Məhkəmə qərarları › İş №3(3-7)-560/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-560/2026

01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-560/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi Səlahiyyətli orqan Azərbaycan Dövlət Su X26 Suların İstifadəsinə və X23 Xidmətinin * saylı Şərqi Zəngəzur Regional Bölməsinin nümayəndəsi nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) nümayəndəsi X5 iştirakı ilə, “X12” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.2.3 və 264.0.3-cü maddələri ilə olan inzibati xəta haqqlnda iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs “X12” MMC-nin direktoru Babalı İqbal İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Dövlət Su X26 Suların İstifadəsinə və X23 Xidmətinin * saylı Şərqi Zəngəzur Regional Bölməsi tərəfindən “X12” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3 və 264.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş materialla birlikdə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin (hakim Həsən Qəniyev) ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsi, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə aparılan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-həmin inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan hüquqi şəxs “X12” MMC-nin direktoru Babalı İqbal İlham oğlu tərəfindən apellyasiya şikayəti verilərək Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının İXM-nin 262.2.3-cü maddəsi üzrə “X12” MMC-nin barəsində tətbiq edilən cərimə hissəsində ləğv edilməsini və himin hissədə də iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması. Yəni, normanın tələbinə görə içməli məişət, texniki və tullantı sularının çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə təyinatsız axıdılması inzibati məsuliyyətə səbəb olur. Aktda “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə aid olan işçilərin yaşaması və fəaliyyət göstərməsi üçün salınmış düşərgəsində formalaşan məişət və tullantı sularının təyinatsız kənara axıdılması faktı da aşkarlandığı qeyd edilmişdir. Halbuki, həmin düşərgədə formalaşan tullantı suları təyinatsız şəkildə axıdılmamış, onların yığılması üçün qazılmış çirkab quyusunda toplanmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata istinad edərək belə qənaətə gəlmişdir ki, məişət və tullantı sularının yığılması üçün qazılmış quyuların üstünün açıq vəziyyətdə olması içməli məişət və tullantı sularının kənara təyinatsız axıdılması kimi qiymətləndirilməlidir. ADSEA-nın nümayəndəsi məhkəmədə bildirmişdir ki, etirazda qeyd edilən içməli məişət və tullantı sularının axıdılması üçün qazılmış quyuların üzəri bağlanmamış, açıq vəziyyətdə olmuşdur. Bu da içməli məişət və tullantı sularının kənara təyinatsız axıdılması faktı kimi qiymətləndirilməlidir. Göründüyü kimi ADSEA həqiqətdə içməli məişət və tullantı sularının kənara axıdılmaması üçün Şirkət tərəfindən quyuların qazılmasından, quyuların mövcudluğundan və Şirkət tərəfindən məişət və tullantı sularının həmin quyulara axıdılmasından tam məlulmatlıdır. Həmin faktları ADSEA və inkar etməyərək qəbul edir. Quyuda yığılan məişət və tullantı sularının quyudan kənara axıdılması faktı yoxdur. Mübahisə yalnız quyunun üstünün açıq olub-olmaması barədədir. Lakin, məhkəmə həmin quyuların üzrənin bağlanmamasının içməli məişət və tullantı sularının kənara təyinatsız axıdılması kimi qiymətləndirilməsini əsaslandırmamışdır. Halbuki, Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər"ində çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunması qeyd edilmiş, lakin həmin quyuların üzərinin açıq və ya qapalı olması qeyd edilməmişdir. Bununla bağlı əlavə olaraq qeyd edilməlidir ki, həmin quyular həqiqətdə qapalı olmuşdur, quyular taxta və dikt materiallarından istifadə edilərək qapanmışdır (şəkillər əlavə olunur). Bundan başqa məhkəmə tərəfindən ərazinin dağlıq və yaşayış məntəqələrindən kənarda olması, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin, kanalizasiya kollektorlarının və ya tullantı sularının qəbulunu təmin edən hər hansı kommunal infrastrukturun olmaması faktı nəzərə alınmamışdır. Məhkəmə, Şirkət tərəfindən məişət və tullantı sularının ətraf mühitə axıdılmasının qarşısının alınması məqsədilə quyuların qazılması və bütün məişət və tullantı sularını həmin quyuya toplanmasının təmin edilməsi faktını nəzərə almalı olduğu halda, quyudan yığılan həmin suların quyudan kənara axıdılması faktı aşkar olunmadığı halda, ADSEA-nın nümayəndəsinin “quyuların üzərinin açıq olması həmin suların təyinatsız olaraq kənara axıdılması kimi qiymətləndirilməsi” fikrinin qəbul edərək Şirkət barəsində İXM-nin 262.2.3-cü maddəsinin tətbiq etməsi tamamilə əsassız və qanunsuzdur. Odur ki, Kəlbəcər rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli Qərarının İXM-nin 262.2.3-cü maddəsi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tətbiq edilən cərimə hissəsində ləğv edilməsi və həmin hissədə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək eyni məzmunda izahat verdi və apellyasiya şikayətinin təmin edilərək Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının İXM-nin 262.2.3-cü maddəsi üzrə “X12” MMC-nin barəsində tətbiq edilən cərimə hissəsində ləğv edilməsini və himin hissədə də iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Hazırki məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X5 eyni mövqedən çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Səlahiyyətli orqan Azərbaycan Dövlət Su X26 Suların İstifadəsinə və X23 Xidmətinin * saylı Şərqi Zəngəzur Regional Bölməsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin əsassız olduğunu bildirdi və şikayətin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə aparılan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-həmin inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsinə aid hissədə apellyasiya şikayəti verilməmiş, həmin hissədə qərarın qanunauyğunluğu və əsaslılığı mübahisələndirilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarının qanunauyğunluğunu yalnız mübahisələndirən hissədə yoxlayacaqdlr. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarını dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı hüquqi şəxs “Kaspian Texnoloji Saplay” MMC-nin Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə aid hissədə ləğv edilməli və həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan Dövlət Suların İstifadəsinə və X23 Xidməti * saylı Şərqi Zəngəzur Regional Bölməsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli ****** nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X23 xidməti * saylı Şərqi Zəngəzur regional bölməsinin ## #### 2026-cı il tarixli *** nömrəli Sərəncamına əsasən, xidməti ərazi üzrə Kəlbəcər rayonunda Azərbaycan Respublikasının Su Məcəlləsi və suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə “xxxx” MMC-nin mühəndisi X3 və “xxxx” MMC-nin müşahidəçisi X4 ilə birgə nəzarət tədbirləri həyata keçirilmiş, keçirilən nəzarət tədbirləri zamanı Kəlbəcər rayonu ərazisində Tərtər çayının sağ su mühafizə zonasında (39°56'30,9"N; 45°37'38,166"E) İstisu qəsəbəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan işçilərin yaşaması və fəaliyyət göstərməsi üçün salınmış düşərgəsinə tərəflərindən baxış keçirilmiş, vizual baxış zamanı sözügedən düşərgənin Tərtər çayının sağ sahilindən təxminən 40 (qırx) metrədək məsafədə, su mühafizə zonasında yerləşdiyi məlum olmuşdur. Əlavə olaraq həmin düşərgədə formalaşan məişət və tullantı sularının təyinatsız kənara axıdılması faktı da tərəflərindən aşkarlanmışdır. Araşdırma zamanı sözügedən ərazidə olan və özünü həmin şirkətdə SƏTƏMM üzrə mütəxəssis kimi təqdim edən Məzahir adlı şəxsə aşkar olunmuş faktların qanun pozuntusu olduğu və qanunvericiliyin tələbləri izah edilmişdir. Həmin şəxs isə araşdırmada iştirak etməkdən və yazılı izahat verməkdən imtina etdiyini bildirərək, Tərtər çayının su mühafizə zonasında yerləşmə ilə bağlı hər hansı rəsmi icazə və sənədini təqdim etməmişdir. Bununla bağlı müvafiq sənədlərin əldə edilməsi və inzibati araşdırma aparılması haqqında ## #### 2026cı il tarixli *** nömrəli qərardad qəbul edilmiş və həmin şirkətin hüquqi ünvanına inzibati icraatda iştiraklarını təmin etmək məqsədilə dəvət məktubu ünvanlanmışdır. Həmçinin tərəflərindən sözügedən faktla bağlı müvafiq məlumatlar əldə etmək üçün X17 və Şəhərsalma Baş İdarəsinə ## #### 2026- cı il tarixli *-**-*-*/*-***/**** nömrəli, Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinə ## #### 2026-cı il tarixli *-**-*-*/*-***/**** nömrəli və Kəlbəcər Rayon Polis Şöbəsinə ## #### 2026-cı il tarixli *-**-*-*/*-***/**** nömrəli məktub göndərilmiş və Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsindən, həmçinin X17 və Şəhərsalma Baş İdarəsindən cavab məktubu ünvanlarına daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış dəvət məktubuna əsasən dəvətdə sözügedən MMC-nin ## #### 2026-cı il tarixli ***/** nömrəli verdiyi arayışa əsasən, həmin MMC-də sahə rəisi vəzifəsində işləyən X6 iştirak etmiş, lakin akt və protokolu imzalamaqdan imtina etmişdir. Tərəflərindən sözügedən şəxsə dəvətdə iştirak edən zaman aşkar olunmuş faktların qanun pozuntusu olduğu və qanunvericiliyin tələbləri izah edilmişdir. Həmin şəxs isə sözügedən faktların qanunpozuntusu olduğunu bilmədiyini və qısa müddət ərzində aradan qaldırılacağını şifahi olaraq bildirmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinin və ## ###### 2023-cü il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”in təsdiq edilməsi haqqında *** nömrəli qərarının və “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli qərarının tələbləri pozulmuşdur. İş materiallarında olan Suların İstifadəsinə və X23 Xidmətinin * saylı Şərqi Zəngəzur Regional Bölməsinin aparıcı məsləhətçisi (müfəttiş) nümayəndə1 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli ** nömrəli “Fakt üzrə tərtib edilmiş aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə” aktın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin sahə rəisi X7 ## #### 2026-cı il tarixli ****** nömrəli aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Suların İstifadəsinə və X23 Xidmətinin * saylı Şərqi Zəngəzur Regional Bölməsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli **/*** nömrəli “Monitorinq aktı”ndan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X23 xidmətinin * saylı Şərqi Zəngəzur regional bölməsinin ## #### 2026-cı il tarixli *** nömrəli sərəncamına əsasən “xxxx” MMC-nin mühəndisi X3 və “xxxx” MMC-nin müşahidəçisi X4 ilə birgə Kəlbəcər rayonu ərazisində nəzarət tədbirləri həyata keçirilmiş, keçirilən nəzarət tədbirləri zamanı Kəlbəcər rayonu ərazisində Tərtər çayının sağ su mühafizə zonasında (39°56'30,9"N; 45°57'38,166"E) İstisu qəsəbəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan işçilərin yaşaması və fəaliyyət göstərməsi üçün salınmış düşərgəsinə tərəflərindən baxış keçirilmiş, baxış zamanı sözügedən düşərgənin Tərtər çayının sağ sahilindən təxminən 50 metrədək məsafədə, su mühafizə zonasında yerləşdiyi məlum olmuşdur. Əlavə olaraq vizual baxış zamanı həmin düşərgədə formalaşan məişət və tullantı sularının təyinatsız kənara axıdılması faktı da tərəflərindən aşkarlanmışdır. Araşdırma zamanı sözügedən ərazidə olan və özünü SƏTƏMM üzrə mütəxəssis kimi təqdim edən Məzahir adlı şəxs aşkarlanmış faktları şifahi olaraq təsdiq etsə də, aktı imzalamaqdan və yazılı izahat verməkdən imtina etmişdir. Tərəflərindən sözügedən şəxsə aşkar olunmuş faktların qanun pozuntusu olduğu və qanunvericiliyin tələbləri izah edilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinin və ## ###### 2023-cü il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”in təsdiq edilməsi haqqında *** nömrəli qərarının və ## #### 2000-ci il tarixli “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli qərarının tələbləri pozulmuşdur. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Müqavilələr və sənədlər şöbəsinin rəhbəri S.Ə.Məmmədov tərəfindən verilmiş ## #### 2026-cı il tarixli ***/** nömrəli arayışdan görünür ki, X8 halhazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində çalışır və öz vəzifə səlahiyyətləri ilə bağlı Cəmiyyəti təmsil etməyə səlahiyyətlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin Şərqi Zəngəzur ərazi vergilər idarəsi tərəfindən Suların İstifadəsinə və X23 Xidmətinin * saylı Şərqi Zəngəzur regional bölməsinə ünvanlanmış ## #### 2026-cı il tarixli *- **-*-**/*-****/**** saylı məktubdan görünür ki, Kəlbəcər rayonu İstisu qəsəbəsi ərazisində, Tərtər çayının sağ su mühafizə zonasında (39°56'30,9"N **°57'38,166"E koordinatlarında) yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖENi **********, hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nərimanov rayonu, X14, ev 14-dür. İş materiallarında olan Suların İstifadəsinə və X23 Xidmətinin * saylı Şərqi Zəngəzur Regional Bölməsinin rəis müavini X9 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardadın surətindən görünür ki, **/*** nömrəli ## #### 2026-cı il tarixli akt və toplanmış material üzrə Azərbaycan Respublkasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü və 264.0.3cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan Suların İstifadəsinə və X23 Xidmətinin * saylı Şərqi Zəngəzur Regional Bölməsinin aparıcı məsləhətçisi (müfəttiş) nümayəndə1 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli ** nömrəli “Fakt üzrə tərtib edilmiş aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə” aktın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin sahə rəisi X7 ## #### 2026-cı il tarixli ******* nömrəli protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyinin Azərbaycan dövlət əməyin mühafizəsi və X24-tədqiqat institutu tərəfindən verilmiş “Tərtər 1” X1 Stansiyasının layihələndirmə mərhələsinin Təhlükəsizlik Bəyannaməsi üçün ekspert rəyindən görünür ki, “Tərtər 1” X1 Stansiyasının layihələndirmə mərhələsinin Təhlükəsizlik Bəyannaməsi qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyinin ## ####### 2025-ci il tarixli D/**** nömrəli “Texniki təhlükəsizliyə dair ekspertiza rəyinin təsdiq edilməsi barədə” qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyi Laçın rayonu ərazisində yerləşən “Tərtər-1” X1 Stansiyasının layihələndirmə mərhələsinin Təhlükəsizlik Bəyannaməsinin texniki təhlükəsizlik üzrə qüvvədə olan aidiyyəti normativ sənədlərin tələblərinə uyğunluğu və tamlığı üçün texniki təhlükəsizliyə dair Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X24-Tədqigat İnstitutu tərəfindən verilmiş “X10” MMC tərəfindən təqdim edilmiş ekspertiza rəyinə baxmış və onu 06-TB-4286-2025 nömrə ilə qeydiyyata almışdır. Texniki təhlükəsizliyə dair verilmiş müsbət ekspertiza rəyinə baxılaraq, rəyin texniki təhlükəsizlik tələblərinə uyğun olması və təsdiq edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, 53.1.2ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslərin yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslərin səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslərin iki min manatdan üç min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinə əsasən, su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyriyaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”in 1-ci bəndinə əsasən, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən ictimai binalarda (yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələri və bakterioloji laboratoriyalar istisna olmaqla) formalaşan çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunmalıdır. Həmin “Tələblər”in 2-ci bəndinə əsasən, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən sənaye (istehsalat) binalarında, yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələrində və bakterioloji laboratoriyalarda formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra çirkab quyularına axıdılmalıdır. Həmin “Tələblər”in 3-cü bəndinə əsasən, qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) seçiminə əsasən bu Tələblərin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan qeyri-yaşayış binalarında formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda çirkab sularının kənarlaşdırılacağı yer (son nöqtəsi) və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (dövlət ekoloji ekspertizasının rəyi) və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərinə uyğunluq haqqında arayış) ilə razılaşdırılmalıdır. Həmin “Tələblər”in 4-cü bəndinə əsasən, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir. İXM-nin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsini qərara almışdır. Həmin qərardan inzibati xəta haqqında iş üzrə icraatı aparılmış hüquqi şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qeyd edilənlər səlahiyyətli orqanın (vəzifəli şəxsin) məhkəmənin gəldiyi bu nəticə ilə razı olduğu qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən iş materiallarından görünür ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokol hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə yanaşı, həmin məcəllənin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə tərtib edilmişdir. İXM-nin 262.2.3-cü maddəsinin dispozisiyasının şərtinə görə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti kimi içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması nəzərdə tutulmuşdur. Yəni həmin əmələ görə inzibati məsuliyyət subyekt tərəfindən içməli, məişət, texniki və tullantı suları kənara, yəni çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə təyinatsız axıdıldıqda yarana bilər. Lakin hazırki işin materiallarından həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məişət və tulantı suları çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə deyil, MMC tərəfindən xüsusi hazırlanmış quyuya axıdılır və həmin suların quyudan kənara təyinatsız axıdılması iş materialları ilə müəyyən edilmir. İXM-nin müvafiq maddəsində və yuxarıda qeyd edilən qanunvericilikdə xüsusi olaraq nəzərdə tutulmadığından məişət və tullantı sularının bunun üçün hazırlanmış quyuya axıdılması həmin suların küçələrə və çöllərə təyinatsız axıdılması kimi qiymətləndirə bilməz. Səlahiyyətli oraqanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məişət və tulantı sularının axıdılması üçün nəzərdə tutulan quyu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”ə cavab vermədiyindən məişət və tullantı sularının həmin quyuya axıdılmasının məişət və tullantı sularının kənara təyinatsız axıdılması hesab edilməsi batədə mülahizəsi ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məişət və tulantı sularının axıdılması üçün nəzərdə tutulan quyunun yuxarıda qeyd edilən tələblərə cavab verməməsi hüquqi şəxsin İXMnin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas vermir və səlahiyyətli orqanın bu mülahizəsi əsassız olmaqla mövcud olan hər hansı bir normativ hüquqi akttın tələbindən irəli gəlmir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məişət və tulantı sularının sonuncu tərəfindən hazırlanmış quyuya axıdılmasını məişət və tulantı sularının kənara təyinatsız axıdılması kimi qiymətləndirib onu İXM-nin 262.2.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilməklə düzgün nəticəyə gəlməmişdir. İş materialları ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq olunmur. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Yuxarıda qeyd edilənlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın da tərkibinin mövcud olmadığı qənatinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək ona inzibati tənbeh tətbiq etməkdə haqlı olmamış, bununla bağlı qərar qəbul edrkən qanunun tələblərinə əməl etməmişdir. İXM-nin “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur İXM-nin 76-cı maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməsi hissəsində ləğv edilməli, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməsi hissəsində ləğv edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXMnin 262.2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar