Məhkəmə qərarları › İş №3(3-7)-561/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-561/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-561/2026 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ## #### 2026-cı il tarixdə Şəmkir rayonu, Xuluf kəndində yerləşən evdə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib sonuncunu döydüyü üçün əməlində IXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Heydərova Nazlı) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həbsetmənin almanın əvvəli ## ###### 2026-cı il tarixdən saat 16:55-dən hesablanmışdır. IŞIN HALLARI: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun zərər çəkmiş Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətməsi müəyyən edilmişdir. ## #### 2026-cı il tarixli məhkəmə tibbi ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sol yarısının qançırı KÜT əşyaların təsirindən törənmişdir, törənmə müddətləri ##.##.2026-cı il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Inzibati xəta haqqında materiala baxan Samux Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ona görə ədalətli deyil ki, barəsində şikayət verən şəxs və onunla birlikdə onun ailə üzvlərinə basqın edən şəxslər məsuliyyətə cəlb olunmalı olduğu halda onlar məsuliyyətdən kənarda qalmış, o, isə hadiəsinin iştirakçısı olmadığı halda təqsirli bilinərək 15 gün müddətə həbs edilmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, ailəlidir, 5 uşağı var, əlilliyi yoxdur, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs onun qardaşı arvadıdır və o, onlarla bir həyətdə bir evin içərisində yaşayırlar. Aralarında uzun müddətdir davam edən mülki məsələlərə görə ona qarşı şər böhtan atılır, o, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Apellyasiya məhkəmə baxışında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə aralarında uzun müddətdir ki, mülki məsələlərə görə ədavətləri var. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ondan tələb edir ki, o, ailəsi ilə birlikdə həmin evdən çıxsın. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həyətdə nalayiq hərəkətlər edir, onun ünvanına nalayiq sözlər işlədir, təhqir edir. Hadisə baş verən günü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə onun yoldaşı arasında mübahisələri yaranan zaman o, da mübahisəyə qarışmış, bu zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona qarşı xəsarət yetirilmiş və hadisə görüntülərini mobil telefon vasitəsi ilə çəkilmiş videogörüntünü məhkəməyə təqdim edir. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla barışmır, ondan şikayətçidir, onun şikayətinin təmin olunmamasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Eyni zamanda barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən görünür ki, baş vermiş hadisənin tövsif məsələsi mübahisələndirilir və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Belə ki, iş materialına əlavə edilmiş zərərçəkmiş şəxsin ilkin izahatları, ## #### 2026-cı il tarixli məhkəmə tibbi ekspertizanın rəyi, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2026-cı il tarixli qərar, ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## #### 2026-cı il tarixdə Şəmkir rayonu, Xuluf kəndində yerləşən birgə yaşadıqları evdə Zərərçəkmiş şəxs vuraraq alın nahiyəsinin sol yarasının qançırı kimi sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib sonuncunu döydüyü üçün onun əməlində IXM-nin 157-ci maddəsinin tərkibi əlamətlərinin olması mötəbər sübutlarla öz təsdiqini tapır. Həmçinin, həm zərərçəkmiş şəxs, həm Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatlardan göründüyü kimi tərəflər arasında uzun müddətdir ki, mülki məsələlərə görə ədavətləri var, hadisə günü də aralarında sözlü mübahisə olmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmişi döymüşdür. Ona görə də qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmişdir, əksini təkzib edə biləcək mötəbər sübutlar təqdim olunmamış, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən izahatında göstərdiyi xüsusatlar inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədini güdür. Ona görə də məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin düzgün tövsif olunması hissəsi ilə razılaşır. Cəza məsələsinə gəldikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb düzgün olaraq həmin müddətə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh IXM-nin 21 və 31-ci maddəsinə uyğundur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar