Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-556/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Həsənova Nəzirə Altay qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün ## #### 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarını ləğv edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki ay müddətinə inzibati həbs təyin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətaya görə, yəni Kəlbəcər rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, 2(040)-***/**** №-li qətnaməsi üzrə ondan onun xeyrinə tutulması qət edilmiş 12.800 manat borcu qərəzli ödəməməyə görə 1000 manat cərimə etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona qarşı qərəzli olduğundan ötən 2 il müddətində inadkarlıq göstərib, qətnamə üzrə borcunu bilərəkdən ödəməmişdir. Bundan əvvəl də o, cərimə edilmişdi. Cərimələri ödəyir, lakin borcundan 1 manat da olsa, ödəməyəcəyini bildirir. Məhkəmənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq etdiyi töhmət (cərimə) yuxarıda qeyd edilən vəzifəni həyata keçirmək üçün kifayət deyil. İldə bir dəfə dövlətə 1000 manat cərimə ödəmək bu borclu qadını qane edir. Güman ki, dövləti də bu, qane edir, çünki yox yerdən büdcəyə pullar daxil olur. Verilən hər bir töhmət təsirli olmalıdır, təsirli deyilsə, Məcəllədə nəzərdə tutulan vəzifələrə xidmət etmir. Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində 1000-1500 manat arası cərimədən başqa iki ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Qətnamənin icrası qanunda nəzərdə tutulan bütün üsullarla təmin edilməlidir. Odur ki, məhkəmənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarını əsassız hesab edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə şəhər Məhkməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edib, iki ay müddətinə inzibati həbs təyin edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru, habelə zərəçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun və zərəçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Kəlbəcər rayon Məhkəməsinin *(***)-***/**** nömrəli,##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 12800 manat məbləğində pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. ##.##.2024-cü il tarixli “İcraata başlamaq” haqqında qərarın surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kəlbəcər rayon Məhkəməsinin *(***)-***/**** nömrəli,##.##.2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış xəbərdarlıqların surətlərindən görünür ki, borcluya xəbərdarlıqlar göndərilmiş, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan ## #### 2026-cı il tarixli borclunun axtarışı haqqında qərarı ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli icra vərəqəsinin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 1000 manat miqdarında inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə düşən öhdəliyi qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmuş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 31.1 və 31.2-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən işin hallarını, törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və tətbiq edilən tənbehin onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, düzgün olaraq ona aşağı həddə yüngül tənbeh tətbiq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəzasının ağırlaşdırılması üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini qəbul etmir, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmiş, qanuni qərar qəbul etmişdir. Mahiyyəti üzrə düzgün olan məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-556/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-556/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver