Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-555/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Vəliyev Kənan) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. IŞIN HALLARI: Iş materialına əlavə edilmiş sənədlər: ##.##.2026-cı il tarixli raportdan görünür ki, Daşkəsən rayonu, Alaxançallı kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə “TikTok” sosial şəbəkəsində özünə məxsus “Asivis.2184” adlı profillə canlı yayın açaraq nalayiq ifadələr işlətməsi aşkar olunmuşdur. “Inzibati Qaydada tutma haqqında“ protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.2-ci maddəsi ilə ##.##.2026-cı il tarixdə saat 17:00da inzibati qaydada tutulmuşdur. Daşkəsən rayon polis şöbəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatdan görünür ki, “TikTok” sosial şəbəkəsində özünə məxsus “Asivis.2184” adlı profillə canlı yayın açaraq nalayiq ifadələr işlətməsini göstərmiş, həmin ifadələri əvvəldən tanıdığı Seymur adlı şəxsə ünvanlanmış, etdiyi əməldən peşmandır, bu və ya digər hüquq pozuntularına yol vermiyəcəyinə söz verir. Işdə olan videogörüntüdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “TikTok” sosial şəbəkəsində canlı yayımda olarkən nalayiq ifadə işlədir. Inzibati xəta haqqında materiala baxan Daşkəsən Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hadisə zamanı etdiyi hərəkətlərin mənasını dərk etmiş, orta dərəcəli əqli gerilik etdiyi hərəkətlərin mənasını dərk edib bu hərəkətlərin edilməsini ictimai qaydaya zidd olmasını bilməmişdir. Ona görə də onun xəstə olmağına görə onun əməlində IXM-nin 510.2-ci maddəsinin tərkibi yoxdur. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanunidir. Belə ki, iş materialında olan inzibati xəta haqqında protokol, Protokolu tərtib edən orqan-də verilmiş izahatdan və CD diskdə olan videogörüntüdən, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində verdiyi etirafedici izahatından göründüyü kimi o, ##.##.2026-cı il tarixdə “TikTok” sosial şəbəkəsində özünə məxsus “Asivis.2184” adlı profillə canlı yayın açaraq nalayiq ifadələr işlətmiş və əməlindən peşman olmasını göstərmişdir. Yuxarıda göstərilənlərə əsasən şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər iş materiallarında olan sənədlərlə təkzib olunan dəlillər olmaqla, şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsi IXM-in 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-in 510.2-ci maddəsinin sanksiyasında müəyyən olunmuş cərimə növündə tənbeh tədbirini tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, IXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də məkhəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-555/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-555/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver