Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-564/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə MÜƏYYƏN ETDI: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim R.Mustafayev) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. IXM-nin 130-cu maddəsinə əsasən bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada qərarın surətinin verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında qərardan şikayət və protest verilə bilər. Qanununvericilik normalarının məzmunundan göründüyü kimi şikayət və ya protest verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 (on) günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi vaxtdan başlayır. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan 10 gün müddətinə apellyasiya şikayəti verməli olduğu halda yalnız ##.##.2026-cı il tarixdə tarixdə apellyasiya şikayəti vermiş, bununla da şikayət vermə müddəti 1 (bir) ay 18 (on səkkiz) gün ötürülmüşdür. Beləliklə, müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə baxmayaraq, onun tərəfindən müddətin bərpası barədə vəsatət verilmədən birbaşa şikayət verilmişdir. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırki qərarın qəbul edilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən birinci instansiya məhkəməsi qarşısında prosessual müddətin bərpası barədə vəsatət qaldırmaq imkanından məhrum etmir. Istənilən vaxt inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Göygöl Rayon Məhkəməsi qarşısında vəsatət qaldıra bilər. Belə ki, “Azərbaycan Respublikası IXM-nin 128-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. CPM-nin 391.3.5 və 391.5-ci maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayəti və ya apellyasiya protestinin buna hüququ olmayan şəxs tərəfindən verildiyini müəyyən etdikdə şikayətin və ya protestin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından şikayət verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılıb-buraxılmaması məsələsi aydınlaşdırılmadığından və bu barədə konkret qərar qəbul edilmədiyindən, bu hal inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal kimi qəbul edilməli, inzibati işin icraata qəbul edilməsindən imtina olunmalı və iş materialları IXM-nin 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar birinci instansiya məhkəməsində vəsatət qaldırmaq hüququna malik olması izah olunmalıdır. IXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları və IXM-nin 130.2, 130.3, 132.1.2 və 133-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətin apellyasiya icraatına qəbul olunmasından imtina edilsin və inzibati icraat materialları Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsində vəsatət qaldırmaq hüququnun olması izah olunsun. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-564/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-564/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver