Məhkəmə qərarları › İş №3(3-7)-563/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-563/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-563/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2026-cı il tarixli qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əlimərdanlı kəndi ərazisində tullantıların zərərsizləşdirilməsi üçün ayrılan ərazidə tullantılar düzgün idarə olunmaması və yandırılması ilə bağlı Azərbaycan Respublikası IXMnin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) 2500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Hacıyev Süleyman) ilə şikayət təmin edilmiş, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi əvəzi X1 tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş MN №******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Tovuz rayonu, Əlimərdanlı kənd ərazisində tullantıların zərərsizləşdirilməsi üçün ayrılmış ərazidə tullantıların düzgün idarə olunmaması və yandırılması ilə bağlı Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Iş materialına əlavə edilmiş fotoşəkillərdən görünür ki, boş ərazidə zibil tullantılarının qalaqlanması aşkar görünür. Inzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan saylı 2 Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə qərarın qüvvədə saxlanılması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə X2 Monitorinq Idarəsinin əməkdaşları tərəfindən Tovuz rayonu ərazisində atmosfer havasına olan zərərli fiziki təsirlərin və formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması istiqamətində ekoloji monitorinq keçirilmişdir. Tovuz rayonu Əlmərdanlı kəndi ərazisində yerləşən, tullantıların zərərsizləşdirilməsi üçün ayrılmış poliqonda XKEMI-nin əməkdaşlarının apardığı monitorinq nəticələrinə dair tərtib olunmuş sənədlər (##.##.2026cı il tarixli ***/XKEMI-** saylı XKEMI-nin Informasiya bülleteni) müvafiq tədbirlər görülməsi üçün * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə daxil olmuşdur. Müraciətlə bağlı Idarənin əməkdaşları tərəfindən yerində müvafiq araşdırma aparmaq məqsədi ilə Tovuz rayon MKTIB-nin rəisi Qərardan şikayət verən orqan (şəxs) XKEMI-nin əməkdaşlarının səyyar ölçü cihazları vasitəsilə apardıqları analiz-ölçmə işləri zamanı aşkar edilmiş atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının yol verilən normadan dəfələrlə çox olması və bununla bağlı Monitorinq Idarəsi əməkdaşları tərəfindən müvafiq akt tərtib edilməsi barədə məlumat verilmiş, onun tərəfindən "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası qanununun tələblərinin pozulduğu izah olunmuşdur.Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqınd protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, iş materialına əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iş materialında olan sənədləri təkrar etməyə heç bir zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində iştirak edən inzibati orqanın nümayəndəsi Firdovsi Quliyev izahatında göstərmişdir ki, tullantı poliqonu hasarlanmadığından və kənar şəxslərin girişinə maneələr olmadığından həmin şəxslər əraziyə daxil olaraq metal hissələri ayırmaq üçün yanğınlar törədirlər, nəticədə alışan tullantıların müxtəlif kimyəvi tərkibə malik olması səbəbindən isə onların söndürülməsi mümkün olmur. Işin hallarından göründüyü kimi inzibati orqanın özü də birinci instansiya məhkəmə iclasında tullantıların alışmasının bilavasitə şikayətçinin hərəkəti nəticəsində deyil, kənar şəxslərin müdaxiləsi nəticəsində baş verməsini istisna etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) izahatında göstərmişdir ki, poliqon ərazisində mövcud olan dərin quyuda uzun müddət ərzində tullantıların alt qatlarında gedən təbii oksidləşmə və çürümə prosesləri nəticəsində daxili termiki reaksiyalar yaranmış, müşahidə olunan tüstülənmə də məhz həmin təbii proseslərin nəticəsi olmuşdur. O, həmçinin quyunun dərinliyi və tullantıların xüsusiyyətləri nəzərə alınmaqla həmin tüstülənmənin adi yanğınsöndürmə vasitələri ilə aradan qaldırılmasının texniki cəhətdən mümkün olmadığını bildirmişdir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, hazırki iş üzrə inzibati orqan Qərardan şikayət verən orqan (şəxs) bu izahatlarını təkzib edən, tüstülənmənin və ya yanğının məhz onun göstərişi, hərəkəti və ya təqsirli hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda inzibati tənbeh vermə haqqında qərar əsasən monitorinq zamanı müəyyən edilmiş nəticəyə əsaslansa da, həmin nəticənin Qərardan şikayət verən orqan (şəxs) təqsirli davranışının nəticəsi olduğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Apellyasiya məhkəməsi onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanın nümayəndəsinin özü də birinci instansiya məhkəməsində verdiyi izahatında yanğınların kənar şəxslər tərəfindən törədildiyini göstərmiş, eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) tüstülənmənin təbii proseslər nəticəsində yarandığını göstərmişdir. Bu halların hər ikisi Qərardan şikayət verən orqan (şəxs) qeyd edilən inzibati xətanı şəxsən törətməsi barədə əsaslı şübhələr yaradır. Belə olan halda IXM-nin 8-ci maddəsinə görə şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda 2 Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, vuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar