Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-546/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Həsənova Nəzirə Altay qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti ** saylı Gəncə-X3 nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin ** saylı Gəncə-X3 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək, 800 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və barəsində aparılan icraata xitam verilməsini, bu mümkün olmadıqda işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hadisənin bütün hallarını tam və obyektiv araşdırmamışdır. Tullantı sularının axıdılması qəsdən həyata keçirilməmiş, boru xəttində yaranmış qəfil texniki nasazlıq nəticəsində baş vermişdir. Nasazlıq aşkar olunan kimi dərhal aradan qaldırılmış və bu hal bir daha təkrarlanmamışdır. Məhkəmə onun verdiyi izahatı formal şəkildə qeyd etsə də, həmin izahatın hüquqi nəticələrinə qiymət verməmişdir. Problemin dərhal aradan qaldırılması, ekoloji zərərin davam etməməsi və hadisənin təsadüfi xarakter daşıması nəzərə alınmamışdır. İnzibati xəta haqqında protokolun və digər sübutların təkbaşına onun təqsirini tam və şübhəsiz sübut etməsi barədə məhkəmə kifayət qədər əsaslandırma verməmişdir. Təqsirin sübuta yetirilməsi inzibati orqanın vəzifəsidir, ehtimallara əsaslanaraq, şəxsin məsuliyyətə cəlb olunması qanunvericiliyin tələblərinə ziddir Məhkəmə onun xeyrinə olan halları lazımi səviyyədə qiymətləndirməmişdir. O, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, yoxlama zamanı əməkdaşlıq etmiş, nasazlığı aradan qaldırmış və ictimai təhlükəli nəticələrə yol verilməməsi üçün bütün tədbirləri görmüşdür. Məhkəmənin qərarı yalnız inzibati orqanın tərtib etdiyi sənədlərə əsaslanmış, müdafiə tərəfinin arqumentlərinə isə formal münasibət bildirilmişdir. Bu isə obyektiv və ədalətli məhkəmə araşdırması prinsiplərinə uyğun deyildir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs şikayəti müdafiə etdi, yol verilmiş pozuntunun elə aşkar edildiyi gün aradan qaldırıldığını və bu barədə protokol tərtib edən orqanın əməkdaşına məlumat verildiyini bildirdi və qərarın ləğv inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasında protokol tərtib edən orqanın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək yol verilmiş pozuntunun aradan qaldırılmadığını, həmçinin vətəndaşın izahat verilməsi üçün quruma çağırılsa da, gəlmədiyiini bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-ci maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Şikayətin dəlillərini işin materialları üzrə tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin ** saylı Gəncə-X3 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ****** nömrəli aktda qeyd edilmişdir ki, ** saylı Gəncə-X3 ##.##.2026-cı il tarixli, *** saylı sərəncamı əsasında keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Tofiq Bağırov küçəsi ilə Namiq Şahmuradov küçəsinin kəsişməsində (köhnə üç qardaş marketin arxa hissəsi) yerləşənrestoranın fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq obyektdən çölə açıq əraziyə plastik boru vasitəsi ilə axıdılması faktı aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı restoranın sahibkarı kimi özünü təqdim edən Namiq adlı şəxs obyektin özünə məxsus olduğunu şifahi olaraq bildirsə də, obyektin ona məxsus olmasına dair heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Beləliklə, qeyd edilən ünvanda fəaliyyət göstərən restoranda formalaşan tullantı sularının plastik boru vasitəsi ilə açıq əraziyə, obyektin ərazisindən çölə təyinatsız olaraq axıdılması nəticəsində Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələrin ərazisinin sanitariya və gigiyena və ekoloji normativlərə uyğun olaraq tənzimlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının tələbi pozulmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin ** saylı Gəncə-X3 tərəfindən ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta ilə bağlı inzibati xətanın törədilməsi faktının olub olmamasının müəyyən edilməsi ilə əlaqədar olaraq təsdiqedici sənədlərlə (şəxsiyyəti təsdiq edən sənəd, mağazanın mülkiyyət sənədləri, icarə müqaviləsi, VÖEN və s.) birlikdə ##.##.2026-cı il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin ** saylı X2 Bölməsinə dəvət edilmişdir. SX071939269AZ Poçt izləmə məlumatından görünür ki, bildiriş-məktub ##.##.2026 cı il tarixdə ünvana çatdırılmışdır. ##.##.2026-cı il tarixli, MN ******* saylı protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi ilə Namiq Şahmuradov küçəsinin kəsişməsində yerləşən restoranın fəaliyyəti zamanı formalaşan tullantı sularının ##.##.2026-cı il tarixdən plastik boru vasitəsi ilə çölə axıdılması faktı aşkar edildiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İXM-in 262.2.3-cü maddəsinə görə su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir, toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsaslar olduğunu tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən, şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cы maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-546/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-546/2026
13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver