Məhkəmə qərarları › İş №3(3-7)-544/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-544/2026

19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-544/2026 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI xxxx Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Protokolu tərtib edən orqan nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə «xxxx» Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış IXM-nin 192.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsinə dair xxxx Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində Protokolu tərtib edən orqan tərəfindən verilmiş protestə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: xxxx Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Həsənli Məhəmməd) qərarı ilə xxxx Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, təxminən 02 ildir ki, xxxx MTK-in direktoru vəzifəsində işləyir. xxxx MTK-in yaşayış binasında təmizlik, mühafizə, kommunal işlər bina sakinlərindən toplanan aylıq komendant haqqları hesabına həyata keçirilir. Əvvəllər bina sakinləri tərəfindən aylıq haqlar vaxtında ödənilsə də, son vaxtlar ödənişlər gecikdirilmiş və ya ödənilməmişdir. Buna görə də MTK-in mühafizə və təmizlik Işçilərinə aylıq əmək haqqı vaxtında ödənilməmiş, onlar da işdən ayrılmışdır. Bu səbəblə MKTIB-in işçiləri və ya digər şəxslər təxminən 2026-cı ilin yanvarından bina təmizliyinə və mühafizəyə köməyə gəlmişdir. Həmin şəxslər Gültəkin, Cəmilə, Sovet adlı şəxslər olmuşdur. MTK ərazisində olarkən onları görmüşdür. Bundan başqa adını bilmədiyi şəxs də binanın həyətində bağban kimi işləmişdir. Yaz-yay fəsillərində işləməklə mövsümi işçi olduğu üçün onunla əmək müqaviləsi bağlamamışdır. Daha sonra adlarını qeyd etdiyi şəxslərlə əmək müqaviləsi bağlamışdır. X2 izahatında göstərmişdir ki, təxminən 7 ildir ki, xxxx şəhər ** saylı MKTB-də dalandar işləyir. Bundan başqa xxxx MTK-ya məxsus xxxx şəhəri, H.Əliyev prospekti 60 ünvanında tikilmiş yaşayış binası üzrə süpürgəci-təmizlikçi işləyir. Ona süpürgəçi kimi 200-250 manat arası aylıq əmək haqqını komendant Rəşid və ya mühasib Səlimin əlbəəl verir. Ondan başqa həmin yaşayış binasında Gültəkin adında süpürgəçi də işləyir. Nə o, nə də Gültəkin ilə yaşayış binasının təmizlik işlərinin yerinə yetirilməsi ilə əlaqədar əmək müqaviləsi bağlanmamışdır. şahid4 izahatında göstərmişdir ki, təxminən 7 ildir ki, xxxx şəhər ** saylı MKTB-də dalandar işləyir. Bundan başqa xxxx MTK-ya məxsus xxxx şəhəri, H.Əliyev prospekti 60 ünvanında tikilmiş yaşayış binasında süpürgəci-təmizlikçi işləyir. Rəsmi işi ilk qeyd etdiyi olduğu üçün süpürgəçi kimi qeyri-rəsmi işləyir. Ona xadimə kimi 200-250 manat arası aylıq əmək haqqını komendant Rəşid və ya mühasib Səlim əlbəəl vermiş, ondan başqa həmin binada tanışı Cəmilə də süpürgəçi işləyir. Nə o, nə də Cəmilə ilə xxxx şəhəri, H.Əliyev prospekti 60 (Beynəlxalq xəstəxananın üstü) ünvanında tikilmiş 3 bina üzrə süpürgəçi-təmizlikçi işlərinin yerinə yetirilməsi ilə əlaqədar əmək müqaviləsi bağlanmamışdır. şahid5 izahatında göstərmişdir ki, təxminən 10 ildir ki, xxxx MTK-ya məxsus xxxx şəhəri, H.Əliyev prospekti 60 ünvanında - X5 üstündə tikilmiş yaşayış binası üzrə komendant vəzifəsində işləyir. xxxx MTK-nın sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdir. xxxx MTK-da ondan başqa bağban şahid1, mühafizəçi Sovet. xadimələr Gültəkin və Cəmilə adlı işçilər çalışır şahid2 izahatında göstərmişdir ki, təxminən 6 aydır ki, xxxx MTK-ya məxsus xxxx şəhəri, H.Əliyev prospekti 60 ünvanında tikilmiş yaşayış binasında qapı gözətçisi vəzifəsində işləyir. Onu işə xxxx MTK tikinti MMC-də komendant işləyən Rəşid və mühasib işləyən Səlim götürmüşdür. xxxx MTK tikinti MMC-nin sədri isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdir. Əmək funksiyası binanın həyətində olan avtomobillərə nəzarət etmək, binanın həyətinə kənar şəxslərin girməsinin qarşısını almaq, binanın hər iki giriş hissəsində plastik materiallardan tikilmiş yuxarı hissəsi şüşəli olan qapalı tikilidə oturaraq binanın həyətinə girişçıxışa nəzarət etmək olmuş, ay ərzində 15 gün səhər, 15 gün gecə növbəsində işləmişdir. 10 gün əvvəl xxxx MTK tikinti MMC-nin mühasibi Səlim onu və digər qapı nəzarətçilərini əmək müqaviləsi bağlamaq üçün qeydiyyata almışdır. şahid1 izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid5 tanıyır. şahid5 xxxx MTK-da komedantdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs də arabir MTK ərazisində görür. O, bağban kimi müxtəlif şəxslərə məxsus yaşayış evlərinin həyətyanı sahəsində, eyni zamanda xxxx MTK-da işləyir. Onu 5-6 ildir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10-12 gündən bir zəng edərək MTK ərazisində bağban fəaliyyətini həyata keçirməyə yaşıllıqları səliqəyə salmağa dəvət edir. Həmin şəxs hər dəfə ona ot biçmək üçün 30 manat, ağacları sulayanda isə 35 manat haqq verir. Təqdim edilmiş ##.##.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən xxxx Mənzil Tikinti Kooperativinin sədri və işəgötürən səlahiyyətini həyata keçirən şəxs ##.##.2023-cü il tarixdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə “xxxx” ASCnin Qərb RETSI-nə verilmiş sorğunun cavabı daxil olmadığından xxxx MTK-nın sakinlərinə istifadə etdikləri elektrik enerjisinə görə artıq pul hesablanıb-hesablanmaması dəqiqləşdirilmədiyindən həmin hissədə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmiş, xxxx MTKnın sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X2 və şahid4 təmizlikçi, həmçinin şahid2 mühafizəçi kimi işə cəlb etdiyindən onun barəsində ayrıca inzibati icraat açılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən xxxx şəhər prokuroruna təqdim edilmişdir. -##.##.2026-cı il tarixli, baxış aparılması haqqında protokoldan görünür ki, X8 Sisteminin “Əmək müqaviləsi məlumatları” bölməsində edilmiş axtarış nəticəsində şahid5 ##.##.2023-cü il tarixdən xxxx MTK-da texniki nəzarətçi vəzifəsində işlədiyi, şahid2 ##.##.2026-cı il tarixdən xxxx MTK-da bina gözətçisi vəzifəsində işlədiyi, X2 DOST IŞ Mərkəzi MMC-ilə bağladığı müqavilə üzrə ##.##.2019-cu il tarixdən xxxx MKTIB-də sosial işçi kimi işlədiyi, xxxx MTK ilə əmək müqaviləsinin olmadığı, şahid4 DOST IŞ Mərkəzi MMC-ilə bağladığı müqavilə üzrə ##.##.2019-cu il tarixdən xxxx MKTIB-də sosial işçi kimi işlədiyi, xxxx MTK ilə əmək müqaviləsinin olmadığı, şahid1 adına isə ümumiyyətlə, əmək müqaviləsinin olmadığı müəyyən edilmişdir. Inzibati xəta haqqında materiala baxan xxxx Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Məhkəmənin qeyd edilən qərarından Protokolu tərtib edən orqan protest verərək xxxx Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və xxxx Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunması xahiş edilmişdir. Protest onunla əsaslandırılmışdır ki, araşdırma zamanı izahatları alınmış X2 və şahid4 izahatlarında həftənin 7 günü işləmək üçün xxxx MTK-ya getdikərini, hər gün saat 06:30-dan 08:30-09:00-dək binada təmizlik işləri ilə məşğul olduqlarını və hər ay MTK-nin mühasibi Səlim adlı şəxsin onlara aylıq 200-250 manat əmək haqqı verdiyini bildirmişlər. Həmçinin araşdırma zamanı xxxx MTK-nin komendantı şahid5 da, Cəmilə və Gültəkinin axşam və səhər saatlarında 1-2 saat binada işlədiklərini təsdiq etmişdir. Həmçinin şahid1 izahatında 2- 3 il ərzində hər ay ən azı 1-2 dəfə olmaqla mütəmadi olaraq xxxx MTK-nin ərazisində ağacların budanmasını və sulanmasını həyata keçirdiyini, bunun qarşılığında isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona 30-50 manat pul verdiyini bildirmişdir. Göründüyü kimi X2 və şahid4, şahid1 xxxx MTK-da sabit əmək haqları olduğu halda, habelə adları qeyd olunan şəxslər xxxx MTKda mütəmadi olaraq işləyərək xidmət göstərsələr, qeyd olunan xüsusatlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, araşdırma zamanı şahid2 izahatında 6 aydır xxxx MTKda qapı gözətçisi vəzifəsində işlədiyini, 10 gün əvvəl isə xxxx MTK ilə əmək müqaviləsi bağlandığını bildirmişdir. Qeyd olunan faktlarla bağlı isə Protokolu tərtib edən orqan aparılan araşdırma gedişində şahid2la ##.##.2026-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır. Bu isə şahid2 xxxx MTK-nin direktoru tərəfindən əmək müaviləsi bağlanmadan onu işlərin görülməsinə cəlb etdiyi bir daha təsdiq olunur. Bütün bunlar məhkəmənin gəldiyi nəticələrin mötəbər sübutlara əsaslanmadığını təsdiq edir. Odur ki, protestin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protestin dəlillərinə etiraz edərək protestin əsassız olduğunu və protestin təmin edilməməsini və xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən protest qismən təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və inzibati xəta haqqında iş bir icraat daxilində baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, xxxx Apellyasiya Məhkəməsinin icraatında olan hazırki işin mübahisəsindən görünür ki, xxxx Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə xxxx Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda xxxx Apellyasiya Məhkəməsinin icraatında olan xxxx Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ”xxxx” Mənzil Tikinti Kooperativi hüquqi şəxs qismində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ##.##.2026-cı il tarixli qərar qəbul edilərək hüquqi şəxs olan «xxxx» Mənzil Tikinti Kooperativin və vəzifəli şəxi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinə hüquqi qiymət verilməsi üçün xxxx Şəhər Məhkəməsinə göndərilmiş və həmin Məhkəmə də öz növbəsində ayrı-ayrı icraat daxilində həmin işlərə baxaraq fərqli qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ### 2026-cı il tarixli Plenum qərarında göstərilir ki, belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, protest qismən təmin edilməli, xxxx Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş bir icraat daxilində baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya protesti qismən təmin edilsin. xxxx Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında işə bir icraat daxilində baxılması üçün materiallar xxxx Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar