Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-557/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Bayramova Kəmalə) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli Qərar dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Iş materialında olan EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli Qərara əlavə edilmiş fotoşəkildən görünür ki, kameranın nömrəsi, xətanın növü, xətanın yeri, tarix, saat, avtomobilin markası, qeydiyyat nömrəsi, maksimum kütlə (26000 kq), faktiki kütlə (32190 kq) göstərilmişdir. “Ruzi“ tərəzi tərəfindən verilmiş və operator tərəfindən imzalanmış çekdən görünür ki, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan yükün brutto çəkisi 25800 kq göstərilmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonunda daş karxanasından daşı yükləyib yola çıxmış, həmin yolda 4 ədəd tərəzi vardır, ilk tərəzi Qaradağda “Ruzi” adlı kafenin yanında yerləşir. Bu barədə, yəni yükün karxanada çəkilməsi və norma daxilində olması barədə hətta ona qəbz də verilmişdir. Bu səbəbdən yola arxayın çıxmışdır. Amma bilməmişdir ki, yolda quraşdırılmış elektron tərəzidən keçərkən onunla eyni vaxtda başqa yük maşını da tərəzinin üstündən keçməsi səbəbindən ona yüksək məbləğdə cərimə tənbehi tətbiq ediləcəkdir. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin göstərdiyi xüsusatları müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən birinci instansiya məhkəməsi tərəfindən irəli sürülmüş dəlillər, apellyasiya şikayətində yenidən təkrarlanmışdır. Belə ki, iş materialında olan EQ seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli Qərar və ona əlavə edilmiş fotoşəkildən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə M-2, Bakı-Ələt-Qazax-Gürcüstan ilə sərhəd yolunun 343.3 kmliyində (Qazax istiqaməti, S21, Gəncə) MERCEDES BEZN 2232 yük markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən maksimum kütlə (26000 kq) nəzərdə tutulmasına baxmayaraq, faktiki kütlə (32190 kq) olması əks olunmuş, bununla da “Iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində IXM-nin 353.2-ci maddəsində nəzərə tutulmuş xətanı törətmişdir Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində şikayətçi tərəfindən nəqliyyat vasitəsində olan yükün norma daxilində olması ilə bağlı sənəd təqdim edilmiş, təqdim edilmiş sənəd heç bir məcburi rekvizitlərə malik olmayan (möhür, imza və s.) sənəd olduğuna görə həmin sənəddə qeyd edilmiş məlumatların həqiqiliyi şübhə doğurur. Eyni zamanda həmin tərəzi ilə bağlı (onun ölçmə dəqiqliyinin müəyyən edilməsi) hər hansı sertifikat təqdim edilməmişdir. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərmişdir ki, onun idarə etdiyi nəqliyyat vasitəsi çəkiyə çıxarkən arxada olan nəqliyyat vasitəsinin də çəkisi ora düşmüşdür. Apellyasiya məhkəməsi həmin xüsusatla bağlı qeyd edir ki, elektron tərəzidə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsinin çəkisinin 32190 kg olduğu qeyd edilmişdir. Digər eyni parametrli, içi dolu olan yük maşının çəkisi onun tərəzisinə düşsə idi, bu halda Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi yük maşının ağırlığı daha ağır olmalı idi. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, hazırki halda mübahisələndirilən EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli elektron inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotogörüntülərdə əks olunan məlumatların həqiqəti əks etdirilməsinin şübhə altına alınmasına IXM-nin 76-cı maddəsinə müvafiq olaraq hər hansı bir qanuni əsas görmür, onları iş üzrə mötəbər sübut kimi nəzərə alır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törətmiş olduğu əməli düzgün tövsif etmişdir. Belə ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr və subyektiv fərziyyələrdən ibarət olduğuna görə hazırda inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, verilmiş apellyasiya şikayətində hər hansı sübut mövcud deyil, şikayət formal xarakterli olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən göstərdiyi dəlilləri təkzib edə bilməmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati orqanın qərarınının dəyişdirilmədən saxlanılmasına dair gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya məhkəməsi hesab edir ki, şikayət formal xarakterli olmaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı bir qanuni əsas yoxdur. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-557/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-557/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver