Məhkəmə qərarları › İş №3(3-7)-566/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-566/2026

19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-566/2026 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Tovuz Gömrük Idarəsinin inzibati tənbeh vermə haqqında ## ##### 2025-ci il tarixli, *****/***** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Hünmətov Zaur) qərarı ilə şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Tovuz Gömrük Idarəsinin inzibati tənbeh vermə haqqında ## ##### 2025-ci il tarixli, *****/***** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun mallarını satdığı “xxxx” Inşaat MMC tərəfindən ona olan borcunu indiyənə kimi ona ödənilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən hala inanmayaraq onun şikayətini təmin etməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xətaya dair işin materiallarını araşdırıb, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalı və məhkəmənin qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə geri qaytarılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş Tovuz Gömrük Idarəsinin inzibati tənbeh vermə haqqında ## ##### 2025-ci il tarixli qərarın surətinin son hissəsindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) qeyd edilən protokolun surətini ##.##.2025-ci il tarixdə imza etməklə almışdır. Belə olan halda apellyasiya məhkəməsi qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında ## ##### 2025-ci il tarixli qərardan elə həmin tarixdən, yəni ##.##.2025-ci il tarixdən məlumatlı olması onun tərəfindən imzalanmış qərarın surətindən görünür. IXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi inzibati xətalara dair işlər üzrə qərarlardan onların rəsmi qaydada əldə edildiyi gündən 10 gün müddətində şikayət verilir. Iş materialına əlavə edilmiş şikayət ərizəsindən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) Tovuz Gömrük Idarəsinin inzibati tənbeh vermə haqqında ## ##### 2025-ci il tarixli qərarından ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsinə şikayət vermiş, bununla da müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) sözügedən qərardan şikayət vermə müddəti 1 (bir) 3 (üç) ay 21 (iyirmi bir) gün müddət ötürmüşdür. Eyni zamanda apellyasiya məhkəməsi onu da qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2025-ci il tarixli qərarından şikayət vermə müddətini ötürməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qarşısında ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciə etməmiş, həmçinin birinci instansiya məhkəməsi də öz növbəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə məsələni müzakirə etmədən iş üzrə yekun qərar qəbul etmişdir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında material buraxılmış müddətin bərpası məsələsinə baxılması üçün məhkəmə baxışının hazırlanması mərhələsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134, 136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş üzrə material Tovuz Rayon Məhkəməsinə məhkəmə baxışının hazırlanması mərhələsinə qaytarılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar