Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-543/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Həsənova Nəzirə Altay qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) qeyd edilən qərardan ##.##.2026-cı il tarixdə məhkəməyə şikayət vermiş, həmçinin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadı ilə Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərardadından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək məhkəmənin qərardadını ləğv edərək ötürülmüş müddətin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 2016-cı ilədək Goranboy rayonu ərazisində yerləşən Goran adlanan ərazidə sahibkarlıq fəalliyyəti ilə məşğul olmuşdur. 2016-cı il tarixindən etibarən mağazanı bağlayaraq sahibkarlıq fəaliyyətini sonlandırmış və ** saylı Vergi Baş İdarəsində VÖEN-ni müvəqqəti dayandırmışdır. Bundan sonra Rusiya Federasiyasına getmiş, 2019-cu il tarixində Azərbaycana qayıdaraq dövlət işlərində çalışmağa başlamışdır. ## ### 2026-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfətişliyi Xidməti Gəncə-X4 məktub daxil olaraq Şöbəyə yaxınlaşmağı tələb olunmuş bu zaman ona ##.##.2026-ci il tarixli qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə olunması məlum olmuş, bu vaxta qədər həmin qərardan məlumatı olmamışdır. Bundan sonra, həmin qərardan şikayət vermiş, lakin vəsatət təqdim etmədiyindən Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə şikayəti geri qaytarılmışdır. Qərardan məlumatsız olması, eyni zamanda cərimə edildiyi vaxtda faktiki olaraq sahikarlıq fəaliyyəti ilə məşğul olmaması nəzərə alınaraq apellyasiya şikayəti təmin edilməli və ötürülmüş müddətin bərpa edilməsinə dair qərar qəbul edilməlidir. Apellyasiya məhkəməsində iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini və məhkəmənin qərardadını ləğv edərək ötürülmüş müddətin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsində iştirak edən inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 117-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunan Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsində göstərilmişdir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Apellyasiya məhkəməsi qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin birinci instansiya məhkəməsinin qərarından şikayət vermə müddəti bərpa edilməməlidir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsinin mahiyyətinə görə onun tərəfindən Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ## ### 2026-cı il tarixdə alındığı görünsə də, həmin qərardan ## #### 2026-cı il tarixdə şikayət verilməklə, qərardan şikayət verilməsi üçün nəzərdə tutulan müddət ötürülmüş və müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res yudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətə münasibətdə bildirir ki, qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Məhkəmə kollegiyası iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdıraraq, belə nəticəyə gəlir ki, hazırki iş üzrə şikayət verilməsi müddətinin bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin göstərdiyi dəlillər əsassızdır və şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilməməlidir. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-543/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-543/2026
13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver