Məhkəmə qərarları › İş №3(3-7)-554/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-554/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-554/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Həsənova Nəzirə Altay qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İŞIN HALLARI: Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X1 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində evdə arvadı Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib sonuncunu döymüşdür. Həmin protokol baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi-vəkil İsayeva Xalidə İsa qızı şikayət verərək Şəmkir rayon Məhkəməsinin qərarının dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki ay müddətinə inzibati qaydada həbs edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi olaraq Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından cəzanın yüngüllüyünə görə narazıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan məhkəmə qərarından narazıdır və dəyişdirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxslə barışmamasını nəzərə almamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə 20 ilə yaxın evli olmuşlar. Lakin hazırda boşanma ərəfəsindədirlər. Zərərçəkmiş şəxs Elgünlə münaqişəsi qızlarının qaynanasını, qudası Könülü razılığı və məlumatı olmadan evlərinə köçürdükdən sonra yaranmışdır. Belə ki, Elgün qudası Könüllə evlənəcəyini bildirmişdir. Könül isə bundan istifadə edərək evində qanunsuz hərəkətlər etməyə başlamışdır. Zərərçəkmiş şəxs narazılıq etdikdə isə Elgün evin pəncərələrini sındırmış və ona qarşı nalayiq ifadələr işlətmişdir. Sonra isə onu döymüşdür. İş materiallarında olan Şəmkir rayon MTE və PA Şöbəsinin ##.##.2026-cı il tarixli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol bazunun orta üçdə birinin iç səthinin, sağ bazunun aşağı üçdə birinin bayır səthinin, sağ saidin aşağı üçdə birinin ön səthinin və sağ budun orta üçdə birinin arxa səthinin qançırları küt əşyaların təsirindən törənmişdir. Ekspert rəy yuxarıda qeyd etdiklərini təsdiq edir. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ciddi intizam tənbehinin, yəni inzibati qaydada həbsin tətbiq edilməsini istəyir. Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən döyülmüş və xəsarətlər almışdır. Bunu ekspert rəyi də sübuta yetirir. Zərərçəkmiş şəxs orta məktəb müəlliməsidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona qarşı bu hərəkəti onun şəxsiyyətini alçaldıb. O, kənd sakinlərinin arasında, dərs dediyi uşaqların yanında və həmin uşaqların valideynlərinin yanında xəcalət çəkir. Buna görə də hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində iki ayadək müddətə inzibati həbs cəzası tətbiq olunmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Şəmkir rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki ay müddətinə inzibati qaydada həbs edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, özünü təqsirli bilmədiyini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkməsinin yeri və vaxtı barədə inzibati tənbeh vermə haqqında protokol tərtib etmiş səlahiyyətli orqanının nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol qəbul etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Şəmkir RPŞ-in İTB-ə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin ## #### 2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol bazunun orta üçdə birinin iç səthinin, sağ bazunun aşağı üçdə birinin bayır səthinin, sağ saidin aşağı üçdə birinin ön səthinin və sağ budun orta üçdə birinin arxa səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri müayinədən 10-12 gün əvvələ uyun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş üzrə toplanmış sübutlara əsasən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut olunur və o , inzibati həbs tənbeh tədbiri ilə cəzalandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları əsas tutaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs inzibati tənbeh tədbiri seçilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan edilən Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin kateqoriyasına inzibati xəta törədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs daxil olması müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlarla yanaşı, inzibati tənbeh tətbiq edilməsi üzrə iş öyrənilərkən, birinci instansiya məhkəməsinin hakimi tərəfindən inzibati işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud pozulması faktları aşkar edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi İXM-in 157-ci maddəsi ilə təyin edilmiş 500 (beş yüz) manat cərimə tənbehi 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında həbs alınsın və həbs etmənin əvvəli ## ###### 2026-cı il tarixdən saat 15:30-dən hesablansın. Qərarın icrası Protokolu tərtib edən orqan həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar