Məhkəmə qərarları › İş №3(3-7)-552/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-552/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-552/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi ilə MÜƏYYƏN ETDİ: IŞIN HALLARI: Işdə olan sənədlər: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilən ## ### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi təmin edilmiş, onun barəsində IXM-nin 253.2ci maddəsi ilə qəbul olunmuş ## ### 2026-c il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. “Az-doc” elektron informasiya sistemindən çıxarışdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə ## #### 2026-ci il tarixdə rəsmi olaraq göndərilmiş və qərar Idarəyə həmin tarixdə daxil olmuşdur (iş vər 48). Həmin qərardan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin buraxılmaqla verilməsi əsası ilə baxılmamış saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilmədən imtina edilmişdir. Bundan sonra ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi ##.##.2026-cı il tarixdə ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatət verərək, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: PROSSESUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən inzibati orqanın nümayəndəsi Azər Tofiqzadə şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati xətaya dair işin materiallarını araşdırıb, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisələndirilən Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ## #### 2026-ci il tarixdə rəsmi olaraq “Az-doc” elektron informasiya sistemi vasitəsi ilə ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilmiş və qərar Idarəyə həmin tarixdə *-***/*-****/**** saylı nömrə ilə daxil olmuşdur (cild 1, iş vər 48). Bununla da həmin qərardan şikayət vermənin sonuncu günü ##.##.2026-cı il tarixdə başa çatır, lakin inzibati orqan tərəfindən həmin qərardan 10 gün müddətinə apellyasiya şikayəti verməli olduğu halda şikayət vermə müddəti 20 gün müddətinə (##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş) ötürülmüşdür. Belə olan halda hazırki iş üzrə ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə hər hansı tutarlı və ya təkzibedilməz faktlar şikayətə əlavə olunmamış, eyni zamanda apellyasiya məhkəməsi işdə olan sənədləri daha mötəbər və əsaslı hesab edir. Məhkəmə onu da qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində göstərilən xüsusatlar yalnız formal mülahizələrdən ibarət olduğuna görə şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, ona görə də müddətin bərpasına dair verilmiş vəsatət və şikayət rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar