Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-549/2026 07.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Protokolu tərtib edən orqan nümayəndəsi Məmmədova İlahə Azər qızının iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhəri Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə barəsində 160 saat ictimai işlər təyin edilmiş, lakin heç bir üzrlü səbəb olmadan ictimai işləri yerinə yetirməyə çıxmamışdır. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilməsi, inzibati həbsdə olmanın əvvəlinin ##.##.2026-cı il tarixdən saat 16:27-dan hesablanması qərara alınmışdır. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayəti müdafiə etdi və səhhətində olan problemlərlə bağlı olaraq ictimai işlər növündə cəəzanı icra edə bilmədiyini bildirərək şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 529.4-cü maddəsinə görə ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkəti İXM-nin 529.4-cü maddəsinin təsiri altına düşür. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini İXM-in 529.4-cü maddəsi ilə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs tənbeh tədbirini tətbiq etməsi inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Bu səbəbdən də verilmiş şikayətinin dəlilləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunmuş 25 (iyirmi beş) gün müddətində inzibati həbs tənbeh tədbirinin yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayətin dəlilləri iş üzrə müəyyən olunmuş faktiki hallarla təkzib olunan dəlillər olmaqla, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-549/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-549/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver