələ ilə bağlı cərimə edilmiş, özü isə ayrı-ayrı vaxtlarda hər biri 1000 (min) manat məbləğində olmaqla 3 dəfə cərimə edilmişdir, halbuki hazırkı inzibati xəta hadisəsinin subyekti o deyil, atasıdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İХM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 395.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərar Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmişdir. Lakin həm iş materiallarında olan sənədlərdən (şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış ******* nömrəli çıxarışa əsasən (qeydiyyat tarixi ##.##.2017-ci il) həm də məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarından məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ X2 məxsusdur. Eyni zamanda portala əlavə edilmiş və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, sözügedən layihənin sifarişçisi X2 olmuş, məlumatlandırma icraatı qaydasında da müvafiq qaydada müraciəti edən şəxs məhz X2 olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, X2 qeyd olunan inzibati xəta pozuntusunun subyekti deyildir və onun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tərkib əlamətləri öz təsdiqini tapmır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən həm protokolda həm də qərarda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən tikilən tikintinin fərdi yaşayış evi yoxsa qeyri-yaşayış obyekti olması göstərilməmişdir. Buna görə də, inşa edilən tikinti üçün icazənin alınması yoxsa sadəcə məlumat verilməli olmasını müəyyən etmək mümkün olmur. Yuxarıda sadalanan qanunun mənasından da aydın olur ki, məlumatlandırma icraatının (İXM-nın 395.1-ci maddəsində də konkret olaraq göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan aparılan tikintilərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur) tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət X2 məxsusdur. - X2 ##.##.2024-cü il tarixdə ünvan 1 ünvanında tikinti işlərin aparılması barədə Gəncə şəhər İcra Hakimiyyətini məlumatlandırmışdır. - X2 əsasında “xxxx” MMC tərəfindən hazırlanmış Gəncə şəhəri, Vaqif küçəsi ev 40da 2 mərtəbəli fərdi yaşayış evinin (memarlıq planlaşdırma bölməsi) layihəsi əlavə edilmişdir. - Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış ## ### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Elektron Tikinti X1 vasitəsilə, X2 etibarnamə əsasında nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) ##.##.2024-cü il tarixli, EDO****/**** nömrəli ərizə ilə ünvan 1 ünvanında fərdi yaşayış evinin inşa olunması məqsədilə müraciət etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80 ci maddəsinin 80.6 cı bəndinə uyğun olaraq, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinə dair müraciətin 10 gün müddəti tamam olaraq Tikintilərin Dövlət Reyestrinə ##.##.2024-cü il tarixində ötürülməsi təmin edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin 80.5-ci bəndinə əsasən, yuxarıda qeyd olunan Tikintilərin Dövlət reyestrinə daxil edilmiş məlumatlandırma icraatı ilə bağlı ərazidə tikinti işlərinə nəzarət etmək məqsədilə tikinti obyektinə baxış keçirilərkən məlum olmuşdur ki, Tikililərin Dövlət reystrində qeydə alınmış ümumi məlumatlarla faktiki tikilinin arasında, bir sıra uyğunsuzluqlar mövcuddur. O cümlədən tikinti obyekti memarlıq-planlaşdırma bölməsində 2 (iki) mərtəbəli fərdi yaşayış evi kimi göstərilsədə, tikinti obyektinin təyinatı qanunsuz olaraq tikinti işləri zamanı bilərərkdən dəyişdirilmiş və qeyri yaşayış obyekti kimi inşa olunması müşahidə olunmuşdur. Bu səbəbdəndə sözü gedən ünvanda tikinti işləri qanunamüvafiq qaydada dayandırılmışdır. Odur ki, ##.##.2026-cı il tarixli, MB-****/**** nömrəli Tikintilərin Dövlət reyestrinə daxil edilmiş ümumi məlumatların ləğv edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir - Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə ünvanlanmış ## #### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri sektorunun əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən torpaq sahəsində X2 nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. - Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən X2 etibarlı nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ## #### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri sektorunun əməkdaşları tərəfindən şəhərdə aparılan monitorinq zamanı ünvan 3 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyiniz fərdi yaşayış evində layihədən kənarlaşma aşkar edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, elektron informasiya resursu (e-tikinti.gov.az) portalına inşası nəzərdə tutulan fərdi yaşayış evinin layihələndirilməsinə dair yerləşdirilən layihə ilə faktiki inşa etdiyi tikinti arasında nəzərə çarpacaq qədər uyğunsuzluq vardır. Odur ki, tikinti işlərinin dayandırılaraq, Azərbaycan Respublikası Şəhərsalma və tikinti Məcəlləsinin 80-ci maddəsinin və AzDTN 2.7-3 fərdi yaşayış evlərinin layihələndirilmə normalarına uyğun aparılması tövsiyə olunmuş, əks halda sözügedən tikinti işləri ilə bağlı qanunamüvafiq tədbir görüləcəyi bildirilmişdir. - Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinə ünvanlanmış ## #### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında X7 məxsus torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin tikinti niyyətinə dair ##.##.2024-cü il tarixində Tikintilərin Dövlət reyestrinə daxil edilmiş məlumatlar müraciətləri əsasında ləğv edilmişdir - Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə ünvanlanmış ## #### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Elektron Tikinti X1 vasitəsilə, X2 etibarlı nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) ##.##.2024-cü il tarixli, EDO-****/**** nömrəli ərizə ilə ünvan 3 ünvanında fərdi yaşayış evinin inşa olunması məqsədilə müraciət etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin 80.6-cı bəndinə uyğun olaraq, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinə dair müraciətin 10 gün müddəti tamam olaraq Tikintilərin Dövlət Reyestrinə ##.##.2024-cü il tarixində ötürülməsi təmin edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin 80.5-ci bəndinə əsasən, yuxarıda qeyd olunan Tikintilərin Dövlət reyestrinə daxil edilmiş məlumatlandırma icraatı ilə bağlı ərazidə tikinti işlərinə nəzarət etmək məqsədilə tikinti obyektinə baxış keçirilərkən məlum olmuşdur ki, Tikililərin Dövlət reyestrində qeydə alınmış ümumi məlumatlarla faktiki tikilinin arasında, bir sıra uyğunsuzluqlar mövcuddur. Belə ki, Elektron Tikinti (e-tikinti.gov.az) X1 vasitəsilə əlavə olunmuş layihədə göstərilən baş plan, birinci və ikinci mərtəbənin planı ilə faktiki davam edən tikinti arasında nəzərə çarpacaq qədər kənarlaşma mövcuddur. O cümlədən layihədə zirzəmi göstərilməsə də faktiki olaraq zirzəmi inşa edilmiş, giriş-çıxış qapısı və pilləkən yerləşən hissə dəyişdirilmişdir. Əlavə olaraq bildirmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti ##.##.2026-cı il tarixli, *-*/*-****/**** nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həmin ünvanda faktiki olaraq tikintisi davam etdirilən tikinti obyektinə dair ##.##.2026-cı il tarixli, MB-****/**** nömrəli Tikintilərin Dövlət reyestrinə daxil edilmiş ümumi məlumatların ləğv edilməsi məqsədilə müraciət edərək, qeyd olunan tikinti obyektinə dair foto şəkilləri və e-tikinti.gov.az internet resursu vasitəsilə əlavə edilmiş layihə məktuba əlavə edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, *-*/*-****/**** nömrəli məktubuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ##.##.2026-cı il tarixli, *-**/*-****/**** nömrəli məktubla, ünvan 4 ünvanında X7 məxsus torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin tikinti niyyətinə dair ##.##.2024-cü il tarixində Tikintilərin Dövlət reyestrinə daxil edilmiş məlumatların ləğv edildiyi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə məlumat vermişdir. Faktiki olaraq qanunsuz tikintisi davam edən tikinti obyektinin foto şəkillərində də məlum olur ki, həmin tikinti obyektinin layihəsi ilə faktiki tikinti arasında uyğunsuzluq mövcuddur. Beləliklə, iş materiallarından məlum olur ki, X2 etibarnamə əsasında nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) ##.##.2024-cü il tarixli, EDO****/**** nömrəli ərizə ilə ünvan 1 ünvanında fərdi yaşayış evinin inşa olunması məqsədilə müraciət etmiş, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80 ci maddəsinin 80.6 cı bəndinə uyğun olaraq, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinə dair müraciətin 10 gün müddəti tamam olaraq Tikintilərin Dövlət Reyestrinə ##.##.2024-cü il tarixində ötürülməsi təmin edilmişdir. İXM-in 395.1-ci maddəsinin mahiyyətinə görə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə məsuliyyət yaranır. Hazırkı halda isə tikintinin aparılması üçün məlumatlandırma icraatının şərtlərinə icra edildiyi məlum olur, həmçinin inzibati tənbehetmə haqqında qərarı qəbul edən orqan tərəfindən də bu fakt təkzib edilmir. Sadəcə olaraq, qəbul edilmiş qərarda fərdi yaşayış evində layihədən kənarlaşma və elektron informasiya resursu (e-tikinti.gov.az) portalına inşası nəzərdə tutulan fərdi yaşayış evinin layihələndirilməsinə dair yerləşdirilən layihə ilə faktiki inşa etdiyi tikinti arasında nəzərə çarpacaq qədər uyğunsuzluq olması qeyd olunmuşdur. Buna baxmayaraq inzibati tənbehetmə haqqında qərar qəbul edən orqan tərəfindən tikintisinə icazə tələb olunan tikinti obyektinin inşasına, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət X2 məxsusdur. Bununla belə, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilən qərarda hansı səbəbdən tikinti işlərinin iştirakçısı və mülkiyyətçi olmayan Qərardan şikayət verən orqan (şəxs) İXM-in 395.1-ci maddəsilə təqsirli bilinərək cərimə edilməsi əsaslandırılmamış, inzibati tənbehetmə haqqında qərar qəbul edən orqan tərəfindən yalnız Qərardan şikayət verən orqan (şəxs) tərəfindən etibarnamə əsasında atası X2 məxsus torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatının aparılmasına istinad edilmişdir. Həmçinin qeyd edilməlidir ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində analoji məsələ ilə bağlı İXM-in 395.1-ci maddəsilə əlavə olaraq 2 inzibati tənbehetmə haqqında qərar da qəbul edilmişdir. Belə ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan ünvan 2 ünvanında tikintisinə icazə tələb olunan tikinti obyektinin inşasına, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) tikinti işlərinin aparılmasına dair məsul şəxs olub-olmaması, eyni zamanda hansı səbəbdən tikinti işlərinin dayandırılmasına baxmayaraq eyni hadisə ilə bağlı barəsində müxtəlif vaxtlarda 3 inzibati tənbehetmə haqqında qərar qəbul edilməsi, həmçinin tikinti obyektinin inşası üçün məlumatlandırılma icraatının aparılmasına baxmayaraq inzibati xəta haqqında iş üzrə icraatın hansı səbəbdən müvafiq icra hakimiyyəti orqanından icazə alınmadan tikinti aparılmasına görə aparılması araşdırılmamışdır. Apellyasiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən birinci instansiya məhkəməsinin işə mövcud materiallar əsasında baxması, daha doğrusu işin mövcud faktiki hallarını qiymətləndirməsi, yuxarıda qeyd olunan hallar araşdırılmalı və bununla obyektiv həqiqətin müəyyən edilməsi daha düzgün qərarın qəbul edilməsi ilə nəticələnə bilərdi. Ona görə də məhkəmə hesab edir ki, birinci instasniya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi yuxarıda qeyd olunan halları özü tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul edilməsinə nail olmalıdır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda apelyasiya instansyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilən səbəblərdən Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmalı, işə yenidən baxılarkən hazırki qərarda göstərilən tələblərə diqqət yetirilməli və nəzərə alınmalıdır. Şərh оlunanlar əsasən və İXM-in 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında material yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar