Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-570/2026 20.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti * saylı Qazax-X2 nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 264.0.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti * saylı Qazax-X2 rəis müavini tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti * saylı Qazax-X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında ##.##.2026cı il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün ##.##.2026-cı il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti * saylı QazaxX2 rəis müavini apellyasiya şikayət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 264.0.3-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara, iş materiallarında olan sübutlara və tətbiq edilməli olan maddi hüquq normalarına uyğun olmadığından qərar qanunsuz və əsassızdır. Məhkəmə xüsusilə su mühafizə zonalarının hüquqi rejimini müəyyən edən hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin dispozisiyasını yanlış şərh etmiş və hüquq normasını işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, monitorinq tədbirləri zamanı Tovuzçay su anbarının mühafizə zonasında yerləşən əraziyə artıq torpaq kütləsinin töküldüyü aşkar edilmişdir. Əraziyə baxış keçirilən zaman həmin torpaq kütləsinin Aşağı Öysüzlü kəndində yerləşən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus torpaq sahəsindən çıxarılaraq su anbarının mühafizə zonasına daşındığı və töküldüyü müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə icraat zamanı verdiyi izahatında öz torpaq sahəsinə giriş yolunun açılması məqsədilə torpaq kütləsinin ona məxsus torpaq sahəsindən çıxarılaraq öz göstərişi ilə su anbarının sahilinə töküldüyünü və inzibati xəta törətdiyini etiraf etmiş, törətdiyi əmələ görə peşman olduğunu və belə hala bir daha yol verməyəcəyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsində verdiyi izahatda əvvəlki ifadələrinin əksinə olaraq hər hansı inzibati xəta törətmədiyini dilə gətirmişdir. Məhkəmə bu ziddiyətli izahatlara hüquqi qiymət verməmiş, şəxsin inzibati araşdırma zamanı verdiyi etirafedici izahatı digər sübutlarla birlikdə qiymətləndirməmiş, bununla da iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin tələblərinə əməl etməmişdir. Halbuki, inzibati araşdırma zamanı verilmiş izahat iş materiallarında mövcud olan baxış aktı, foto və video materiallar, habelə digər sübutlarla birlikdə qiymətləndirildikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs su mühafizə zonasında qanunvericiliklə qadağan olunmuş fəaliyyəti həyata keçirdiyi təsdiq olunur. Məhkəmə qərarında qeyd edilmişdir ki, inzibati xətanın aşkar edildiyi ərazi xüsusi mülkiyyətdə olduğundan həmin ərazidə aparılan işlər inzibati məsuliyyət yaratmır. Lakin bu nəticə maddi hüquq normalarının mahiyyətinə uyğun deyildir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, torpaq kütləsinin töküldüyü sahə xüsusi mülkiyyətdə olan ərazidən kənarda yerləşməklə su anbarının su mühafizə zonasına aid ərazidir. Hazırkı iş üzrə hüquqi qiymətlənidirilməli olan məsələ Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyət hüququnun həyata keçirilməsi deyil, onun su anbarının mühafizə zonasında qanunvericiliklə qadağan olunmuş hərəkəti törətməsidir. Xüsusi mülkiyyət hüququnun mövcudluğu şəxsi qanunvericiliklə müəyyən edilmiş ekoloji məhdudiyyətlərə və xüsusi istifadə rejiminə riayət etmək vəzifəsindən azad etmir. Əksinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminin tələblərinə əməl etməyə borcludurlar. İş materialları ilə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs su anbarının mühafizə zonasına daxil olan ərazini torpaqla doldurmuş, bununla da həmin ərazi üçün müəyyən edilmiş xüsusi istifadə və mühafizə rejimini pozmuşdur. Bu baxımdan, birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətini yalnız mülkiyyət hüququ prizmasından qiymətləndirməsi, su mühafizə zonalarında qüvvədə olan xüsusi hüquqi rejimi isə nəzərə almaması iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Sözügedən hərəkətlər su mühafizə zonalarında qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərin pozulması olmaqla, inzibati məsuliyyət yaradan hüquqazidd əməldir. Bu hal iş materiallarında olan sübutlarla təsdiq olunsa da, məhkəmə həmin sübutları kifayət qədər araşdırmamış və onların hüquqi nəticələrini düzgün müəyyən etməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərini sadəcə mülkiyyətində olan torpaq sahəsində həyata keçirilən təsərrüfat fəaliyyəti kimi qiymətləndirməklə hüquqi səhvə yol vermişdir. Halbuki su anbarının mühafizə zonalarında tətbiq olunan xüsusi hüquqi rejim həmin ərazilərdə mülkiyyət formasından asılı olmayaraq bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Bu rejimin məqsədi su obyektlərinin ekoloji təhlükəsizliyinin təmin edilməsi, onların çirklənməsinin, zibillənməsinin, deqradasiyasının və digər mənfi təsirlərin qarşısının alınmasıdır. Buna görə də xüsusi mülkiyyət hüququnun mövcudluğu həmin zonalarda qanunla qadağan edilmiş fəaliyyətin həyata keçirilməsini qanuniləşdirə bilməz. Azərbaycan Respublikasının su qanunvericiliyinə əsasən su obyektləri və su təsərrüfatı obyektlərinin ekoloji cəhətdən təhlükəsiz vəziyyətdə saxlanılması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması məqsədilə su mühafizə zonaları müəyyən edilir və həmin zonalarda xüsusi istifadə rejimi tətbiq olunur. Bu rejimin tələblərinin pozulması qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyətə səbəb olur. Məhkəmə isə həmin hüquqi rejimin mahiyyətini və məqsədini nəzərə almadan yalnız torpaq sahəsinin mülkiyyət formasına istinad etməklə iş üzrə yanlış hüquqi nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən edilən faktiki hallar, toplanmış sübutların məcmusu və tətbiq edilməli olan hüquq normaları birlikdə qiymətləndirildikdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olduğu şübhə doğurmur. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv qiymətləndirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və toplanmış sübutlardan irəli gələn hüquqi nəticələri əsaslandırılmamış şəkildə rədd etmişdir. Bu səbəbdən qərar qanuni və əsaslı hesab oluna bilməz, ləğv edilməli və iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilməklə yeni qərar qəbul edilməlidir. PROSSESUAL MƏSƏLƏLƏR Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi şikayəti müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilməsini, qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcan məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 264.0.3-cü maddəsində görə su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - İnzibаti işin mаteriаllarına əlаvə edilmiş inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə keçirilən nəzarət tədbirləri zamanı “Tovuzçay” su anbarının sahilinə artıq torpaq kütləsinin tökülməsi, su mühafizə zonaları və sahil mühafizə zonaları ilə bağlı Azərbaycan Respublikası Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsi faktı aşkar edilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti * saylı Qazax-X2 əməkdaşları tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, ******* nömrəli aktdan görünür ki, “Tovuzçay” su anbarının sahilinə artıq torpaq kütləsinin tökülməsi faktı aşkar edilmiş, baxış zamanı həmi torpaq kütləsinin yaxınlıqda yerləşən torpaq sahəsində qazılaraq töküldüyü müəyyən edilmiş, araşdırma zamanı həmin torpaq sahəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olması müəyyən edilmişdir. - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Suların İstifadəsinə və X6 Xidməti * saylı Qazax-X2 rəisi Eldar Abbasova ünvanladığı izahatdan məlum olur ki, qazıntı aparılan torpaq sahəsi ona məxsus olmuş və öz torpaq sahəsinə yol açmaq məqsədilə qazıntı aparılaraq torpaq kütləsi çıxarılmış və onun göstərişi ilə anbarın sahəsinə tökülmüşdür. Təqsirinin fərqinə varır və bir daha belə əməllər törətməyəcəyinə söz verir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi səhvə yol verərək iş üzrə icraata xitam vermişdir. Belə ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 2-ci bəndinə əsasən su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının və su mühafizə nişanlarının lazımi vəziyyətdə saxlanması su istifadəçilərinə həvalə edilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər. Həmin Qaydaların 22-cı bəndinin 6-cı abzasına əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, quraşdırma, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması su mühafizə zonalarında qadağan edilir. Həmin Qaydaların27-ci bəndinə əsasən su mühafizə zonaları və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, baş vermiş inzibati xəta hadisəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd edilən hadisə ilə əlaqəsi də heç bir şübhə doğurmur və şəxsin təqsirliliyi tam sübut olunur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülkiyyət hüququ barədə Mülki Məcəllənin müvafiq maddələrinə istinad etməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta hadisəsi olmadığı qənaətinə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq bildirir ki, xüsusi mülkiyyətdən istifadə qanunvericiliklə qorunan ictimai münasibətlərin və ictimai maraqların pozulmasına əsas ola bilməz, əks halda şəxs müvafiq məsuliyyət daşıyır. Odur ki, apellyasiya məhkəməsi hazırkı iş üzrə iş materialları və məhkəmə iclasında araşdırılan sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Tovuzçay su anbarının mühafizə zonasında yerləşən əraziyə artıq torpaq kütləsinin tökülməsi faktı öz təsdiqini tapmışdır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3.cü maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın icra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı yer üzrə icra və probasiya quruma həvalə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-570/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-570/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver