Məhkəmə qərarları › İş №3(3-7)-551/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-551/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-551/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Bayramova Kəmalə) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. IŞIN HALLARI: Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əyarı 750, çəkisi 12 qram, qiyməti 1500 manat olan qızıl nişan üzüyü, əyarı 583, çəkisi 36 qram, qiyməti 4600 manat qızıl dəsti (sırğa, boyunbağı, klon, qolbaq və üzük), əyarı 583, çəkisi 3 qram, qiyməti 370 manat qolbaq, əyarı 583, çəkisi 4 qram, qiyməti 450 manat boyunbağı, həmin əmlaklar olmadıqda onların dəyəri, tələbkar tələb etdiyi qızıl əşyalarının qiymətləndirilməsi üçün «xxxx» MMC-nin hesabına ödədiyi məbləğ əvəzində 90 (doxsan) manat alınaraq X1 verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 90 (doxsan) manat dövlət rüsumu tutulmalıdır. ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icra sənədinin icrası barədə məlumat verilmişdir. ##.##.2026-cı il tarixli qərardan görünür ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı yeri müəyyən etmək müəyyən olmamış, ona görə də onun barəsində axtarış elan olunmuşdur. Inzibati xəta haqqında iş üzrə materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Aytən Bayramova apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, uşaqların atası Orxan Həsənov uzun müddətdir uşaqların maddi təminatı ilə maraqlanmır və hazırda onun 15.000 manatdan artıq aliment borcu var və o, aliment ödəməkdən yayınır. Bundan əlavə son 3 il ərzində Orxan Həsənov uşaqlarla maraqlanmayıb, onların tərbiyəsi və qayğısında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə işin faktiki hallarını və uşaqların mənafeələrini nəzərə almadan qərar qəbul etmiş, ona görə də şikayətin təmin olunması xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, 2025-ci ilin dekabr ayında Ramilə ilə boşanmışlar, boşanmamışdan əvvəl onun razılığ ilə Ramilənin qızıllarını lombarda qoyub, oradan pul götürüb əməliyyata gedəcək idi. 2025-ci ilin aprel ayının 4-də beyinindən əməliyyat olunmuş və beynində onkoloji şiş diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsində Ramiləyə həmin qızılların qarşılığında 400 manat pul təklif olunsa da, Ramilə razılaşmamışdır. Hazırda səhhətində olan problemlərə görə işləyə bilmir, ümumi xəstəliyi səbəbi ilə təyin edilmiş 250 manat puldan aliment ödənişlərini ödəyir, ona görə də nə qızılları, nə də qızılların müqabilində təxminən 7000 manat pulu qaytarmaq imkanında deyil. Ona görə də səhhətində yaranan problemləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. Apellyasiya məhkəməsi iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır, ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, hazırda icra sənədində göstərilən qızılları 2 il bundan əvvəl qayınanası tərəfindən yoldaşı Orxanın əməliyyat pulu üçün lombarda qoyulmuş, lakin qayınanası həmin qızılları sataraq pulunu da böyük oğluna vermiş, böyük oğlu da cinayət törətdiyi üçün barəsində axtarış elan olunmuşdur. Həmçinin, ona 400 manat pul təklifi birinci instansiya məhkəməsi iclasında deyil, məhkəmədən kənarda olmuş, o, həmin məbləğlə razı deyil. Ya qızılları ona qaytarılsın, ya da həmin qızılların müqabilində təxminən 7000 manat pul ona verilsin. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində icra məmuru Sona Ələkbərova izahatında protokolu müdafiə edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmiş, çünki iş materialında olan icra vərəqəsi və ona əlavə edilmiş sənədlərdən, eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etirafedici izahatından göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini müxtəlif bəhanələr (xəstə, işsiz olmasını) gətirərək üzrsüz səbəbdən icra etməmişdir. ”Icra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə IXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həm şikayətində həm də məhkəmə iclasında göstərdiyi xüsusatlar hazırki vəziyyətdə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra vərəqəsinin yerinə yetirilməməsinə qanuni əsas verə bilməz. Ona görə ki, MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olduğu üçün sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh IXM-nin 21 və 31-ci maddəsinin tələblərinə uyğundur. Apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar