Məhkəmə qərarları › İş №3(3-7)-542/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-542/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-542/2026 05.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 400 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödəmədiyi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində tərtib olunmuş protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Məmmədov Elçin) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, inzibati həbsdə olmanın əvvəli ## ###### 2026-cı il tarixdən saat 18:57-dən hesablanmışdır. IŞIN HALLARI: Iş materialında olan sənədlər: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2015-ci il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü X1, ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 400 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. ##.##.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi Nümayəndə şikayət verərək Gəncə Şəhər Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı çıxarıldıqdan sonra # ###### 2026-cı il tarixdə Unibank KB ASC Gəncə filialı vasitəsi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hesabına 2000 manat icra sənədi üzrə tələb olunan bütün borc məbləği tam şəkildə ödənilmişdir. Səmimi peşmançılığı, icra sənədinin tələbini könüllü olaraq tam icra etməsini nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Əlavə olaraq göstərdilər ki, # ###### 2026-cı il tarixdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hesabına 2000 manat icra sənədi üzrə tələb olunan bütün borc məbləği tam şəkildə ödənilmişdir. Apellyasiya məhkəmə baxışında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə münasibət bildirərək yazılı ərizəsini təqdim edərək göstərdi ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən # ###### 2026-cı il tarixdə 2000 manat bütün borc məbləği onun hesabına ödənilmişdir, ona görə də onun həbsdən azad olunmasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə işin materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də tərəfin çıxışını dinləyib hesab edir ki, şikayət təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və IXM-in 53.1.10-cu maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş ##.##.2021-ci il tarixli tarixli icra vərəqəsindən və sənədlərdən, həmçininin izahatlardan göründüyü kimi icra sənədi üzrə borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra vərəqəsini tam şəkildə yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, zərərçəkmiş şəxsin mənafeyini nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Lakin məhkəmənin qərarı qəbul olunduqdan sonra apellyasiya şikayətin əlavə olunmuş Unibank KB ASC Gəncə filialı vasitəsi ilə Qəbz № BPM*******NP zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hesabına 2000 manat icra sənədi üzrə tələb olunan bütün borc məbləği tam şəkildə ödənilmişdir. Qeyd edilən xüsusatı apellyasiya məhkəməsi iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi yazılı ərizəsində göstərmişdir. IXM-nin 528.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan hallara qiymət verərək məhkəmə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hesabına borcu tam şəkildə ödənildiyindən IXM-nin 53.1.10-cu maddəsinə müvafiq olaraq şikayət təmin olunaraq Gəncə Şəhər Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata həmin maddənin qeydinə əsasən xitam verilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. IXM-nin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar