Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-571/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 327.1, 329.3, 332.2 və 332.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı (hakim Hünmətov Zaur) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsi, onun həmin Məcəllənin 327.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surətinin Tovuz Rayon Polis X1 Polisi Bölməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI: Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-ci il tarixli ekspert rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ21074 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs VAZ 21074 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü A.Nuriyevin hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün olmamışdır. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı **-OM-*** qeydiyyat nişanlı avtomobilə 940 manat məbləğində ziyan dəymişdir. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı **-BT-*** qeydiyyat nişanlı avtomobilə 810 manat məbləğində ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsinin sxemi iş materiallarına əlavə edilmişdir. Inzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Qovlar şəhərinin mərkəzində digər Mersedesin sürücüsü avtomobili təxminən 80 km.saatla idarə etmiş, həmin avtomobil sexlərin və insanların çox olduğu yerdə bir tərəfli yolda sağ tərəfdən ötmə əməliyyatı etmiş və həmin avtomobil "Tormoz"-dan istifadə edərək 10 metr yolu sürüşərək onun VAZ markalı avtomobilini vurmuşdur. Bu sürətin sübutudur. Həmin Mersedesin sürücüsünü 1 gündən sonra alko-testdən keçirdilər, amma narkotestdən keçirmədilər. Mersedesin sürücüsünün hərəkətlərində və danışığında qeyri adilik vardı. Bunu hamı görürdü. Mersedesin sürücüsü gözləməli olduğu halda onun avtomobilinə 30-40 metr qalmış sürətlə hərəkət edərək asta-asta gedən onun avtomobilini sağ tərəfdən ötməsini özündə qət etmişdir. Nəticədə tormozdan istifadə etsə də sağ tərəfə dönməkdə olan onun avtomobilini vurmuşdur. Bu videogörüntüdə də açıq aydın görsənir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏSƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs Abbasəli Nuriyev şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, iş materialına əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iş materialında olan sənədləri təkrar etməyə heç bir zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli ekspert rəyi ilə aşağıdakı həlledici hallar müəyyən olunmuşdur: □Sürücülük hüququ olmadan idarəetmə ("Yol hərəkəti haqqında" Qanunun 33-cü maddəsinin IV hissəsi): Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “VAZ 21074” markalı avtomobili sürücülük vəsiqəsi (idarəetmə hüququ) olmadan idarə etmiş və bu əməli ilə qanunvericiliyin tələblərini birbaşa pozmuşdur. □Maneevr və hərəkət qaydalarının pozulması ("Yol hərəkəti haqqında" Qanunun 42ci maddəsinin İ hissəsi): Sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yolnəqliyyat hadisəsi zamanı hərəkətlərində Qanunun 42-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq müəyyən edilmişdir. □Hadisənin qarşısını almaq üçün texniki imkanın olması: Ekspert rəyinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edəcəyi təqdirdə, yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda iş materiallarında olan videogörüntülərə apellyasiya məhkəməsində baxış keçirilərkən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi avtomobilini yolun solu ilə hərəkət edən zaman qəflətən heç bir dönmə əməliyyat göstəricisini yandırmadan yolun sağ tərəfinə keçməsi nəticəsində manevr və hərəkət qaydalarını pozması ilə baş vermiş yol-nəqliyyat hadisəsi və bunun nəticəsində dəymiş zərər arasında birbaşa səbəbli əlaqə vardır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qayda pozuntularına yol verməsə idi, sözügedən yolnəqliyyat hadisəsi də baş verməyəcək idi. Ona görə də apellyasiya məhkəməsi hazırki iş üzrə ekspert rəyini, video görüntünü, yol-nəqliyyat hadisəsinin sxemini əsas götürərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi xüsusatlar qanuni və əsaslı deyil, eyni zamanda əksini təkzib edə biləcək mötəbər sübutlar təqdim olunmamışdır. Belə olan halda birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu əməlləri düzgün olaraq tövsif etməsi barədə gəldiyi nəticə əsaslı və qanunidir. Odur ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki verilmiş şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla və inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığından şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-571/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-571/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver