Məhkəmə qərarları › İş №3(3-7)-574/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-574/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-574/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl rayon Yol Patrul Xidmətinin inspektoru R X1 tərəfindən qəbul edilmiş ##.##.2026cı tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) Göygöl Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-ci il tarixdə saat 10:51-də “Toyota Corolla” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar ST Mingəçevir avtomobil yolunun 55-ci km ilə hərəkətdə olan zaman Cəbrayıl rayon Yol patrul xidməti inspektoru X1 ona dayanma nişanı vermiş, onun idarə etdiyi avtomobili saxlamışdır. Bu zaman Cəbrayıl YPX-nin inspektoru Amil Qurbanov ona özünü təqdim edərək ötmə qaydasını pozduğunu bildirmişdir. O, isə ona heç bir ötmə əməliyyatı aparmadığını bildirmiş, əgər ötmə qaydasına riayət etməmişsə, hadisənin video görüntüsünü təqdim etməsini tələb etmişdir. Ona heç bir görüntü təqdim edilməmişdir. Sonra ona məlum olmuşdur ki, barəsində protokol tərtib olunaraq, qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə barədə qərar həqiqəti özündə əks etdirmir. Göygöl Rayon Məhkəməsinin (hakim A.E.Səfərova) ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Qərarından şikayət verilən orqan Yol Patrul Xidmətinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının və Qərarından şikayət verilən orqan Yol Patrul Xidmətinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərmişdir ki, ## #### 2026-cı il tarixdə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, X2, X5 təmin edilməsi və Avtomobil Yollarından İstifadə Qaydaları olan inzibatı xətalarla bağlı çixarılan inzibatı tənbeh vetmə haqqında TP ******* nömrəli ##.##.2026- ci il tarixli qərarı ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cü il tarixli *(*-***)-***/**** saylı qərarı ilə şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İXM-nin 327.2 maddəsi ilə təqsirli bilinərək inzibatı tənbeh edilməsinə dair TP ******* nömrəli ##.##.2026-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Göygöl Rayon Məhkəməsinə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Yol hərəkəti Qanununda nəzərdə tutulan qaydalara rəayət etməklə hərəkətdə olmuşdur. ##.##.2026-ci il tarixdə saat 10;51 radələrində yuxarıda göstərilən avtomomobil ilə Biləsuvar ST Mingəçevir avtomobil yolunun 55-ci km. ilə hərəkətdə olan zaman, Cəbrayıl rayon Yol Patrul Xidməti İnspektoru X1 ona dayan nişanı vermiş, o da idarə etdiyi yuxarıda göstərilən avtomobili saxlamışdır. Bu zaman Cəbrayıl YPX-nin inspektoru Amil Qurbanov ona özünü təqdim edərək ötmə qaydasını pozduğunuu bildirmişdir. Cavab olaraq Amil Qurbanova bildirmişdir ki, o, heç bir ötmə əməliyyatı aparmamışdır. Əgər ötmə qaydasına rəayət etməmişsə hadisənin video görüntüsünü təqdim etsin. Heç bir görüntü təqdim olunmamamışdır. Əlavə olaraq bildirdi ki, ona protokol tərtib edəcək, onu cəzalandıracaq. O, Amil Qurbanova bildirmişdir ki, heç bir xəta törətmədiyi halda, nə deyib ona protokol tərtib edəcək. Amil Qurbanov kinayə ilə ona demişdir ki, get hara istəyirsən şikayət et, sənin şikayətinə heç kim baxmayacaq, o, nə yazsa hamı onu təsdiq edəcəkdir. Polis əməkdaşı Konstitusiyada nəzərdə tutulan ilə vəzifə səlahiyyətini icara etməyərək, qanunsuz olaraq, barəsində protokol tərtib etmiş, daha sonra qərar qəbul olunmuşdur. Göygöl Rayon Məhkəməsində, bu yuxanda göstərdikləri polisin qanunsuz hərəkətlərini bildirmiş, lakin işə baxan hakim bu göstərdiyi möhtəbər sübutlara heç bir əhəmiyyət verməmiş, hətta bu hallara hakim tərəfindən hüquqi qiymət verilməmişdir. Polis əməkdaşları inzibatı xətanın mahiyyətinin nədən ibarət olmasını, xətanın necə baş verməsi hallarını, yəni vide görüntülərin təqdim olunmasını tələb etsə də, bununla bağlı konkret sübutlar təqdim olunmamışdır. O, hakimdən mövcud qanunvericiliyə gərə təqsirin sübüt olunmasının itiham tərəfinin üzərinə düşdüyünün, Polis əməkdaşlarının heç-bir möhtəbər sübüt təqdim etməmələrinin nəzərə alınmasını tələb etdim. Buna baxmayaraq Göygöl Rayon Məhkəməsində işə baxan hakim, bu göstərdiyi tələbləri qəbul etməmiş, şikayətini təmin etməmişdir. Qərar tam ədalətsiz, qanunsuz bir qərardır. Bu səbəbdən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. İzahatında həmçini göstərdi ki, o, həqiqətən ötmə əməliyyatını etmiş, lakin bu zaman hər hansı yo hərəkəti qaydadını pozmamışdır. O, ötmə əməliyyatını qirıq-qırıq xətlər olan yerdə etmişdir. Həmin ərazidə ötmə əməliyyatını qadağan edən hər hansı bir yol nişanı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Cəbrayıl rayon Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə baxışına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cəbrayıl rayon Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə birlikdə yoxlayaraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlarla müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 10:51-də Biləsuvar-ST Mingəçevir yolunun 55-ci km-də idarə etdiyi etdiyi “Toyota Corolla” minik markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomibillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı etmişdir. Bununla da o, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin VII bəndinin tələblərini pozmuşdur. İş materiallarında olan DVD-diskdə olan videogörüntüyə baxış keçirilmiş və videogörüntüdə Qərardan şikayət verən orqan (şəxs) yuxarıda qeyd edilən qayda pozuntusunu törətməsinin əks olunduğu müəyyən edilmişdir. İş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində Cəbrayıl rayon Yol Patrul Xidmətinin inspektoru R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirmədən saxlamaqla işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cəbrayıl rayon Yol Patrul Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə xəta haqqında qərar İXM-nin tələblərinə əməl olunmaqla qəbul edilmiş, qərar qəbul edilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsinin İ bəndinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (* saylı Əlavə). II bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). 64-cü maddəsinin İ bəndinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. VI bəndinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. 69-cu maddəsinin VI bəndinə əsasən üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1) 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Həmin maddənin VII bəndinə əsasən üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun * saylı əlavəsində ötmək qadağadır nişanı 3.20-də, ötmənin qadağan edildiyi zonanın qurtaracağı 3.21-də təsvir olunmuşdur Barəsində inizbati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətində dəlil kimi göstərmişdir ki, heç bir ötmə əməliyyatı aparmamış və X2nı pozmamışdır. Yol polisi əsassız olaraq onu saxlamış, sonra isə barəsində protokol tərtib etmişdir. Lakin Cəbrayıl rayon Yol Patrul Xidmətinin ##.##.2026-cı tarixli, TP 8164403 nömrəli inzibati tənbeh vermə haqqında qərarından, həmin qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokoldan, inzibati xəta haqqında iş materiallarında olan videogörüntüdən aydın şəkildə görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Toyota Corolla” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 3.20-ci nişanın, yəni ötmə qadağandır nişanının tələblərinə riayət etməyərək, həmçinin 1.1 üfüqi nişanlama xəttini kəsib keçməklə əks istiqamətli hərəkət zolağına çıxmaqla önündə olan yük maşının solundan ötmə əməliyyatı etmişdir. Qərardan şikayət verən orqan (şəxs) yolda heç bir qadağa nişanının olmadığına dair dəlillər irəli sürsə də, inzibati xətanın törədildiyi yerdə 3.20-ci ötmə qadağandır nişanının qüvvədə olması sürücünün yol patrul xidməti əməkdaşları tərəfindən bir neçə metr irəlidə saxlanılarkən həmin yolun sağında 3.21-ci nişanın (ötmənin qadağan edildiyi zonanın qurtaracağı) əks olunması ilə (yəni ötmə qadağandır nişanın tələblərinin həmin məsafəyədək qüvvədə olmuşdur) müəyyən olunur. Həmçinin yolun hərəkət hissələrini ayıran xəttin düz xətt olduğu da videogörüntüdən aydın göründüyü müəyyən edilir. Bundan başqa, barəsində inizbati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətində heç bir ötmə əməliyyatını etmədiyini göstərsə də, apellyasiya şikayətinin dəlilləri ilə bağlı izahat verərəkən ötmə əməliyyatı etdiyini etiraf etmiş, lakin ötmə əməliyyatını qırıq-qırıq xətlər olduğu ərazidə etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ləğv edərək, işin icraatına xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapması qənaətinə gələrək onu həmin maddə ilə təqsirli bilib barəsində inzibati tənbeh tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etdiyi dəlilləri qəbul etmir və həmin dəlilləri əsassız hesab edərək onun məsuliyyətdən yayınma məqsədi güdməsi kimi qiymətləndirir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən maddi və prosessual normalara əməl olunmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını istisna edən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) oğlunun apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, hazırkı iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Cəbrayıl rayon Yol Patrul Xidmətinin inspektoru R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-124)-470/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, dərhal qanuni qüvvəyə minir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar