Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-540/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-ci il tarixli, EQ ******** saylı inzibati xəta haqqında qərarından verdiyi şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarla razı deyil. Ona görə ki, ona məxsus olan “KAMAZ 5511” yük markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Qazax yolunda hərəkətdə olan vaxt avtomobilin yükü qanuna müvafiq olaraq çəkisi yerində olmuş, bununla bağlı rəsmi sənəd almışdır. Həmin avtomobilə artıq yük vurmamışdır. Ancaq buna baxmayaraq avtomobilin yükünü artıq qeyd etmişlər. Məhkəmə işə baxarkən prosessual qaydalara əməl etmədən əsassız qərar çıxarmışdır. Hesab edir ki, həmin qərar qanunsuz çıxarıldığı üçün ləğv olunmalıdır. Apellyasiya məhkəmə baxşında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə rəsmi qaydada məlumat verilsə də, Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. İşə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya şikayətin dəlillərini və Qərardan şikayət verən orqan (şəxs) izahatını iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin olunmalı, iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə işin məhkəmə baxışına hazırlanması mərhələsinə qaytarılmalıdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən şikayətin dəlillərini əsassız sayır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materialında olan ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan X1 ##.##.2026-cı il tarixdə saat 19:01:59-da “KAMAZ 5511” yük markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinmiş və 600 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi WEB Portalından çıxarılmış fotoşəkillərin surətlərindən görünür ki, fotoşəkildə ##.##.2026-cı il tarixdə saat 19:01:59-da M-2 magistralının 244,2 km-liyində Ucar rayonu ərazisində Bakı istiqamətində “KAMAZ 5511” yük markalı ** BT *** qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi əks olunmuşdur. Həmin vaxt avtomobilin maksimum yükü 42000 kq olmalı olduğu halda, 45930 kq olduğu qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində şikayət verərək qanuna uyğunluğunu mübahisələdirdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarı ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qənbeh edilməsinə dair qəbul edilmişdir. İXM-nin 128.1-ci maddəsinin müddəalarına görə isə yalnız barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarından verdiyi şikayəti icraata qəbul edərkən onun mübahisələndirən qərara aidiyyətinin olub-olmadığını, ümumiyyətlə Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayət vermək hüququna malik olub-olmadığının və şikayətin icrata qəbul edilməsi üçün əsasların olub-olmadığını araşdırmamış, bununla da İXM-nin tələblərini pozmuşdur. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə işin məhkəmə baxışına hazırlanması mərhələsinə göndərilməlidir. İXM-nin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin olunsun. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə işin məhkəmə baxışına hazırlanması mərhələsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-540/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-540/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver