Məhkəmə qərarları › İş №3(3-7)-547/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-547/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-547/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsini hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X6 ##.##.2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim Z.Y.Abdullayev) ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı ilə Azərbaycan Respublikası X3 Xidmətinin X6 ##.##.2026-cı il tarixli, MN 0031775 inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına əməldə inzibati xəta tərkibi olmadığından İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və X3 Xidmətinin X6 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraatın qanuniliyini, inzibati tənbehin tətbiqinin ədalətliliyini təmin etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) qanunsuz hərəkətlərinin nəticələrinin aradan qaldırmaq məqsədi ilə Xidmətin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, araşdırma zamanı təqdim olunan sənədlər əsasında müəyyən olunmuşdur ki, A.Həsənovanın Əmək Məcəlləsinin 70.c maddəsinin xitam verildiyi (peşakarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verildiyi müəyyən olunmuşdur. Lakin “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”mn təsdiq edilməsi haqqında” AR NK-nin ##.##.2020-ci il tarixli *** saylı qərarına əsasən sertifikasiya 2024- cü il tarixdə keçirilmiş, həmin sertifikasiyanın nəticəsinə əsaslanaraq 2026-cı il tarixdə, ƏM-nin 70 ci maddəsinin “c” bəndi ilə xitam verilməsi AR NKnin ##.##.2023-cü il tarixli *** saylı Qərarı ilə təsdiqlənmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasf’nın təsdiq edilməsi haqqında Qanunun 5.4. (Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi 1 (bir) ay müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir) tələbinə zidd olduğu üçün əmək qanunvericiliyinin tələbinin gözlənilmədiyi aşkar olunmuşdur.Xidmətin tərəfindən təqdim olunmuş sübutlara əsaslanaraq tərtib etdiyi qərarı inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edir. Məhkəmə tərəfindən araşdırma və sübutların qiymətləndirilməsi obyektiv aparılmamış, sözügedən inzibati xətanın aşkarlanmasına səbəb olmuş şikayət və vətəndaşın müraciətinə isə ümumiyyətlə, etinasız yanaşılmışdır. Məhkəmə sadəcə bir tərəfin, xüsusilə vəzifəli şəxsə münasibətdə qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayəti təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və X3 Xidmətinin X6 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarının qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək şikayət əsassız olduğundan təmin edilməməsini və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 192.6-cı maddəsində işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur.. Birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 ilə əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilmişdir. Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2024-cü il tarixli əmri olmasına baxmayaraq işəgötürən tərəfindən əmrin icrası həyata keçirilməmişdir. Məhkəmə hesab edir ki, işəgötürən haqlı olaraq əmri icra etməmişdir. Belə ki, mülki mühakimə icraatı qaydasında “işə bərpa” tələbinə dair iddia qaldırılmış, mülki iş üzrə yekun məhkəmə aktı ##.##.2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş, yalnız bundan sonra kasassiya şikayəti verilməsi ilə bağlı müddətlər gözlənilməklə icra üçün göndərilmişdir. Yalnız bundan sonra əmr icra olunmuşdur. Göstərilənləri əsas tutaraq, məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Bu baxımdan Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi müəyyən olunmur. Göründüyü kimi, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gələrkən onun tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmadığına istinad etmişdir. Lakin məhkəmə hansı sübutlara əsasən bu qənaətə gəldiyini əsaslandırmamışdır. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. İXM-nin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan, işin bütün faktiki halları tam aydınlaşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə işə baxarkən X3 Xidmətinin X6 ##.##.2026-cı il tarixli, MN 0031775 saylı “İnzibati tənbeh vermə haqqında” qərarının qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında iş üzrə toplanmış materialı, o cümlədən inzibati xəta haqqında protokolu tələb edib tədqiq etməmiş, işə nümayəndənin iştirakı olmadan baxaraq, yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayətində və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi dəlillərə əsaslanmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibini olmadığı qənaətinə gələrək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğunu hesab etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli araşdırma aparılmadan qərar qəbul edilərək səlahiyyətli orqanın qərarı ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında iş üzrə icraata əsassız olaraq xitam verilmişdir. İş materiallarından və eləcə də birinci instansiya məhkəməsinin qərarından Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.6-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinin hüquqi və faktiki əsasının müəyyən edilməsi mümkün deyildir. İş materiallarında Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.6-cı maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X6 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinə əsas olmuş inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material, o cümlədən inzibati xəta haqqında protokol mövcud deyildir. İş materiallarından da görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X6 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətini təqdim etmişdir. Lakin qərarın surəti oxunaqlı olmamaqla, həmin qərarın nədən bəhs etməsini müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi də iş materiallarını, eləcə də Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübutları səlahiyyətli orqandan tələb edib iş materiallarına əlavə etməklə tədqiq etməmişdir. Bundan başqa, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə baxışında iştirakı təmin edilməmiş, inzibati xəta haqında işin faktiki halları üzrə nümayəndənin izahatı alınmamış, verilmiş şikayətlə bağlı səlahiyyətli orqanın mülahizələri öyrənilməmişdir. Belə olan halda şikayət üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X6 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olub-olmamasının aydınlaşdırılması baxımından həmin qərarın verilməsinə əsas olmuş inzibati xəta haqqında işin materialı səlahiyyətli orqandan tələb edilib tədqiq edilməli, işih hallarının araşdırılmasında inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin edilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti ilə bağlı səlahiyyətli orqanın mülahizələri öyrənilməli, lazım gələrsə işin obyektiv həlli baxımından işə aidiyyəti olan şəxslərin izahatları alınmalı və yalnız bundan sonra səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək ona inzibati tənbehin tətbiq edilməsinin qanuni olubolmamasına hüquqi qiymət verilməlidir. İşə baxılarkən nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olub-olması mötəbər sübutlarla sübut edilməlidir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-114)-1367/2026 saylı qərarı ləğv edilsin. İş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar