Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-573/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : IŞIN HALLARI: Tərtər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavadbeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 6826.06 manat məbləğində pul, hüquqi yardım göstərilməsinə dair ödənilmiş 320 manat pul vəsaiti və 93 manat dövlət rüsumu alınıb iddiaçı X2 verilməlidir. Icraata başlamaq haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, Tərtər Rayon Məhkəməsinin 2##.##.2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, həmin qərar və tələbin könüllü icrası barədə bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır Inzibati xəta haqqında iş üzrə materiala baxan Tərtər Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmə qərarı ilə razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi inzibati məsuliyyətin əsasını təşkil edən həmin borcun yaranma səbəblərini, onun faktiki mövcudluğunu və hazırkı vəziyyətini araşdırmamışdır. Belə ki, sonradan məlum olmuşdur ki, iddiaçı X2 eyni kredit öhdəliyi üzrə həm öz bank hesabından ödəniş etmiş, həm də bank tərəfindən mənim hesabımdan kredit üzrə ödənişlər tutulmuşdur. Başqa sözlə, eyni kredit öhdəliyi üzrə həm zaminin, həm də borc alanın hesabından vəsait tutulmuşdur. Məhz bu səbəbdən o, "xxxx" ASC-yə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert hesablaması ilə müəyyən edilmişdir ki, bank tərəfindən kredit üzrə artıq ödəniş yaranmış, artıq ödənilmiş əsas borc isə 2.700,15 manat təşkil etmişdir. Deməli, hazırkı inzibati məsuliyyətin hüquqi əsasını təşkil edən borcun faktiki mövcudluğu və məbləği başqa məhkəmə icraatında mübahisələndirilir və həmin iş üzrə əldə edilmiş ekspertiza rəyi əvvəlki mülki qətnamənin əsasını təşkil edən hesablamaların düzgünlüyünə ciddi şübhə yaradır. Məhkəmə yalnız icra sənədinin mövcudluğunu əsas götürərək barəmdə inzibati məsuliyyət tətbiq etmişdir. Ona görə də şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, hazırki iş üzrə bir dəfə IXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 500 manat məbləğində inzibati cərimə olunmu və həmin cəriməni ödəmiş, lakin bu iş üzrə maddi imkanı aşağı olduğundan ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Nuranə Gürşadlının etibarnamə üzrə nümayəndəsi Ruslan Əzizov şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini və tərəflərin izahatlarını iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən şikayətin dəlillərini əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsində icra məmuru Şadman Dəmirov izahatında protokolun dəlillərini müdafiə edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunamüvafiq qaydada IXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmiş, çünki iş materialında olan Tərtər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədi və ona əlavə edilmiş ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən və onun tərəfindən məhkəmə iclasında verilmiş izahatdan göründüyü kimi onun barəsində Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə bir dəfə IXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş və o, həmin cəriməni ödəmiş, bununla da müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir il ərzində yenidən eyni inzibati xətanı törətmiş və onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini müxtəlif bəhanələr (maddi imkanının olmamasını, başqa mülki iş üzrə ekspertizanın təyin olunmasını) gətirərək üzrsüz səbəbdən icra etməmişdir. “Icra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə IXM-nin 528.1-1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olduğu üçün sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 1000 (min) manat cərimə tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin edilmiş tənbeh IXM-nin 21 və 31-ci maddəsinin tələblərinə uyğundur. Apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-573/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-573/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver