Məhkəmə qərarları › İş №3(3-7)-569/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-569/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-569/2026 28.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2, Gəncə Şəhər BPI-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, R şahid4 və yol-patrul xidməti inspektoru, R şahid3 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 206, 333-1.1, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : ## ###### 2026-cı il tarixli, IXP ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitə qəbul edərək idarə etmişdir. IŞIN HALLARI: Iş materialında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-nin 206, 333-1.1, 510.1 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati icraat açılması məsələsinə baxılması üçün qərarın surətinin müvafiq olaraq Gəncə şəhər 1-ci X3 Təhlükəsizlik Bölməsinə və Gəncə şəhər BPInin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. ## ###### 2026-cı il tarixli, ****/**** nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində BAR aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş ## ###### 2026-cı il tarixli **** nömrəli rəydən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Psixotrop maddə olan barbituratdan epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Bus Baku”da avtobus sürücüsüdür. Başqa rayonda yaşadığı üçün iş yerinə avtomaşını ilə gəlib-gedir. Özü də yol hərəkəti qanununu pozmur. Iş şəraiti ciddidir. Alkoqol və narkotik üzrə müayinə etmədən işə buraxmırlar. Maaşlarından əlavə pul qazanmaq üçün sürücüləri şantaj etməklə məşqul olan DYP şöbəsinin işçiləri onu yersiz saxladıqlarına görə DYP şöbəsinin rəis müavininə şikayət etmiş, yersiz incidilməyinə son qoyulmasını tələb etmişdir. Bundan sonra onu Gəncə şəhər 1-ci polis şöbəsinə aparmışlar. Vəziyyətinin ağır olmasını, yuxarı orqanlara şikayət edəcəyini bildiklərindən narkoloqdan guya onun sidiyində narkoloji vasitənin əlamətinin tapılmasına dair saxta rəy alıb saxta protokollarla onu məhkəməyə aparmışlar. Heç vaxt narkotikdən istifadə etməmiş, barəsində tərtib olunmuş rəy saxtadır. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, o, avtobus sürücüsü işləyir. ## ###### 2026-cı il tarixdə DYPŞ-nin inzibati binasının yaxınlığında idarə etdiyi Opel Astra markalı avtomobili ilə hərəkətdə olarkən Cəmil adlı X1 şöbəsinin əməkdaşı tərəfindən tsaxlanılmış, Cəmil ona sola dönmə işığını yandırmadığını bildirmiş və buna görə ondan 5 maanat pul istəmişdir. Cəmilə pul verməmiş, Cəmil ona «sür get» demişdir. Lakin maşını kənara verib saxlamış, maşında olan videokamera ilə Cəmilin başqa avtomobilin sürücüsündən pul almağğını çəkmişdir. Bundan sonra o, Kazım adlı Gəncə Şəhər BPI-nin DYPŞ rəis müavininin qəbulunda olmuş, telefonunda belə bir video görüntünün olduğunu ona bildirmişdir. Həmçinin bu barədə rəis müavinin göstərişi ilə yazılı izahat verməyə başlamışdır. O, izahat yazarkən otağa sonradan adlarını öyrəndiyi polis serjantları şahid4 və şahid3, onlardan əlavə daha 5 polis əməkdaşı daxil olmuşlar. Onun sözlərinə görə, həmin əməkdaşlar video da pul aldıqlarını qeyd etməsi səbəbindən onu döyməyə başlamış, "Sən kimsən ki, bizi kameraya çəkirsən?" deyərək nalayiq ifadələr işlətmişlər. Daha sonra hadisə yerinə Post-Patrul Xidməti əməkdaşları çağırılmışdır. Həmin əməkdaşlardan şahid2 da onu döydüyünü bildirmişdir. Sonra onu xidməti avtomobilə mindirərək Gəncə Şəhər BPI-nin 1-ci Polis Şöbəsinə aparmışlar. O, bildirmişdir ki, 1-ci Polis Şöbəsində şöbə rəisinin qəbulunda olarkən rəis əməkdaşlardan onun haqqında məlumat almış və öyrənmişdir ki, əvvəllər həmin şöbədən şikayət etmişdir. Bundan sonra, onun sözlərinə görə, şöbə rəisi qapını arxadan bağlayaraq onun bədən nahiyəsinə yumruq zərbələri endirmişdir. Hazırda özünü pis hiss etdiyini, bədənində ağrılar olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, şəhərdaxili marşrut avtobusu idarə edir və hər gün müxtəlif yoxlamalardan keçir və onun narkotik vasitələrdən istifadə etməsi halı aşkar edilməmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Buna baxmayaraq, onun iddiasına görə, 1-ci Polis Şöbəsinin rəisinin göstərişi ilə narkotik vasitədən istifadə etməsi barədə həqiqətə uyğun olmayan müvafiq rəy tərtib edilmişdir. Polis əməkdaşlarının onu döyməsi faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda və Daxili Işlər Nazirliyində hazırda araşdırma davam edir. Odur ki, apellyasiya şikayətinin təmin olunması və inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş Apellyasiya məhkəməsi iclasında iştirak edən Gəncə Şəhər BPI-nin DYPŞ-nin yolpatrul xidməti inspektoru, R şahid4 ifadəsində göstərmişdir ki, ekipaj yoldaşı şahid3 ilə birlikdə xidmətdə olarkən Gəncə Şəhər BPI-nin DYPŞ-nin inzibati binasının yaxınlığında xidmət aparırmışlar. Həmin vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "Opel Astra" markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün nəqliyyat vasitəsini saxlamışlar. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxla əmrinə tabe olmayaraq avtomobili DYPŞ-nin inzibati binasına tərəf sürmüş və şöbənin həyətinə daxil olmuşdur. Onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arxasınca inzibati binaya daxil olduqda onun yüksək səslə qışqırdığını, səs-küy saldığını görmüşlər. Bundan sonra onu ictimai qaydaya və nizam-intizama riayət etməyə çağırmışlar. Lakin o, sakitləşməmişdir. Daha sonra hadisə yerinə Post-Patrul Xidmətinin əməkdaşları gəlmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sakitləşdirməyə cəhd göstərmiş və onu xidmət avtomobili ilə Gəncə Şəhər BPI-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Nə özü, nə də ekipaj yoldaşı şahid3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı fiziki zorakılıq tətbiq etməmiş, onu döyməmiş və bədəninə hər hansı xəsarət yetirməmişlər. Eyni zamanda o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nə hadisədən əvvəl, nə də hadisədən sonra pul istəməmişdir. Həmçinin onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə ədavət və düşmənçilik münasibəti olmamışdır. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhər prokurorluğuna və DIN-ə onlar barəsində verdiyi şikayət xarakterili müraciətləri barədə bugünki günədək çağırılıb izahatları alınmamışdır. Apellyasiya məhkəməsi iclasında iştirak edən Gəncə Şəhər BPI-nin DYPŞ-nin yolpatrul xidməti inspektoru, R şahid3 şahid4 verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, nə özü M. Abdullayevə qarşı fiziki zorakılıq tətbiq etmiş, nə də hər hansı polis əməkdaşının onu vurduğunu görmüşdür. Həmçinin onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə ədavət və düşmənçilik münasibəti olmamışdır. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən birinci instansiya məhkəməsi tərəfindən irəli sürülmüş dəlillər, apellyasiya şikayətində yenidən təkrarlanmışdır. Belə ki, apellyasiya məhkəməsi ilk öncə onu qeyd edir ki, iş materialında olan sənədlərdən və izahatlardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 510.1-ci və 535.1-ci maddələrinin tərkib əlamətlərinin olmaması ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəni düzgün və qanuni hesab edir. Eyni zamanda hazırki iş üzrə Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş ## ###### 2026-cı il tarixli rəydən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Psixotrop maddə olan barbituratdan epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Apellyasiya məhkəməsi hesab edir ki, həmin rəy səlahiyyətli tibb müəssisəsi tərəfindən tərtib edildiyinə, qanunvericiliyin tələblərinə uyğun əldə olunduğuna və iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə mötəbər sübut kimi qəbul edilməlidir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü də ifadəsində göstərmişdir ki, hadisə baş verən gün "Opel Astra" markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası IXM-nin 333- 1.1-ci maddəsində göstərilən inzibati xətanı da törətmişdir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitədən istifadə etmədiyini göstərməsi isə onun məsuliyyətdən yayınmağa yönəlmiş müdafiə xarakterli izahatı kimi qiymətləndirilir. Belə ki, onun bu barədə verdiyi izahat tibbi rəy ilə təkzib olunur və həmin iddianı təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törətmiş olduğu əməlləri düzgün tövsif etmişdir. Belə ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr və subyektiv fərziyyələrdən ibarət olduğuna görə hazırda inzibati xəta haqqında protokolun qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda işdə olan məktubdan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən polis əməkdaşlarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs döyüb xəsarət yetirmələrinə dair materiallar araşıdırılıb müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinə göndərilmişdir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, verilmiş apellyasiya şikayətində hər hansı sübut mövcud deyil, şikayət formal xarakterli olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən göstərdiyi dəlilləri təkzib edə bilməmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati orqanın qərarınının dəyişdirilmədən saxlanılmasına dair gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya məhkəməsi hesab edir ki, şikayət formal xarakterli olmaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı bir qanuni əsas yoxdur. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar