Məhkəmə qərarları › İş №3(3-7)-567/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-567/2026

08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-567/2026 08.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, MÜƏYYƏN E T D İ: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə 2466485 və ******* nömrəli ##.##.2026-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Elm ve Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi ve vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati məsuliyyətə cəlb olunması barədə qərar haqqında qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan qərarını tamamilə əsassız, qeyri-qanuni hesab edir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 127-3.1-ci maddəsinə əsasən Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Bildiririk ki, Əmək qanunvericiliyinin tələbinə əsasən, əmək müqaviləsi bağlandığı gün işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Məhkəmənin ilk növbədə inzibati xəta haqqında protokol tərtib edilməsi, daha sonra həmin protokol IXM-nin 57-1-ci maddəsinə əsasən vəzifəli şəxs həmin inzibati xəta haqqında protokol barəsində məlumatlandırılmasına dair mövqeyi əsassızdır. X5 Ağstafa rayonu Rövşən Əkbərov adına Kolxəlfəli kənd orta ümumtəhsil məktəbində gözətçi və mövsümi olaraq ocaqcı vəzifəsində çalışır. Aldığı xəsarətlə bağlı xəstəxanaya müraciət edərkən müəyyən olunmuşdur ki, onun ocaqçı vəzifəsi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası yoxdur. Bu barədə xəstəxanadan Protokolu tərtib edən orqan Qazax-Tovuz regional şöbəsinə məlumat verilmiş va aparılmış yoxlama zamanı bu hal təsdiqini tapmışdır. Bundan başqa məhkəmə prosesi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 izahatında vəsait ayrılmadığı üçün Cəlal Qurbanovun sığortlanması mümkün olmadığını bildirmiş dolayısı ilə inzibati xəta tərkibini təsdiq etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasma görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Elm ve Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi ve vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin bağlanılmayaraq IXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan maliyyə və sığorta qanunvericiliyinə, habelə əlavə obyekti sayılan əmək qanunvericiliyinə ziyan vurulmuşdur. Inzibati xəta tərkibinin obyektiv cəhəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi ve vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməyərək “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş Icbari sığorta müqaviləsinin bağlanılmasını təmin etməməkdə (hərəkətsizliklə) ifadə olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan Qazax-Tovuz Regional Şöbəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə tərtib edilmiş 2466485 və 2466186 nömrali ##.##.2026-ci il tarixli inzibati iş üzrə məsuliyyətə cəlb edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Elm ve Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi ve vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan (fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik təşkilat olduğundan tam əhatə olunur və Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edliir. Ona görə də Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə 2466485 və ******* nömrəli ##.##.2026-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və məhkəmənin qərarının ləğv edilməsini, həm hüquqi şəxsin və həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinə dair qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və məhkəmənin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. O, izahatında həmçinin göstərdi ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi dövlət qurumu olmaqla hüquqi şəxs statusuna malik olmadığından IXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən Ağstafa rayonu Rövşən Əkbərov adına Kolxəlfəli kənd orta ümumtəhsil məktəbinin direktor vəzifəsini icra edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayətinin təmin edilməməsini və məhkəmənin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: «Konstitusiya») 60cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. IXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənini “Qeyd”-ində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. IXM-nin 18.1-ci maddəsinə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 18.7-ci maddəsinə əsasən bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Həmin Məcəllənin 43 və 44-cü maddələinin müddəalarından görünür ki, IXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara baxılması birinci instansiya məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsinə əsasən dövlət qurumu barəsində inzibati xəta haqqında icraatın aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Yalnız hüquqi və vəzifəli şəxslər barəsində qeyd olunan maddəyə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan Qazax-Tovuz Regional şöbəsi tərəfindən inzibati xəta haqqında protokol dövlət qurumu olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi barəsində tərtib olunmuşdur. Buna görə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9Tovuz Regional Təhsil Idarəsi inzibati xətanın subyekti deyil və bu səbəbdən də onun barəsində tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, barəsində də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, X2 ilə əmək müqaviləsi ##.##.2025-ci il tarixdə bağlanmışdır. Həmin vaxt “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2.1ci maddəsinə əsasən sığortalının bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi müəyyən olunmuşdur. Lakin qısa müddət sonra, yəni ## ###### 2025-ci il tarixdə həmin qanuna 2-1.1-ci maddəsi əlavə edilmişdir. Həmin maddəyə əsasən dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunurlar. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.8-ci bəndinə əsasən həmin Qanunun 2.0.5-ci, 2.0.24cü və 2-1.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 bildirmişdir ki, X2 sığortalanması məqsədilə “Qala Sığorta”ya ödəniş edilməsi üçün müvafiq ödəniş sənədi yaradılmış, lakin ödənişin həyata keçirilməsindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X13 tərəfindən yuxarıda qeyd olunan hüquqi sənədlər əsas götürülərək imtina edilmişdir. Beləliklə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna köçürülməli və işçi həmin orqan tərəfindən sığorta edilməlidir. Lakin hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən işçilərin sığortalanması həyata keçirilmədiyindən, eləcə də özəl sığorta şirkətində sığortalanma üçün dövlət büdcəsindən vəsait ayrılmadığı üçün Cəlal Qurbanovun sığortalanması mümkün olmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, qaydalarda həmin vaxt yeni tətbiq olunan dəyişikliklərin təşkilati və texniki çətinliklər yaratması istisna edilmir. Belə şəraitdə zəruri tədbirləri görən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. IXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Həmin Məcəllənin 469-1-ci maddəsində “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslərin min beş yüz manat məbləğində, hüquqi şəxslərin beş min manat məbləğində cərimə edilir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin maddənin 2-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun ## ###### 2025-ci il tarixədək qüvvədə olan 7.2.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq sığortalının vəzifəsi hesab edilirdi. Həmin Qanunun ## ###### 2025-ci il tarixədək qüvvədə olan 2.0.4-cü maddəsində sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları sığortalı qismində nəzərdə tutulmuşdur. Həmin Qanunun Azərbaycan Respublikasının Qanununun ## ###### 2025-ci il tarixdən qüvvədə olan 2.0.4-cü maddəsinin redaksiyasına görə bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar üçün sığorta haqqı ödəyən dövlət orqanları, bələdiyyələr, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcə təşkilatları, habelə sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən digər hüquqi və fiziki şəxslər sığortalı hesab edilir. Həmin Qanunun ## ###### 2025-ci il tarixdən qüvvədə olan 7.2.1-ci maddəsinin redaksiyasına görə sığortalı bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanları icbari sığorta etdirmək vəzifəsi daşıyır. Apellyasiya instansiyası məhkəməsi IXM-nin və “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd edilən müddəalarını nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan, işin bütün faktiki halları aydınlaşdırılmadan qərar qəbul edilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ilə X2 arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu Ağstafa rayonu Rövşən Əkbərov adına Kolxəlfəli kənd orta ümumtəhsil məktəbində gözətçi vəzifəsinə işə qəbul edilmişdir. Iş materiallarından həmçinin müəyyən edilir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ilə X2 arasında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu Ağstafa rayonu Rövşən Əkbərov adına Kolxəlfəli kənd orta ümumtəhsil məktəbində mövsümü ocaqçı vəzifəsinə işə qəbul edilmişdir. Göründüyü kimi X2 rayonu Rövşən Əkbərov adına Kolxəlfəli kənd orta ümumtəhsil məktəbində ##.##.2022-ci il tarixli müqaviləyə əsasən əsas iş yeri gözətçi olmaqla yanaşı, ##.##.2025-ci il tarixdən həm də mövsümü ocaqçı vəzifəsində işləyir. Qüvvədə olan əmək qanunvericiliyinin və “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına görə işə götürən(sığortalı) tərəfindən işçi işə qəbul edildiyi vaxtdan sonuncunu bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi təmin edilməlidir. X2 rayonu Rövşən Əkbərov adına Kolxəlfəli kənd orta ümumtəhsil məktəbində ## ###### 2025-ci il tarixədək olan müddətdə işə qəbul edildiyindən onun icbari sığorta edilməsi vəzifəsi “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun həmin vaxt qüvvədə olan 2.0.4 və 7.2.1-ci maddələrinin tələbinə görə işə götürən Ağstafa rayonu Rövşən Əkbərov adına Kolxəlfəli kənd orta ümumtəhsil məktəbinin rəhbərliyinin üzərinə düşürdü. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi göstərilən müddətdə Ağstafa rayonu Rövşən Əkbərov adına Kolxəlfəli kənd orta ümumtəhsil məktəbinin rəhbərliyi itərəfindən X2 icbari sığorta edilib-edilməməsini araşdırmamış və bu baxımdan həmin məktəbin direktoru vəzifəsini icra edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməlində IXM-nin 469.1-ci maddəsinin tərkibinin olmasına qiymət verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsinin dövlət orqanı olduğunu və dövlət qurumlarının barəsində inzibati xəta haqqında icraatın aparılmasının nəzərdə tutulmadığını əsas gətirərək IXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti olmadığı qənaətinə gəlmiş, lakin IXM-nin 18-ci maddəsinin müddəaları nəzərə alınmaqla həmin orqanın hüquqi şəxs olub-olmamasına qüvvədə qanunvericiliyin tələbləri baxımından tam aydınlıq gətirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsinin IXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti hesab edilmədiyi halda Ağstafa rayonu Rövşən Əkbərov adına Kolxəlfəli kənd orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini icra edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində IXM-nin 469-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə birinci instansiya məhkəməsi tərəfindən baxılmasının mümkünlüyünə IXM-nin 43 maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, IXM-nin 43.1-ci maddəsinə əsasən həmin maddə ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli araşdırma aparılmadan qərar qəbul edilmiş, bununla da qanunun tələblərinə əməl edilməmişdir. Belə olan halda şikayət üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin bütün halları tam, hərtərəfli və obyektiv araşdırılaraq yuxarıda qeyd edilən məsələlər aydınlaşdırılmalı və yalnız bundan işin hallarına hüquqi qiymət verilməklə qərar qəbul edilməlidir. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Tovuz Regional Təhsil Idarəsi və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində olan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Iş yenidən araşdırılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar