Məhkəmə qərarları › İş №3(3-7)-541/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-541/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-541/2026 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yoı Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, yüz manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət ünvanlayaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə şikayətin təmin edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 2026-cı il ## #### tarixli EQ ******** nömrəli qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərardan verdiyi şikayət təmin edilməmiş, elektron qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam araşdırılmaması, sübutların obyektiv qiymətləndirilməməsi və məhkəmə qərarının kifayət qədər əsaslandırılmaması nəticəsində qəbul edilmişdir. Bu səbəbdən qərarın ləğv edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcuddur. Belə ki, ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilmiş və barəsində 3 cərimə balı tətbiq edilmişdir. Qərar xüsusi texniki vasitə tərəfindən qeydə alınmış görüntüyə əsaslandırılmışdır. Həmin elektron qərardan qanunla müəyyən edilmiş müddətdə Gəncə Şəhər Məhkəməsinə şikayət vermiş, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətində göstərmişdir ki, hadisə zamanı avtomobildə olan azyaşlı uşaqlar hərəkətə başlamazdan əvvəl arxa oturacaqda əyləşmişdilər. Avtomobil hərəkətdə olarkən uşaqlardan birinin qəfil halı pisləşmiş, ağlamağa və narahat olmağa başlamışdır. Bu səbəbdən avtomobilin ön sərnişin oturacağında əyləşmiş atası uşağı sakitləşdirmək məqsədilə onu qucağına götürmüşdür. Məhz həmin qısa zaman kəsiyində o bunun qarşısını ala bilməmiş və həmin an xüsusi texniki vasitə avtomobili qeydə almış və yalnız həmin anı əks etdirən fotoşəkil əsasında inzibati məsuliyyət tətbiq edilmişdir. O, həm inzibati orqanda, həm də məhkəmə iclasında xüsusi olaraq izah etmişdir ki, uşağı qucağına götürən şəxs avtomobili idarə edən sürücü deyil, ön sərnişin oturacağında əyləşmiş atası olmuşdur. Bu hal onun iradəsindən asılı olmayaraq baş vermişdir. Hadisənin hüquqi qiymətləndirilməsi baxımından bu hal əhəmiyyət daşısa da, nə inzibati orqan, nə də birinci instansiya məhkəməsi həmin izahata lazımi hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qərarında onun izahatını qeyd etsə də, bu izahatın hansı səbəbdən qəbul edilmədiyini, hansı sübutlarla təkzib olunduğunu və niyə hüquqi əhəmiyyət daşımadığını əsaslandırmamışdır. Bunun əvəzinə məhkəmə yalnız xüsusi texniki vasitə ilə əldə edilmiş fotoşəkilə istinad etməklə şikayətin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, iş üzrə həqiqi hallar tam və hərtərəfli araşdırılmadan, yalnız bir anı əks etdirən görüntü əsasında nəticə çıxarılmışdır ki, bu da işin obyektiv həllinə mane olmuşdur. Azyaşlı uşaqların avtomobil hərəkətə başlamazdan əvvəl hansı oturacaqda əyləşməsi, uşağın səhhətinin qəfil pisləşməsi ilə bağlı verdiyi izahatın düzgünlüyü, uşağı qucağına götürən şəxsin sürücü deyil, ön sərnişin oturacağında əyləşmiş atası olması, xüsusi texniki vasitənin hadisəni tam video şəklində qeydə alıb-almaması, fotoşəklin hadisənin hansı mərhələsini və neçə saniyəlik zaman kəsiyini əks etdirməsi nəzərə alınmamış, halbuki həmin hallar müəyyən edilmədən yalnız bir fotoşəkil əsasında şəxsin inzibati məsuliyyətə cəlb olunması iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə imkan vermir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ## #### 2026-cı il tarixli EQ ******** nömrəli elektron qərarı ləğv edilməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməli və yaxud cərimə sərnişinə yönləndirilməli, məhkəmə zəruri hesab etdiyi halda iş üzrə bütün sübutlar, o cümlədən xüsusi texniki vasitənin tam video qeydi (mövcud olduğu halda) tələb edilərək hərtərəfli araşdırılmalı və iş üzrə qanuni, əsaslı və ədalətli qərar qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsində iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayəti müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdi, şikayətin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati tənbehetmə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati tənbehetmə haqqında qərar qəbul etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-ci maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. Apellyasiya şikayətində qeyd edilən əsaslar yalnız mülahizədən ibarətdir, heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan iş materiallarında olan ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Chevrolet Malıbu” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolu 363 km-də ##.##.2026-cı il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (sərnişin daşıma qaydalarının pozulması) törətmişdir. Həmin foto-şəkilə əsasən “Yol hərəkəti haqqında” Qanunun tələbləri pozulmaqla Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Chevrolet Malibu” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sərnişin oturacağında bir sərnişindən başqa 2 azyaşlı uşağın olması, bununla sürücü tərəfindən sərnişindaşınma qaydalarının pozulması müəyyən olunur. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 56-cı maddəsinin IX hissəsinin 2-ci bəndinə əsasən 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin və mopedin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq qadağan edilir. Beləliklə, məhkəmə apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, iş materiallarında olan sübutlara əsasən onun tərəfindən müvafiq qayda pozuntusu edilməsi təsdiqini tapmışdır. Həmçinin şəxsin məsuliyyətə cəlb edilməsini istisna edən hallar da mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cы maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar