Məhkəmə qərarları › İş №3(3-7)-572/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-572/2026

20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-572/2026 20.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333.1 və 333.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5- ***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru R Nümayəndə İlqar oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə ##.##.2026-cı il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək nəqliyyat vasitəsini idarə etmək hüququndan 02 (iki) il müddətinə məhrumetmə cəzasından azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, video müşahidə kamerasına düşən görüntüdən də açıq aydın görsənir ki, hadisə necə baş verib. İşıqforsuz 4 yol ayrıcında o, Tovuz şəhəri S.Vurğun küçəsindən 2 ci dərəcəli yoldan baş yola-H.Əliyev prospektinə çıxmaq istəmiş, prospektdə sol yoldan və sağ yoldan gələn avtomobilləri buraxmış, yol boşaldıqda hərəkət etmiş, praktiki olaraq soldan gələn avtomobillərin hərəkət zolağını boşaltmışdır. Soldan və sağdan gələn avtomobillər saatda 40 km/saatla hərəkət etməli olduğu halda "Hyundai"-ın sürücüsü yüksək sürətlə hərəkət etmişdir. Soldan gələn sürücü sürət həddini aşmış, mühitə düzgün nəzarət etməmişdir. O, öz zolağına keçmiş, mümkün toqquşma zonasını tərk etmişdir. Qarşı tərəf idarəetməni düzgün təmin etməmiş, ümumiyyətlə tormozdan istifadə etməyərək, gəldiyi sürətlə də onun avtomobilinin arxa təkərinə çırpılmışdır. Onun “sərxoş” olduğunu qeyd etsələr də, o, 2004 cü ildən “epilepsiya” xəstəsidir, “spirtli içki” qəbul etmir. Gündəlik dərman qəbul edir. Bir vicdanlı vətəndaş kimi etiraf etmişdir ki, günorta yemək vaxtı yəni saat 12 radələrində 2 stəkan sərinləşdirici ağ çaxır qəbul etmişdir. Ağ çaxırı da spirtli içki hesab etmir. Əgər “sərxoş” olmuşdursa, nə üçün həmin vaxt “protokol” tərtib olunmadı?!. Onu alkotesterlə müayinə edən zaman Tovuz RPŞ-nin DYP-nin baş serjantı Cavid İbrahimov müayinə haqqında protokol təyin etməmiş, alkotester cihazının seriya nömrəsini, dövlət reyestr qeydiyyatı və son kalibrləmə tarixini ona göstərməmişdir. Hadisə ##.##.2026 cı il saat 20:20 də olub, protokol isə ##.##.2026 cı ildə tərtib olunub. ##.##.2026 cı il saat 15-16 radələrində X1 çağıraraq izahat yazmasını istəyiblər. Çox çətinliklə də olsa hadisəni olduğu kimi izahatında qeyd etmişdir. Bundan sonra, Tovuz YNH inspektoru Nümayəndə ona bir neçə vərəq yazı təqdim etmiş, imzalamasını istəmişdir. Onun eynəyinin olmaması, izahat yazanda gözləri yorulduğu üçün, şriftlər xırda olduğu üçün oxumadan imza atmışdır. “Hyundai” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə etmiş, onun avtomobilini də digər yolda vurmuşdur. Sükan arxasında ya telefon, yada başqa bir əşyaya baxırmış. Gəldiyi sürətlə də onun avtomobilini digər yolda sol arxa şinindən vurub. Bu sürətin sübutudur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada protokol tərtib etmiş orqanın nümayəndəsinə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə iclasının protokol tərtib etmiş şəxsin iştirakı olmadan keçirilməsini qanunamüvafiq hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkəti İXM-nin 333.1 və 333.3-cü maddələrinin təsiri altına düşür. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli İXM-in 333.1 və 333.3-cü maddələri ilə qiymətləndirmişdir. Apellyasiya şikayətində qeyd edilən əsaslar yalnız mülahizədən ibarətdir, heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 20:15 radələrində “TOYOTA CAMRY” minik markalı, ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. -Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluq vəziyyətinin müayinəsini əks etdirən ##.##.2026-cı il tarixli yoxlamanın nəticəsindən görünür ki, alkoqolun miqdarı 0.767 % müəyyən edilmişdir. - ##.##.2026-cı il tarixli *** saylı arayışdan görünür ki, “Hyundai Sonata” minik markalı, **- SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 610 manat miqdarında maddi ziyan dəymişdir. Həmçinin Məhkəmə təyin edilmiş cəzaya münasibət bildirərək qeyd edir ki, inzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin məğzindən görünür ki, bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törədən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, nəqliyyat vasitəsini idarə etmək hüququnın iki il müddətinə məhdudlaşdırılması cəzası dəyişdirilmədən, inzibati xəta törətmiş şəxs cərimə və ya inzibati həbs növündə tənbeh tədbiri ilə cəzalandırıla bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən isə inzibati tənbeh təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmişdir. Apellyasiya şikayətində inzibati tənbeh tədbirinin yüngülləşdirilməsi xahiş olunsa da, A.Bədəlov barəsində mümkün olan ən aşağı həddə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333.1 və 333.3-cü maddələrilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli 3(5- ***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar