Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-565/2026 20.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan 2 X3 və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin olunması barədə Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından 2 X3 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə ilə şikayət təmin edilmiş, Qərarından şikayət verilən orqan 2 X3 və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 tərəfindən qəbul edilmiş MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARI Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X3 və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Qərardan şikayət verən orqan (şəxs) 4400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan 2 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə qərarı qəbul olunmuşdur. ŞİKAYƏTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin həmin qərarından 2 X3 və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Elşən Şirinov apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və , 2 X3 və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. PROSSESUAL MƏSƏLƏLƏR Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən 2 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi şikayəti müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, 2 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 253.3.1-ci maddəsinə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyin tələblərini pozaraq 2 ədəd şam ağacının dibinin betonlanaraq qurudulmasına və məhv edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən 4400 (dörd min dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X3 və Təbii Sərvətlər İdarəsinin rəisi Elşən Şirinova verilmiş xidməti məruzədən görünür ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən “ADA STORE” adlı mağazanın önündə bələdiyyə mülkiyyətə məxsus ərazidə yerləşən diametri 40 sm, hündürlüyü 10-12 metr olan 2 ədəd şam ağacı həmin mağazanın sahibi tərəfindən sərt budandığından və ağacların dibi betonlandığından tam qurumuş halda olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X3 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli aktdan görünür ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən Qərardan şikayət verən orqan (şəxs) məxsus “ADA STORE” adlı mağazanın önündə bələdiyyə mülkiyyətə məxsus ərazidə yerləşən diametri 40 sm, hündürlüyü 10-12 metr olan 2 ədəd şam ağacı həmin mağazanın sahibi tərəfindən sərt budandığından və ağacların dibinin torpaqla əlaqədə olan hissəsi betonlandığından tam qurumuş halda olması müəyyən edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinin tələbinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Bu qanunun tələblərinə əsasən yaşıllıqların götürülməsi dedikdə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına), bərpa edilməsi şərtilə və ya bərpa edilmədən kəsilməsinə yönəlmiş tədbirlər başa düşülür. Həmin qanunun 24-cü maddəsinə görə Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin sübut edilmədiyinə istinad edərək iş üzrə icraata xitam vermişdir. Belə ki, iş materiallarını və qanunvericiliyin tələblərini qarşılıqlı şəkildə araşdırmaqla məhkəmə belə qərara gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Tovuz rayonu, Düz Qırıqlı kənd bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətində yerləşən şam ağaclarının məhv edilməsi faktı öz təsdiqini tapır. Göründüyü kimi, toplanmış sübutlarla Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut edilir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 tərəfindən qəbul edilmiş MN ******* nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından 02 X3 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.3.1-ci maddəsi ilə təqsirli bilinib 4400 (dörd min dörd yüz) manat inzibati cərimə edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-565/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-565/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver